“İnformasiya azadlığının gerçəkləşməsində vətəndaş cəmiyyətinin rolu” mövzusunda Dəyirmi Masa keçirilib

02-06-2009 / 14:34

Multimedia Mərkəzi tərəfindən   “İnformasiya azadlığının gerçəkləşməsində vətəndaş cəmiyyətinin rolu: real vəziyyət və  perspektivlər” mövzusunda  Dəyirmi Masa keçirilib.

Multimedia Mərkəzinin direktoru Osman Gündüz tədbiri  açaraq    tədbirin məqsədi və Mərkəz  tərəfindən bu sahədə  aparılan  işlərlə  bağlı məlumat  verib. O, tədbirdə Rusiya  Federasiyasında federal orqanların informasiya  açıqlığının  araşdırılması sahəsində çalışan İnformasiya Azadlığının İnkişafı İnstitutunun nümayəndələrinin də  tədbirdə iştirak etdiyini  bildirdi.

Tədbirdə Layihənin Eksperti Azər Həsrət “Dövlət  qurumlarının internet  resurslarının Monitorinqi” ilə  bağlı təqdimatla çıxış etdi. O, indiyədək 30 dövlət  qurumunun internet  resursunun informasiya  açıqlığı üzrə Monitorinqinin aparıldığını  bildirdi. Müəyyən irəliləyişlərlə  bərabər  xeyli problemlərin olduğunu  və  yekun nəticələrin, dövlət  qurumlarının informasiya  açıqlığı üzrə Reytinq  Cədvəlinin cari ilin  sentyabrında  açıqlanacağını  qeyd etdi. Həmçinin hazırda Monitorinqin ortaq Metodika əsasında  aparıldığını və Monitorinqin nəticələrinin Rusiya Federasiyasının uyğun qurumları ilə  müqayisə ediləcəyini də  bildirdi.

Dəyirmi Masada  Rusiya Federasiyasının yuxarıda  adı çəkilən qurumunun direktoru Yelena Qolubeva,  Media Hüququ İnstitutunun direktoru  Rəşid Hacılı, Korrupsiyaya Qarşı Mübarizə Fondunun rəhbəri Vasif Mövsümov, İREX-in əməkdaşı Ələsgər Məmmədli,  millət vəkili Fazil Qəzənfəroğlu, Milli Məclisin İnformasiya Məsələləri üzrə  məsul  nümayəndəsi Rəşad Əzizov, Dövlət Qulluğu Məsələləri üzə Komissiyanın sektor  müdiri Əli Kərimov, Turan İnformasiya  Agentliyinin direktoru Mehman Əliyev, sabiq millət  vəkili Rizvan Cəbiyev, İTV-nin Yayım Şurasının sədri Cahangir Məmmədli , jurnalist Rey Kərimoğlu, Milli Büdcə Qrupunun  koordinatoru Emil Ömərov və digərləri  çıxış ediblər.

Çıxışlarda ölkədə bu sahədə  mövcud vəziyyət  və  bu istiqamətdə işlərin canlandırılması, beynəlxalq əlaqələrin gücləndirilməsi  üçün təkliflər  səslənib. Rəsmi  saytlar  vasitəsilə informasiyaların açıqlanması sahəsində müəyyən irəliləyişlərin olduğu  vurğulanıb. Kifayət  qədər demokratik dəyərlərə əsaslanan İnformasiya əldə edilməsi  haqqında Qanunun icrası istiqamətində  problemlərin olduğu da  qeyd edilib.

Dəyirmi Masada dövlət orqanlarının, Bələdiyyələrin, Vətəndaş Cəmiyyəti subyektlərinin və beynəlxalq  təşkilatların nümayəndələri iştirak edib.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə