Previous Next
Bağla

Bakcell-in dəstəyilə M.A.P. Beynəlxalq teatr festivalı keçiriləcək

03-09-2019 13:08
Bakcell-in dəstəyilə M.A.P. Beynəlxalq teatr festivalı keçiriləcək

Xeberler.az bildirir ki, YARAT Müasir İncəsənət Məkanı Bakcell şirkətinin tərəfdaşlığı ilə 10 – 20 oktyabr tarixlərində Bakı şəhərində 3-cü M.A.P. Beynəlxalq Teatr Festivalının keçiriləcəyini böyük məmnuniyyətlə elan edir.

M.A.P. Festivalı (Music, Art, Performance – terminlərin abreviaturası) tamaşaçı auditoriyalarına müasir teatr formalarının geniş spektrini araşdırmağa kömək etmək məqsədilə, teatr sənətinin fərqli formalarını bir araya gətirən ünsiyyət, təhsil, bilik və təcrübə mübadiləsi platformasıdır.

Əvvəlki iki buraxılışda olduğu kimi bu dəfə də festival şəhərin əsas teatr səhnələrini əhatə edəcək və auditoriyanı son bir neçə ildə rəğbət qazanmış ən cəsur və maraqlı tamaşalarla tanış edəcək. Proqrama dram, müasir rəqslər, fiziki teatr və kukla tamaşalarından tutmuş klounada və sirk elementlərinə malik musiqili tamaşalara qədər ən müxtəlif janr və istiqamətləri təmsil edən 18 tamaşa daxildir.

Bu il festivalda Y. Vaxtanqov adına Dövlət Akademik Teatrı (Rusiya), “AXE” Mühəndis Teatrı (Rusiya), “Priyut komedianta” Teatrı (Rusiya), “Kukolniy dom” Teatrı (Rusiya), Yeni Riqa Teatrı (Latviya), Akademik Malıy Dram Teatrı – Avropa Teatrı (Rusiya), Devid Espinoza Kukla Teatrı (İspaniya), “OLE!” kollektivi (İspaniya / Böyük Britaniya), “WHS” Teatrı (Finlandiya), dünyaca məşhur “Kibbutz” Müasir Rəqs kollektivi (İsrail), “Sardegna” Teatrı (İtaliya), “Atelye” Teatrı (Rusiya), “Puppet Cinema” kollektivi (İsrail) və “Recirquel” şirkəti (Macarıstan) iştirak edəcək.

Festival rəsmi olaraq rejissor Kamran Şahmərdanın “Dəli yığıncağı” tamaşası ilə açılacaq. Rejissor Azərbaycan ədəbiyyatının klassik nümayəndəsi Cəlil Məmmədquluzadənin eyniadlı pyesini yenidən nəzərdən keçirərək onu müasir cəmiyyət üçün aktual mövzuları vurğulayan yeni ifadə, musiqi və enerji ilə daha da zənginləşdirib. Lakin festivalın ilk qaranquşları hələ sentyabrın əvvəlindən qanad açacaq və Bakı tamaşaçılarına əfsanəvi Y.Vaxtanqov adına Dövlət Akademik Teatrının 3 tamaşasını izləmək imkanı verəcək.

Rimas Tuminasın “Yevgeni Onegin” tamaşası artıq bütün dünyada tənqidçi və tamaşaçıların rəğbətini qazanıb. Bakı auditoriyası tamaşanı Dövlət Musiqili Teatrının səhnəsində izləyəcək. Vaxtanqovçılar daha iki tamaşanı – “Medeya” (baş rolda Yuliya Rutberq) və “Lanqustun harayı” Rus Dram teatrında göstərəcəklər.

Məşhur Lev Dodinin quruluşunda, füsunkar Kseniya Rappoportun Yelena Andreyevna rolunu ifa etdiyi “Vanya dayı” tamaşası da teatrsevərlərə Rus Dram Teatrının səhnəsində təqdim ediləcək. Sankt-Peterburqun “Priyut komedianta” Teatrı həyatın mənasını axtarmaqdan və həyatdan sevinc duya bilməməkdən bəhs edən “Podolskdan olan adam” pyesini Azərbaycana gətirəcək. Dmitri Danilovun bu
əsəri bir neçə dəfə səhnələşdirilib və 2018-ci ildə “dramaturqun işinə görə” “Qızıl Maska” mükafatına layiq görülüb.

Yeni Riqa Teatrı proqrama tamaşaçıların sevgi ilə qarşıladığı yazıcı Tatyana Tolstayanın “Sonya” pyesi ilə daxil olur. Tamaşanı “Yeni teatr reallığı” nominasiyasında Avropanın Ali Teatr mükafatının laureatı, məşhur latviyalı rejissor Alvis Hermanis səhnələşdirib. M.A.P. Festivalı həmişəki kimi gənc aktyorlar, rejissorlar və dramaturqların biliklərini paylaşdığı və daha təcrübəli həmkarlarının təcrübəsindən öyrəndiyi təhsil platforması statusunu saxlayır. Festival proqramında onun qonaqlarının təqdimatı ilə çox sayda mühazirə və ustad sinifləri yer alacaq. Bu haqda daha ətraflı məlumat tezliklə festivalın saytından əldə etmək olar.

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil İnternet provayderi olan Bakcell, artıq üçüncü ildir ki, M.A.P. Festivalının baş sponsoru və əsas tərəfdaşıdır. Bakcell Azərbaycanda mədəniyyətin və incəsənətin inkişafına, gənc nəsil arasında mənəvi dəyərlərin təbliğinə töhfə vermək üçün əlindən gələni edir.M.A.P. Festivalının açılışı festivalın keçirildiyi 3 il ərzində səhnələşdirilmiş bütün tamaşaların afişalarının sərgisi ilə müşayiət olunacaq. Beləliklə, YARAT Mərkəzinin qonaqları hələ tamaşaçı zalına daxil olmazdan öncə festivalın tarixinin ən parlaq anları ilə tanış olmaq imkanı əldə edəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcelin baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək

22-09-2018

Bakıda beynəlxalq teatr festivalı keçiriləcək

02-11-2018

Akademik Milli Dram Teatrının yeni saytı fəaliyyətə başlayıb

28-11-2015

Bakcell-in dəstəyilə keçirilən M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib

13-11-2018

“Azərbaycan teatrı” veb-portalı hazırlanıb

11-11-2010

“Azdrama”nın yeni saytı fəaliyyətə başlayacaq

27-01-2011

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yeni veb-saytı fəaliyyətə başlayır

26-03-2011

“Start" Beynəlxalq Tələbə Filmləri Festivalı başlayır

23-11-2009

ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başlanıb

02-05-2026

Eurovision-2016-nın qalibləri müəyyən olub

15-05-2016

Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının təqdimatı keçirilib

03-12-2010

Bakcell-in futbol çempionatının qalibləri Mançesterdə-Foto

27-02-2017

Gənc Tamaşaçılar Teatrının yeni rəsmi saytı açılacaq

12-02-2011

Bakcell xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək göstərir

09-01-2018

“Kinostudiyanın binası elə gündədir ki, texnologiyadan söhbət gedə bilməz”-Xalq artisti

08-09-2015

Teatrın yeni saytı açılacaq

08-02-2011

ABB-nin dəstəyi ilə Bakı Caz Festivalı başlanır

21-10-2025

“Bakcell” ilə “Dream Fest” həyəcanı baş tutub

30-07-2024

Bakcell Novruz bayramını Azərbaycan xalqı ilə birgə keçirib

28-03-2019

CityNet-in əsas tərəfdaşlığı ilə GameSummit festivalı keçiriləcək

08-12-2023

Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır

15-05-2026

StartupFest 2019 adlı beynəlxalq startap festivalı keçiriləcək

23-10-2019

Azərbaycanda televiziyanın yaranmasının 60 ili tamam olur

14-02-2016

Bakcell Formula 1 yarışına hazırdır

26-04-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə