Previous Next
Bağla

Bakcell xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək göstərir

09-01-2018 10:44
Bakcell  xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək göstərir

Bakcell şirkətinin həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət (KSM) fəaliyyətinin prioritet istiqamətlərindən biri də xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bərabər hüquq və imkanların yaradılması, onların asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə tam inteqrasiya olunmalarının təmin edilməsidir.

Bakcell şirkətinin Azərbaycana Birgə Yardım (UAFA) təşkilatı ilə uzun müddətdir ki, uğurla davam edən əməkdaşlığı çərçivəsində daha bir layihə -  “İncəsənət Vasitəsilə Ünsiyyət” layihəsi başa çatıb.

Xeberler.az bildirir ki, 2017-ci ilin əvvəlindən başlayaraq UAFA təşkilatının Xaçmaz, Gəncə və Yasamal İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzlərində dram, rəqs, rəsm və yaradıcılıq dərnəkləri təşkil edilib. Layihə müddətində 150-yə yaxın xüsusi qayğıya ehtiyacı olan uşaq həmin dərnəklərdə yeni bacarıqlar qazanıb, bu bacarıqlarını müxtəlif tədbirlərdə nümayiş etdirməklə cəmiyyətin fəal və bərabərhüquqlu üzvü olduqlarını bir daha sübuta yetiriblər.

Yasamal İƏR mərkəzindəki Valideyn Birliyinin koordinatoru Zəhra Xələfova layihə ərzində dərnəklərdən 75 uşağın bəhrələndiyini bildirib:

“Onların Müasir İncəsənət Muzeyinin “Sehirli çubuq” layihəsində iştirakı çoxsaylı uğurlarımızdan biridir. Gəncə və Yasamal İƏR mərkəzlərinin rəsm və incəsənət dərnəklərindən bəhrələnən uşaqların çəkdiyi şəkillər bir kitabda toplanıb”.

Bundan başqa,  Abdulla Şaiq adına Kukla Teatrının nəzdində “Oyuq” Uşaq  Studiyası ilə birgə  teatr, rəsm və rəqs dərnəklərin xidmətlərindən yararlanan uşaqların iştirakı ilə “Sehrli dünya” adli tamaşa təqdim edilib. Uşaqlar Səbail rayon İcra Hakimiyyəti və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən “3 dekabr Beynəlxalq Əlillər Günü” münasibətilə  keçirilən tədbirdə də  müxtəlif rəqslərlə çıxış ediblər. Bütün bu uğurlar uşaqlar və onların ailə üzvlərinin həyatında xoş və yaddaqalan dəyişikliklər yaradır.

UAFA-nın Xaçmaz və Gəncə İƏR Mərkəzlərində “Xalq yaradıcılığı incəsənət” və “Bacarıqlı əllər” dərnəklərindən 60 yaxın uşaq bəhrələnir. Layihə çərçivəsində  uşaqlar müxtəlif tədbirlərdə kiçik tamaşa, trio, fərdi və ya xor ifasında nəğmələr, rəqslər və şerlərlə çıxış ediblər. Onlar bu dərnəkdə əlil arabasında, xüsusi avadanlıqlardan istifadə edərək böyük səhnədə ilk addımlarını atıb, körpə yaşlarından cəmiyyətə inteqrasiya olmağa bacarıblar. Həmin dərnək vasitəsilə uşaqlar nitq mədəniyyəti, səhnə davranışı, yerimə, danışıq qaydası, səhnədə plastik hərəkətlər, musiqi alətlərində ifa etmə kimi kimi bacarıqlar əldə ediblər. Həmçinin, parça qırıqlarından mərkəzdə istifadə üçün vacib olan müxtəlif növ sensor oyuncaqlar, vəsaitlər, rəsmlər və əl işləri hazırlayıblar.

“Biz inanırıq ki, bu  uşaqlar cəmiyyətin bərabərhüquqlu üzvləridir. Onlarda özünə inam hissini formalaşdırmaq və bu uşaqları sərbəst həyata hazırlamaq əhəmiyyətlidir. “Bakcell Stars” layihəsi vasitəsilə bu uşaqlar üçün əlavə imkanlar yaradılır, onlar gələcəyə doğru daha inamla irəliləyir, cəmiyyətin ayrılmaz hissəsi olduqlarını anlayırlar. Uşaqlara dəstək olmağımıza imkan yaratdıqları üçün onların valideynlərinə və UAFA təşkilatına təşəkkürümüzü bildirir və inanırıq ki, bu istiqamətdə birgə uğurlu fəaliyyətimiz davam edəcək”, deyə Bakcell şirkətinin PR və Korporativ Kommunikasiya Departamentinin rəhbəri Süheylə Cəfərova  bildirib. 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell UAFA ilə birgə növbəti layihəsinə başlayı

01-11-2018

Bakcell 1 iyunu Gəncədə qeyd etdi

01-06-2018

Bakcell xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstəyini davam etdirir

16-05-2017

Bakcell layihələrə dəstəyi davam etdirir

17-03-2018

Bakcell və PwC uşaqlara dəstək göstərəcək

19-01-2018

Bakcell növbəti dəfə Milli KSM Mükafatının qalibidir

27-01-2020

Bakcell 1 iyunu uşaqlarla birgə qeyd etdi

04-06-2019

Bakcell Milli KSM Mükafatı 2018 müsabiqəsinin qalibi olub

30-01-2019

“Bakcell”in dəstəyilə şəhid övladları üçün xeyriyyə sərgisi təşkil olunub

04-08-2022

Bakcell ASAN Məktub-dan təşəkkürnamə alıb

22-11-2018

Bakcell pandemiya dövründə gənclərin təhsilinə dəstək göstərib

01-10-2021

Uşaqlar arasında “Vətən sevgisinə rəng qat!” adlı rəsm müsabiqəsi

05-10-2021

Bakcell sosial yönümlü layihəyə start verdi

21-09-2009

Bakcell kimsəsiz uşaqlara Yeni il sevinci bəxş edir

02-01-2011

Bakcell və ASAN Məktub leykemiyalı uşaqlar üçün bayram şənliyi keçirib

29-12-2019

«Bakcell» Korporativ Sosial Məsuliyyət üzrə yeni proqrama start verib

23-07-2009

“Bakcell” şirkəti SOS Uşaq Kəndləri layihəsinin genişlənməsinə yardım məqsədilə SMS kampaniyasına başlayır

21-09-2010

İqtisadiyyat Nazirliyi Bakcelli mükafatlandırdı

10-06-2019

Bakcell şahmat və dama turnirinə dəstək verib

08-05-2018

Nar autizm sindromlu uşaqlara növbəti dəstəyini göstərib

23-01-2019

Bakcell bu verilişə dəstək göstərir

20-04-2018

Bakcell konfrans təşkil edib-Foto

20-12-2017

Nar-dan autizmli uşaqlara dəstək

02-10-2018

Bakcell-in dəstəyi ilə Yay Məktəbi başlayır

21-07-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə