Previous Next
Bağla

Monitorinq Sistemi və “585” - daşınan şəhər telefon xidmətinin təqdimatı keçirilib

13-03-2015 20:10
Monitorinq Sistemi  və  “585” - daşınan şəhər telefon xidmətinin təqdimatı keçirilib

 “Aztelekom” İstehsalat Birliyində (İB) “Qlobal Monitorinq Sistemi”  və  “585” - Daşınan şəhər telefon xidməti ilə bağlı təqdimat mərasimi keçirilib. 

“Aztelekom” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun iştirakı ilə keçirilən mərasimdə İstehsalat Birliyinin baş direktoru  Məhəmməd Məmmədov yeniliklər və perspektiv planlar haqda məlumat verib. Daha sonra təqdimatlar dinlənilib. 

Qeyd edilib ki, çevik müdaxilə monitorinq kompleksi olan “Qlobal Monitorinq Sistemi” çağrı mərkəzi və qeydiyyat sistemi; məlumat və telemarketinq stolu; şəbəkənin monitorinqi; 3 pilləli texniki dəstək; analiz stolu; yerli texniki dəstək kimi alt sistemlərdən ibarətdir. Eyni zamanda sistemə daxil olan müraciətlərin qeydə alınması və baş verən qəzaların aradan qaldırılmasını sistemləşdirmək məqsədi ilə xüsusi alqoritm-qəzaların aradan qaldırılması texnoloji xəritəsi işlənib hazırlanıb. Sistem ayrı-ayrı istiqamətlər üzrə axan trafikin analizini aparmağa da imkan verir. 

Qəbul olunmuş məlumatlar xidmətin növlərinə görə çeşidlənir və TKQ-nin və “Aztelekom” İB-nin müvafiq şöbələrinin işçi kompüterlərində işçi stolun üzərinə çıxarılır və sms-lə mobil telefonuna göndərilir. Sistemin özəlliklərindən biri də elektron müştəri kartotekasının yaradılmasıdır.  Avtomatik olaraq bütün məlumatlar elektron kartotekaya ötürülür. Sistem yalnız “Aztelekom” İB-nin müştərilərinə deyil, eyni zamanda özəl provayderlərin də müştərilərinə xidmət edir. Bu gün özəl provayderlərin müştərilərinin 35%-i sistemə qoşulub.  “585” - Daşınan şəhər telefon xidmətinə gəlincə, bu yenilik paytaxtın telefon şəbəkəsinin nömrələnmə sisteminə daxil olan boş prefikslərdən istifadə etməklə, Bakı nömrələrinin rayonlara daşınması və abunəçilərə paylanılmasına xidmət edir.

Təqdimatda yer alan təkliflərə görə, Bakı nömrələrinin  rayon TKQ-lərin ərazilərinə  İP protokolu vasitəsilə daşınmasını təşkil etmək məqsədilə 10000 tutumlu yeni stansiyanın tikintisi məqsədəuyğun hesab edilir ki, bu stansiyanın da NGN/İMS texnologiyası əsasında qurulması nəzərdə tutulur. 

Təqdimatlardan sonra nazir Əli Abbasov yeni rabitə xidmətlərinin tətbiqi istiqamətində araşdırmaların davam etdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması, ölkə ərazisində, o cümlədən ucqar kəndlərdə internetin əlçatanlığının təmin edilməsi məqsədilə həyata keçirilən işlərin genişləndirilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib. 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Daşınan şəhər telefon xidməti” ilə 856 telefon çəkilib

“Daşınan şəhər telefon xidməti” ilə 856 telefon çəkilib

20-08-2015
Aztelekom “Daşınan şəhər telefon xidmətini” rayonlara daşıyır

Aztelekom “Daşınan şəhər telefon xidmətini” rayonlara daşıyır

24-07-2015
Daşınan şəhər telefon xidməti istifadəyə verildi

Daşınan şəhər telefon xidməti istifadəyə verildi

02-03-2015
Rayonda yaşayanlar Bakıdakı yaxınları ilə limitsiz danışa bilər

Rayonda yaşayanlar Bakıdakı yaxınları ilə limitsiz danışa bilər

18-02-2016
Bütün abunəçilər üçün Aztelphone xidməti istifadəyə verildi

Bütün abunəçilər üçün Aztelphone xidməti istifadəyə verildi

28-08-2015
Nazir "Aztelekom” və BTRİB-ə xəbərdarlıq edib

Nazir "Aztelekom” və BTRİB-ə xəbərdarlıq edib

19-01-2015
 Ev telefonları dünyanın hər yerinə daşınacaq-Yenilik

Ev telefonları dünyanın hər yerinə daşınacaq-Yenilik

11-09-2015
“Aztelekom” fasiləsiz iş rejimində çalışır

“Aztelekom” fasiləsiz iş rejimində çalışır

16-04-2020
RYTN-in sabiq əməkdaşlarının cinayət işi məhkəməyə göndərilib

RYTN-in sabiq əməkdaşlarının cinayət işi məhkəməyə göndərilib

03-10-2016
RYTN-in sabiq əməkdaşları külli miqdarda pul mənimsəyib

RYTN-in sabiq əməkdaşları külli miqdarda pul mənimsəyib

20-10-2016
Nazirliyin sabiq məmurlarının işi məhkəməyə göndərilib

Nazirliyin sabiq məmurlarının işi məhkəməyə göndərilib

11-10-2016
Aztelekom-un təşkilati -hüquqi forması dəyişdi

Aztelekom-un təşkilati -hüquqi forması dəyişdi

09-07-2015
RYTN-in sabiq əməkdaşlarının cinayət işi icraata verilib

RYTN-in sabiq əməkdaşlarının cinayət işi icraata verilib

18-10-2016
Əli Abbasova cinayət işi açıldı

Əli Abbasova cinayət işi açıldı

26-10-2016
Azərbaycanda telefon şəbəkəsi tam elektronlaşdırılıb

Azərbaycanda telefon şəbəkəsi tam elektronlaşdırılıb

03-01-2011
“Aztelekom” biznes və əməliyyatlara dəstək sistemlərini müasirləşdirir

“Aztelekom” biznes və əməliyyatlara dəstək sistemlərini müasirləşdirir

30-05-2023
Azərbaycanda rabitə müəssisələrinin özəlləşdirilməsinə hazırlıq gedir

Azərbaycanda rabitə müəssisələrinin özəlləşdirilməsinə hazırlıq gedir

22-01-2011
Google-la Huawei arasında problem Aztelekom-a təsir edəcək?

Google-la Huawei arasında problem Aztelekom-a təsir edəcək?

22-07-2019
“Aztelphone xidmətindən xarici ölkələrdə istifadə  ödənişsizdir”

“Aztelphone xidmətindən xarici ölkələrdə istifadə ödənişsizdir”

21-09-2015
Azərbaycanın rayon mərkəzi ATS-lərinin elektronlaşdırılması yaxın bir ildə başa çatacaq

Azərbaycanın rayon mərkəzi ATS-lərinin elektronlaşdırılması yaxın bir ildə başa çatacaq

20-11-2008
Gəncədə NGN texnologiyası tətbiqinə başlanılır

Gəncədə NGN texnologiyası tətbiqinə başlanılır

29-06-2009
Aztelekom da qaynar-xətt yaratdı

Aztelekom da qaynar-xətt yaratdı

13-10-2010
Əli Abbasov “TeliaSonera” şirkətinin nümayəndə heyəti ilə görüşüb

Əli Abbasov “TeliaSonera” şirkətinin nümayəndə heyəti ilə görüşüb

28-01-2015
Aztelekom yeni texnologiyalara əsaslanan telefon rabitəsi təqdim  edir

Aztelekom yeni texnologiyalara əsaslanan telefon rabitəsi təqdim edir

23-08-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə