Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC 2022-ci ili 26,101 milyon manat xalis zərərlə başa vurub.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 2,25 dəfə çoxdur.
Son nəticədə şirkətin 14,2 milyon manat bölüşdürülməmiş mənfəəti 11,901 milyon manat yığılmış zərərlə əvəzlənib.
2022-ci ildə “Aztelekom”un göstərdiyi xidmətlərdən gəlirləri 106,972 milyon manat (2021-ci illə müqayisədə 8,2 % çox), xidmətlərinin maya dəyəri 82,639 milyon manat (15,8 % çox), ümumi, inzibati və digər əməliyyat xərcləri 47,551 milyon mant (33,2 % çox), maliyyə aktivlərinin dəyərsizləşməsindən gəlirləri 1,784 milyon manat (əvvəlki il zərər olub), maliyyə xərcləri 1,982 milyon manat (20 dəfə çox), sair qeyri-əməliyyat gəlirləri 3,593 milyon manat (6,7 % çox), mənfəət vergisi ödəmələri isə 6,278 milyon manat (30,5 % çox) təşkil edib.
2023-ci il yanvarın 1-nə “Aztelekom”in aktivləri 270,852 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 16,5 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 73,7 % artaraq 77,286 milyon manata, balans kapitalı isə 3 % artaraq 193,566 milyon manata çatıb.
Xatırladaq ki, "Aztelekom" 1996-cı ildən fəaliyyət göstərən eyni adlı İstehsalat Birliyinin bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 22,525 milyon manatdır. Milli rabitə operatoru olan şirkət fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif xidmətlər göstərir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri