Previous Next
Bağla

AzTV və İTV birləşir? – Ekspert rəyi

24-01-2019 10:32
AzTV və İTV birləşir? – Ekspert rəyi

AzTV və İTV-nin birləşdiriləcəyi ilə bağlı fikirlər səslənir. Son dövrlərdə Prezident tərəfindən dövlət sektorunda optimallaşdırma və idarəetmənin təkmilləşdirilməsi, büdcə xərclərinə qənaət istiqamətində atılan addımlar baxımından bu məsələ daha da aktuallaşıb.

Xeberler.az  məlumat verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O bildirib ki, vaxtilə İTV ilə əlaqəli qanunvericilik aktları müzakirə olunanda bu məsələ diqqətə çıxmışdı:

"Hazırda AzTV-də islahatların, müəyyən dəyişikliklərin aparıldığı bildirilir. Təəssüf ki, İTV hələlik gözləntiləri doğrultmayıb. İTV-nin “qızıl dövrü”nü indiyədək nəinki qaytarmaq, ona heç yaxınlaşmaq mümkün olmayıb. Yeni rəhbərlik gələndən, Yayım Şurası yenilənəndən sonra sadəcə “Xəbərlər” proqramına və studiyalara bir az əl gəzdirilib. Vəssalam.

Qanunvericiliklə İTV qarşısına qoyulan vəzifələrin icrası və prinsiplərə əməl edilməsi sahəsində ciddi problemlər qalmaqdadır. Plüralizm prinsipinə əməl etmək isə ümumiyyətlə yaddan çıxıb. Hərdən mənə elə gəlir ki, AzTV bu baxımdan daha öndədir.

Hazırda dövlət başçısının apardığı islahatlara dəstək baxımından ciddi müzakirələrin, aktual polemikaların, maraqlı tərəflərin iştirakı ilə diskussiyaların təşkilinə ehtiyac var. Parlamentin, vətəndaş cəmiyyətinin və biznes sektorunun bu islahatlarda iştirakı və prosesə dəstəyi ilə bağlı efirdə faydalı bir şey tapmaq çox çətindir. Təəssüf ki, bu tip müzakirələr hələlik yalnız sosial mediada aparılır.

Ümid edirəm, ölkədə KİV siyasətini müəyyən edənlər efir məkanın canlandırılmasına, dövlət büdcəsindən maliyyələşən TV-lərdə zəruri islahatların aparılmasına ciddi diqqət yetirəcəklər”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: İTV haqqında qanunvericiliyin tələbləri pozulmaqda davam edir

13-02-2019

Ekspert: 3D-nin formatı önəmlidir yoxsa Dadaşlinskinin suallarının mahiyyəti ?

03-10-2019

İTV-nin yeni baş direktoru seçildi

01-06-2018

ITV ictimai fikrə təsir imkanlarını artıra biləcəkmi ?

01-06-2018

“AzTV-yə ayrılan vəsait İTV-yə verilsin”

11-11-2009

Ekspert: İTVTECH-də yayımlanan mövzular ictimai əhəmiyyət kəsb etmir

03-10-2019

İTV-nin yeni baş direktoru bəlli oldu

16-04-2009

ITV cəzalandırıla bilər

18-09-2009

İTV-yə yeni baş direktor təyin edilib

11-05-2018

Sabah İTV-nin yeni baş direktoru bəlli olacaq!

15-04-2009

İTV Azərbaycanda Olimpiya Oyunlarının eksklüziv yayım hüququna sahib çıxıb

10-09-2009

Yerli və xarici TV-lərin reytinqi, tele-radio işçilərinin peşə bayramı, MARSA və AzTV haqqınd

06-11-2023

İTV ilə “Türkməneli” kanalı arasında niyyət protokolu imzalanıb

06-06-2009

İTV-nin dövlət büdcəsindən maliyyələşməsi müddəti 2014-cü ilə kimi uzadılıb

30-09-2009

Ekspert:İTV-nin və Avroviziya təşkilatçılarının açıqlamalarından hansı qənaətə gəlmək olar?

17-05-2022

İTV-nin baş direktoru vəzifəsini tutmaq üçün elan olunan müsabiqəyə 3 namizəd qatılıb

02-04-2009

Milli Məclis İTV Yayım Şurası üzvlərini təsdiqlədi

14-04-2009

İTV-nin yeni baş direktoru kim olacaq?

13-04-2009

İTV-nin rəsmi saytına və canlı yayımına haker hücumu olub

09-02-2025

Ekspert:AzTV-nin Bədii Şurasının növbəti iclası keçirilib

07-06-2022

İsmayıl Ömərov «Eurovision» məsələsinin gündəliyə gətirilməsinin əleyhinədir

19-09-2009

Müharibənin ilk həftəsi... - İnformasiya cəbhəsində nələr dəyişib?

05-10-2020

İTV Yayım Şurasında səlahiyyət müddəti bitmiş üzvlərin seçimi keçirilir

05-03-2009

İTV-yə qarşı verilən apellyasiya şikayəti təmin olunmayıb

28-05-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə