Previous Next
Bağla

Bakcelin baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək

22-09-2018 10:11
Bakcelin baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək

YARAT Müasir İncəsənət Məkanı cari ilin 6-11 noyabr tarixlərində Bakının bir sıra sayılıb-seçilən məkanlarında keçiriləcək 2-ci M.A.P. Beynəlxalq Teatr Festivalını təqdim edir. Ünsiyyət, təhsil, bilik və təcrübə mübadiləsi üçün platforma kimi xidmət edən M.A.P. festivalının adı, musiqi, incəsənət və performans terminlərinin abreviaturasıdır. Tamaşaçı auditoriyalarına müasir teatr formalarının geniş diapazonunu araşdırmağa kömək etmək məqsədilə, bu festival, özündə müxtəlif teatr nümunələrini birləşdirir.

Xeberler.az  bildirir ki, sözügedən tədbir öz əhatə dairəsini davamlı olaraq genişləndirir. Bu ilki festival çərçivəsində Danimarka, Estoniya, Almaniya, İran, İtaliya, Yaponiya, İsveçrə, Rusiya və Birləşmiş Krallıqdan olan nüfuzlu teatr qurumlarının 16 tamaşası təqdim ediləcək.

Layihənin bədii rəhbəri Kamran Şahmərdanın sözlərinə görə, festivalın ikinci buraxılışı, sərhədsiz teatr konsepsiyasını gerçəkləşdirən geniş miqyaslı proqramı təqdim edir. O, festivalın incəsənət vasitəsilə sərhədləri silən, mədəniyyətləri birləşdirən və insanları bir araya gətirdiyini vurğulayır:

Biz, müxtəlif teatr formaları arasında sərhədləri aradan götürməklə, küçə performansları, opera və balet, audiovizual səhnə quruluşları və klounada daxil olmaqla, müasir teatrda istifadə edilən geniş üslub palitrasını nümayiş etdirmək istəyirik. Müxtəlifliyi ön plana çəkməklə, biz auditoriyaya azad seçim imkanı
verəcəyik.

M.A.P. festivalı çərçivəsində Kamran Şahmərdan, Aleksandr Vampilovun eyni adlı pyesi əsasında hazırlanmış Ördək ovu tamaşasını da təqdim edir. XX əsrin rus dramaturgiyasının ən ziddiyyətli yazılarından birinin əsasında qurulmuş bu tamaşanın uğurlu premyerası bu ilin yaz aylarında, Estoniyanın Vene teatrında baş tutub. Festival proqramının açılışı, İtaliyanın NoQraviti teatrının kollektivi tərəfindən hazırlanmış Ariya adlı multidisiplinar tamaşası ilə başlayır. Parlaq rəqslər, ifalar və kostyumların yer aldığı bu tamaşaya Monteverdi, Vivaldi və Perqolezinin musiqi əsərləri daxildir. Rəqqaslar, musiqiçilər və müğənnilərin hamısı, bir neçə artistik janrı birləşdirməklə, bu tamaşada bərabər səviyyədə mərkəzi rol oynayırlar.

Gənc və istedadlı Azərbaycan dirijoru Cavad Tağı-zadənin rəhbərliyi altında, Yozef Haydnın Kimsəsiz ada operasının müasir versiyasını təqdim edən əfsanəvi Mariinski teatrının çıxışı, festivalın ən gözlənilən tədbirlərinə aiddir. Həmçinin proqrama dünya şöhrətli rejissor və xoreoqraf Daniele Finzi Paskanın La Verita (Həqiqət) akrobatik şousu və Moskvanın ən müasir teatr qurumlarından biri Qoqol-mərkəz tərəfindən, Nikolay Nekrasovun Rusiyada yaşamaq kimə yaxşıdır adlı məşhur poeması əsasında hazırlanmış yeni səhnə quruluşu daxildir.

Tamaşaları müşayiət edən zəngin ustad dərslər və mühazirələr proqramı, yeni fəaliyyətə başlayan rejissorlar, aktyorlar, dramaturqlar və digər peşəkarlarının öz həmkarları ilə görüşməyə və fikir mübadiləsi aparmağa imkan verəcək. Bu ilin ən parlaq tədbirləri arasında rusiyalı dramaturq və ssenarist Yuliya Tupikina tərəfindən Pyes necə yazılır? adlı ustad dərsi, rejissor, aktyor və musiqiçi Aleksandr Dzüba tərəfindən birgünlük intensiv ustad dərsi, Çiten teatrının rejissoru Motoi Miuranın yapon teatrı haqqında mühazirəsi, habelə, teatrşünas və tənqidçi Marina

Davıdova ilə müasir teatr quruluşlarının təkamülündən bəhs edən müzakirə daxildir. Merlin Kukla teatrının təsisçiləri Dimitris Stamu və Demi Papada ən gənc tamaşaçılara öz işıq və kölgə yaradıcılıqları vasitəsilə işıq ilə oyun sənətini təqdim edəcəklər. Azərbaycanın payız təqvimində əlamətdar yer tutan M.A.P. festivalı, teatrın Bakının mədəni həyatında öz əvvəlki nüfuzunun və əhəmiyyətinin qaytarılmasına dəvət edir. M.A.P. festivalı, Bakcell şirkətinin dəstəyi ilə təşkil ediləcək. Festivalla bağlı Bakcell şirkətinin baş icraçı direktoru Nikolay Bekers bunları qeyd edib:

M.A.P. festivalı, Azərbaycanda incəsənətin inkişafına, habelə, bütün dünyada Azərbaycan incəsənətinin tanınmasına əhəmiyyətli töhfə verir. Bu, musiqi,incəsənət və performans ilə məşğul olan insanların öz əsərlərini beynəlxalq səviyyəli peşəkarlarla birgə nümayiş etdirməsi üçün unikal bir imkandır. Bakcell şirkəti, ilk ildən etibarən M.A.P festivalının baş sponsoru qismində çıxış edir. Bakcell, Azərbaycanda musiqi və incəsənətin inkişafına töhfə verən layihələrin dəstəklənməsi öhdəliyinə daim sadiq qalır. YARAT, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, ÜNS Yaradıcılıq Səhnəsi, Bakı Konqres Mərkəzi də daxil olmaqla, Bakının ən nüfuzlu teatr məkanları ilə sıx əməkdaşlıq edir. M.A.P. festivalı, Pedro Qomes-Eqanyanın 9 noyabr 2018-ci il - 10 fevral 2019-cu il tarixlərində YARAT Müasir İncəsənət Mərkəzində keçiriləcək Xəzər rəsədxanası adlı sərgisi ilə üst-üstə düşür.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakıda beynəlxalq teatr festivalı keçiriləcək

02-11-2018

Bakcell-in dəstəyilə keçirilən M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib

13-11-2018

Bakcell-in dəstəyilə M.A.P. Beynəlxalq teatr festivalı keçiriləcək

03-09-2019

Akademik Milli Dram Teatrının yeni saytı fəaliyyətə başlayıb

28-11-2015

“Azərbaycan teatrı” veb-portalı hazırlanıb

11-11-2010

“Azdrama”nın yeni saytı fəaliyyətə başlayacaq

27-01-2011

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yeni veb-saytı fəaliyyətə başlayır

26-03-2011

Gənc Tamaşaçılar Teatrının yeni rəsmi saytı açılacaq

12-02-2011

Teatrın yeni saytı açılacaq

08-02-2011

Yeni yaradıcılıq portalı fəaliyyətə başladı

09-09-2015

Bakcell xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək göstərir

09-01-2018

ABB-nin dəstəyi ilə Bakı Caz Festivalı başlanır

21-10-2025

Azercell süni intellektlə milli dəyərləri bir araya gətirir!

31-08-2024

ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başlanıb

02-05-2026

Bakcell konsertin keçirilməsinə dəstək

26-04-2018

StartupFest 2019 adlı beynəlxalq startap festivalı keçiriləcək

23-10-2019

Quba ASAN Həyat Kompleksində möhtəşəm Bahar festivalı

04-03-2019

"STEAM Azərbaycan Festivalı 2021" keçiriləcək

19-11-2021

Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir

13-03-2026

Muzey ziyarətləri üçün onlayn bilet almaq mümkün olacaq

19-02-2019

Azərbaycanda televiziyanın yaranmasının 60 ili tamam olur

14-02-2016

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olunub

05-05-2025

“Azercell Telekom” MMC festivalın baş sponsoru oldu

12-04-2022

“Start" Beynəlxalq Tələbə Filmləri Festivalı başlayır

23-11-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə