“Bakcell” 20 GB + gecədən səhərə limitsiz İnternet paketini təqdim edib

05-05-2020 / 14:10

Bakcell öz abunəçilərinin böyük həcmdə internet trafikinə artan tələbatını ödəmək məqsədilə yeni internet paketini istifadəyə verib.

Xeberler.az bildirir ki, yeni “20 GB + gecədən səhərə Limitsiz İnternet” paketini cəmi 25 manata əldə edən Bakcell abunəçiləri 20 GB trafiklə yanaşı, gecə saat 01:00-dan səhər 10:00-dək tamamilə LİMİTSİZ internetdən yararlanacaqlar. Bundan əlavə, paketin aktivləşdirildiyi gündən başlayaraq 30 gün ərzində paketin əsas trafik həcmi (20 GB) bitsə belə, internet istifadəsi gecə və səhərlər limitsiz qalacaq.

“20 GB + gecədən səhərə Limitsiz İnternet” paketini *444*20# YES kodu vasitəsilə, eyni zamanda mobil nömrənin balansına və trafik qalığına daha rahat şəkildə nəzarət imkanı verən “Mənim Bakcellim” tətbiqetməsinin müvafiq bölməsinə daxil olaraq aktivləşdirmək mümkündür.

Bu unikal fürsət barədə daha ətraflı məlumatı “Mənim Bakcellim” tətbiqetməsində və ya https://www.bakcell.com/az/unlimited-nights-morning-internet-bundle səhifəsində əldə etmək olar.

Bakcell şirkəti məhsul və xidmətlərinin keyfiyyətini müntəzəm qaydada artırmaqla abunəçilərinə daha yaxşı müştəri təcrübəsi təqdim edəcək. Bunun üçün Azərbaycanın ən sürətli mobil şəbəkəsinin bütün texniki imkanları mövcuddur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə