“Aztelekom” və “Bakı Telefon Rabitəsi”dən yeni rəqəmsal xidmət

16-02-2023 / 16:56

İndi “Aztelekom” və “Baktelecom”un fiber-optik internet xidməti (GPON-Gigabit Passive Optical Networks) üzərindən təmin olunan yeni TV xidməti – Tvin TV-ni əldə edən abunəçi ümumi 247 TV kanalından 57-ni HD yayım keyfiyyətində izləmək imkanı əldə edəcək. Tvin TV-nin heç bir yaddaş kartı olmadan verilişlərin 7 günlük arxivini izləmək və “YouTube”, “Netflix” kimi tətbiqlərdən istifadə etmək kimi üstünlükləri var.

Qeyd etmək lazımdır ki, Tvin TV həm adi TV, həm də Smart TV funksiyalarına malikdir.

“Aztelekom” Tvin TV-ni əldə etmək istəyən abunəçilərinə 3-ü 1-də paketini 27 AZN-ə, “Baktelecom” isə 29 AZN-ə təqdim edir. Bu paketə telefoniya, 30 mbit/s GPON texnologiyalı internet və TV xidmətləri daxildir.

4K keyfiyyəti özündə ehtiva edən xidmətin digər üstünlükləri aşağıdakı kimidir:

Rahatlıq:

  • 24/7 dəstək
  • valideyn nəzarəti funksionallığı
  • asan istifadə
  • kabellərə və antenlərə ehtiyac yoxdur

Sərfəli:

  • 12 aylıq güzəştli şərtlərlə pulsuz cihaz və qoşulma
  • Smart TV-yə xərclənən vəsaitə qənaət
  • 3 xidmət birlikdə daha əlçatan

Məlumat üçün bildirək ki, rəqəmsal TV xidmətinə yalnız “Aztelekom” və “Baktelecom”un GPON xidməti olan ünvanlardakı abunəçilər qoşula bilərlər.

Bu paket daxilində 30 mbit/s internet təklif edilsə də, abunəçilər seçim əsasında daha yüksəksürətli fiber-optik internet xidmətləri də əldə edə bilərlər. Bu və ya digər xidmətlərə qoşulmaq üçün https://tvintv.az/ saytı vasitəsilə, “TV” sözünü sms ilə 6789 qısa nömrəsinə göndərməklə və ya regional filialların ərazi üzrə xidmət göstərən şöbəsinə (Aztelekom abunəçiləri), Rabitə Xidmətləri Mərkəzlərinə (Baktelecom abunəçiləri) müraciət etmək olar.

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə