“AzTV-yə ayrılan vəsait İTV-yə verilsin”

11-11-2009 / 22:20

Bu təkliflə Fazil Qəzənfəroğlu çıxış edib

Azərbaycan Milli Məclisinin, həmçinin deputatların fəaliyyətinin işıqlandırılmasını İctimai Televiziyaya (İTV) həvalə etmək lazımdır.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan haqları və Parlamentlərarası əlaqələr və beynəlxalq münasibətlər komitələrinin 2010-cu ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə dair bu gün keçirilən birgə iclasında çıxış edən millət vəkili, Böyük Quruluş Partiyasının başqanı Fazil Qəzənfəroğlu bildirib.

Onun sözlərinə görə, Azərbaycan Dövlət Televiziyası (AzTV) Milli Məclisin komissiyalarının, deputatların çıxışlarını və s. lazımi qaydada nümayiş etdirmir, çıxışları ixtisar edərək, qısa reportaj formasına salır: «Nümayişin daha səviyyəli və daha ətraflı yerinə yetirilməsinin öhdəsindən İTV daha yaxşı gəlir və fikrimcə, AzTV-yə dövlət tərəfindən ayrılan vəsait İTV-yə verilsə, həmin telekanal bu işləri daha yüksək səviyyədə həyata keçirər»


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə