Previous Next
Bağla

İnformasiya Texnologiyaları İnstitutunda yeni veb sayt yaradılır

01-04-2016 12:03
İnformasiya Texnologiyaları İnstitutunda  yeni veb sayt yaradılır

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Tədris-İnnovasiya Mərkəzinin(TİM) veb saytının yaradılması məsələsi müzakirə olunub.

Bildirilib ki, veb saytın yaradılmasında əsas məqsəd Tədris-İnnovasiya Mərkəzinin fəaliyyət istiqamətləri, burada həyata keçirilən müxtəlif innovativ layihələr, göstərilən xidmətlər və təşkil olunan treninqlər, kurslar, sertifikatlaşdırma və s. haqqında məlumatların ictimaiyyətə çatdırılmasıdır.

AMEA-dan Xeberler.az-a verilən məlumata görə, TİM-in veb-saytında respublika üzrə doktorant və dissertantlara informatika fənninin tədrisi, imtahanların qəbulu, qaydalar və tələb olunan sənədlər, AMEA-nın doktorant və dissertantlarının fəlsəfə üzrə doktorluq imtahanları, AMEA-nın doktoranturasına fəlsəfədən qəbul imtahanları, həmçinin  AMEA-nın magistrantlarına informatika və ümumi fənlər üzrə dərslərin tədrisi və semestr imtahanları, imtahan prosesinə test texnologiyalarının tətbiqi, görülən işlərlə bağlı hesabatlar, eləcə də mərkəzdə keçirilən tədbirlər, görüşlər haqqında ətraflı məlumat veriləcək.

TİM-in kadr və texniki təminatı, informasiya-kommunikasiya texnologiyalarının (İKT) müxtəlif istiqamətləri üzrə mərkəzin əməkdaşları tərəfindən aparılan fundamental elmi-tədqiqatlar, onların müəllifi olduqları kitablar, Azərbaycan Respublikası Prezidenti və AMEA Rəyasət Heyəti tərəfindən İKT sahəsində qəbul edilmiş rəsmi sənədlər və institutla əlaqədar qərarlar, eləcə də dünya və ölkə üzrə İKT məkanında baş verən texnoloji yeniliklər, əldə edilən nailiyyətlər veb-saytda öz əksini tapacaq.

Tədris-İnnovasiya Mərkəzinin nəzdindəki Distant Tədris Mərkəzi, Viki-Mərkəz və Olimpiya Mərkəzinin fəaliyyəti, institutun hər il təşkilatçılarından biri olduğu “Ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadası” və “Orta məktəb şagirdləri arasında İnformatika Layihə Olimpiadası” ilə bağlı məlumatlar işıqlandırılacaq.

Mərkəzin müxtəlif təşkilatlar, İT-şirkətlər, kurslar və universitetlərlə əməkdaşlıq, o cümlədən beynəlxalq əməkdaşlıq münasibətlərinə dair məlumatların “Əməkdaşlıq” bölməsində, burada keçirilən mühüm tədbirlər haqqında foto və video informasiyanın “Fotoqalereya”, “Videoqalereya” bölmələrində öz əksini tapması nəzərdə tutulur.

Veb-saytda, həmçinin tədris proqramları, mühazirələr, məqalələr, kitablar və müxtəlif resursların asanlıqla əldə edilməsi üçün “E-resurslar” bölməsi və müvafiq linklər yer alacaq.

Mərkəzin əməkdaşı Raqif İsmayılovun bildirdiyinə görə, veb-sayt cəlbedici dizayna malik olacaq və onun ilkin versiyası yaxın zamanda müzakirəyə təqdim ediləcək.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnformatika fənni üzrə doktorluq imtahanları başa çatıb

16-07-2016

İnformatika üzrə imtahanlarında qadınlar çoxluq təşkil edib

18-07-2017

İnformatika fənni üzrə doktorluq imtahanlarına start verilib

15-01-2019

İnformatika üzrə doktorluq imtahanları keçirilir

20-06-2017

Doktorant və dissertantlar informatika fənni üzrə imtahan verir

19-01-2016

Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı yeni tədbirlər hazırlanır

20-02-2016

Gəncədəki elmi tədqiqatçılar distant formada imtahan verib

27-01-2016

İnformasiya Texnologiyaları İnstitutunun saytı yenilənib

20-04-2016

Elmi informatika fənninin yeni proqramı müzakirə edilib

09-04-2015

“İnformatika. 555 test” kitabı işıq üzü görüb

11-06-2015

Tədqiqatçıların informatika üzrə hazırlığı kitabı çapdan çıxıb

30-03-2019

Uşaqların internetdə təhlükəsizliyi üçün yeni metod hazırlanır

13-02-2017

Dövlət Dəniz Akademiyasının yeni veb-saytı təqdim olundu

10-05-2016

“Ölkədə distant tədris mərkəzlərinin sayı artırılacaq”

08-01-2016

İnformatika üzrə distant formada doktorluq imtahanları keçirilib

06-07-2017

AMEA İnformasiya Texnologiyaları İnstitutunda görüş keçirildi

10-06-2015

Doktoranturaya qəbul imtahanları test texnologiyaları əsasında keçirilib

27-11-2015

Doktorantura imtahanlarında İKT-dən geniş istifadə olunacaq

16-11-2015

Viki-mərkəz fəaliyyətini davam etdirir

02-10-2019

Jest informatikasının istiqamətləri, hədəfləri və texnologiyaları ilə bağlı tədqiqatlar aparılıb

04-11-2019

AMEA-nın veb-saytlarının monitorinqi keçiriləcək

15-07-2015

AMEA-nın elmi bölmələrinin veb-saytları təqdim olunub

10-04-2016

Distant tədris mərkəzlərinin fəaliyyəti genişləndirilir

06-04-2016

Doktorluq imtahanları distant formada keçirilib

31-01-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə