Previous Next
Bağla

AzTU-da yeni kafedra və şöbələr yaradıldı

27-11-2020 18:21
AzTU-da yeni kafedra və şöbələr yaradıldı

Noyabrın 27-də  Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib.

Xeberker.az bildirir ki, rektor Vilayət Vəliyev Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun 44 günlük haqq mübarizəsində Şanlı Qələbə qazanması münasibətilə təbriklərini çatdırıb. Rektor bildirib ki, AzTU-da vətənpərvərlik ruhu hər zaman yüksək olub və universitetin 200-dən çox tələbə və məzununun ikinci Qarabağ müharibəsində iştirakı qürurvericidir. Vətən müharibəsində Azərbaycan Ordusu müasir texnoloji silahlardan istifadə etməklə düşmənin “məğlubedilməz ordu” mifini də darmadağın etdi. Ordumuz sübut etdi ki, artıq dünyada tanklar və toplarla deyil, müasir trendlərə uyğun yeni texnologiya ilə hazırlanan silahlarla müharibə aparıb qələbə qazanmaq mümkündür.

AzTU ölkədə müdafiə sənayesi sahəsi üzrə kadr hazırlayan yeganə universitet olduğu üçün müasir dövrün tələblərini nəzərə alaraq Xüsusi texnika və texnologiya fakültəsinin strukturunda dəyişiklik etməyi qərara alıb. Bu məqsədlə Xüsusi texnika və texnologiya fakültəsinin tərkibində “Xüsusi təyinatlı materiallar və vasitələr” və “Radioelektron və aerokosmik vasitələr” kafedralarının yaradılması ilə bağlı qərar qəbul edilib.

Bundan başqa, yeni təsdiq edilmiş ixtisas siyahısında “Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi” ixtisası nəzərdə tutulmadığı və həmin ixtisas üzrə artıq kadr hazırlığı aparılmadığı üçün Metrologiya və standartlaşdırma kafedrası ləğv edilib.

İclasda həmçinin qeyd olunub ki, AzTU-da patent və sertifikasiya işinin formalaşdırılması da vacib məsələlərdən biridir. Bu məqsədlə Tədqiqat və inkişaf şöbəsinin nəzdində Metrologiya, standartlaşdırma, patent və sertifikasiya” xidməti yaradılıb.

Universitet-sənayə işbirliyinin gücləndirilməsi, biznes strukturları ilə əməkdaşlığın səmərəli və effektiv həyata keçirilməsi, elmi-tədqiqatlarda innovasiya istiqamətlərinin artırılması, məzunlarla əlaqələrin qurulması, onların işlə təmin olunması məqsədilə AzTU-da “İnnovasiya və Məşğulluq Mərkəzinin yaradılması qərara alınıb. 

AzTU-da maliyyə və təminat məsələləri ilə bağlı struktur dəyişikləri edilərək “İqtisadiyyat və təminat” və “İnfrastruktur və təsərrüfat” şöbələri yaradılıb.

İclasda Abşeron Logistika Mərkəzinin nəzdində yaradılan AzTU-nun Logistika Tədqiqat, Tədris və Məsləhət Mərkəzinin əsasnaməsi də təsdiq olunub.

Daha sonra cari məsələlər müzakirə olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AzTU-da süni intellekt texnologiyalarına həsr olunan görüşü keçirilib

23-11-2023

Azərbaycanda Türk Dünyası Mühəndislik Mərkəzi yaradılacaq

05-12-2022

Müharibə hansı sahələrdə kadrlara tələbat yaradıb? – Ekspert açıqlayır

03-12-2020

AzTU ilə İRİA arasında əməkdaşlıq genişlənir

26-07-2024

AzTU-nun İctimai şurasının növbəti iclası keçirilib

26-11-2021

AzTU-nun rəqəmsal transformasiya üzrə Məşvərət Şurasının növbəti iclası keçirilib

27-01-2023

AzTU-nun təşəbbüsü ilə “ADEX-2024” sərgisində panel müzakirə keçirilib

26-09-2024

AzTU-nun Texnologiya Transfer Ofisinin təqdimatı keçirilib

14-03-2024

AzTU ilə “Baykar Texnoloji Azərbaycan” arasında memorandum imzalanıb

11-04-2025

Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar AzTU-da olub

07-03-2024

AzTU-nun rektoru beynəlxalq yarışda uğurqazanan tələbələrlə görüşüb

04-04-2026

AzTU ilə Bilişim Vadisi arasında əməkdaşlıq protokolu imzalanıb

28-02-2023

Məşhur aviasiya və kosmik şirkət ölkəmizdə yeni layihəyə başladı

10-11-2022

AzTU-nun rektoru Türkiyədə səfərdə olub

26-01-2023

“Bitget” şirkətinin icraçı direktoru AzTU-da olub

06-05-2025

AzTU-nun İctimai Şurasının onlayn iclası keçirilib

03-09-2020

AzTU-da “6-cı CODE Beynəlxalq Bakı 2023” mövzusunda konfrans keçirilib

05-05-2023

AzTU SAP Universitetlər Alyansına üzv oldu

24-02-2024

AzTU-da yeni təyinat

08-08-2022

İstanbul Texniki Universitetinin nümayəndələri AzTU-da olub

08-02-2024

AzTU-ya yeni prorektor təyin olunub

14-08-2021

Nokia-nın müasir avadanlıqlarla təchiz etdiyi laboratoriya fəaliyyətə başlayır

14-12-2022

Türkiyənin sənaye və texnologiya naziri AzTU-da görülən işlərlə tanış olub

04-04-2023

AzTU-da Beynəlxalq Reytinq Agentliyinin nümayəndəsi ilə görüş keçirilib

03-05-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə