Previous Next
Bağla

Bakcell konfrans təşkil edib-Foto

20-12-2017 10:31
Bakcell  konfrans təşkil edib-Foto

Provayderi Bakcell şirkəti və Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə British Council tərəfindən əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına həsr olunmuş konfrans keçirilib.

Bu barədə Xeberler.az-a şirkətdən məlumat verilib.

Konfransda qeyd olunan sahə üzrə fəaliyyət göstərən qərarverici şəxslər, işəgötürənlər, biznes şirkətləri, Əmək və Sosial Müdafiə Nazirliyi, dövlət məşğulluq mərkəzləri və digər maraqlı tərəflərin nümayəndələri bir araya gələrək bu mövzu barədə yerli və beynəlxalq təcrübəyə əsaslanan təqdimatları dinləyib və müzakirələrdə iştirak edib.

 

Tədbir vasitəsilə işəgötürənlərin diqqəti əlilliyi olan şəxslərin işə götürülməsi ilə bağlı məsələlərə yönəldilib və bu istiqamətdə məlumatlılığın və Azərbaycanda yaşayan əlillərin iş imkanlarının artırılması üçün zəruri addımların atılması müzakirə edilib.

Tədbir zamanı Birləşmiş Krallıqdan dəvət olunmuş ekspert Mark Qrey əlilliyi olan insanların əmək bazarına inteqrasiyası üzrə öz ölkəsinin  təcrübəsi haqqında danışıb.

“Həyata keçirdiyimiz “Bakcell Stars” adlı Korporativ Sosial Məsuliyyət proqraminın əsas istiqamətlərindən biri əlilliyi uşaqların və gənclərin təhsili  və işə hazırlıq və məşğulluq imkanlarının artırılmasıdır. Bakcell  hər zaman ölkəmizin müxtəlif bölgələrində yaşayan fiziki və emosional qüsuru olan uşaqların və onların ailələrin yanındadır və biz onların cəmiyyətin fəal və bərabərhüquqlu üzvü olması üçün əlimizdən gələni edirik” deyə, Bakcell şirkətinin PR  və Korporativ Kommunikasiyalar departamentinin  rəhbəri Süheyla Cəfərova bildirib.

“British Council-in fəaliyyəti müxtəlif mədəniyyətlər arasında mənalı, davamlı və hörmətli münasibətlərin yaradılmasına yönəlib. Biz bu məqsədimizə yalnız hər bir fəaliyyətimizdə müxtəlifliyə dəyər vermək,  bərabərliyi və inkluzivliyi təbliğ etmək yolu ilə  nail ola bilərik. Əlilliyi olan Şəxslərin Məşğulluq Qabiliyyətlərinin Artırılmasına dair Proqram çərçivəsində əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması məqsədilə müxtəlif yönümlü fəaliyyətlər həyata keçiriləcək. Proqramda iştirak edən gənclər bir neçə istiqamət üzrə bilik və bacarıqlarını artıracaq, bu isə öz növbəsində onların işədüzəlmə imkanlarına müsbət təsir göstərəcək”, deyə British Council Azərbaycan ofisinin direktoru Elizabet Vayt bildirib.

Azərbaycanın ən iri şirkətlərindən biri olan Bakcell şirkəti ölkənin məsuliyyətli korporativ vətəndaşı funksiyasını  böyük qürurla həyata keçirməkdədir. Özünün geniş miqyaslı korporativ sosial məsuliyyət strategiyası çərçivəsində Bakcell şirkəti tanınmış xeyriyyə cəmiyyətləri və təşkilatları ilə birgə fəaliyyət göstərərək, xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək verilməsinə və onların cəmiyyətə inteqrasiyasına yönəlmiş layihələrin uğurla həyata keçirilməsinə görə dəfələrlə mükafatlara layiq görülüb. Bakcell xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müsahibə bacarıqları, CV yazılması, karyeranın inkişafı, mühasibatlıq və s. mövzularda təlimlərin təşkil edilməsinə fəal şəkildə dəstək göstərir.

 Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur

26-11-2018

Bakcell ASAN Məktub-dan təşəkkürnamə alıb

22-11-2018

Bakcell-in dəstəyilə əlilliyi olanlara innovativ 3D protezlər hazırlanacaq

11-07-2018

Nar-dan fiziki məhdudiyyətli insanlara karyera fürsəti

24-11-2018

Bakcell BDU-nun tələbə və məzunlarını karyera imkanları ilə tanış edib

27-09-2019

Bakcell və PwC uşaqlara dəstək göstərəcək

19-01-2018

Bakcell Milli KSM Mükafatı 2018 müsabiqəsinin qalibi olub

30-01-2019

Bakcell bu verilişə dəstək göstərir

20-04-2018

Bakcell Böyük Britaniya səfirliyinin təşkil etdiyi tədbirlərə dəstək göstərdi

11-06-2018

Biznes qurmaq istəyən gənclərə Bakcell-dən növbəti dəstək

29-10-2018

Bakcell UAFA ilə birgə növbəti layihəsinə başlayı

01-11-2018

İqtisadiyyat Nazirliyi Bakcelli mükafatlandırdı

10-06-2019

“Nar” “Əlilliyi olan şəxslərin məşğulluğu” ilə bağlı keçirilən tədbirdə öz təcrübəsini paylaşıb

18-02-2021

“Əmək və Məşğulluq” altsisteminə yeni funksionallıq əlavə edilib

29-04-2025

Bakcell daha bir iri məşğulluq sərgisinə qatılıb

11-12-2018

Bakcell daha bir sosial layihəyə başlayıb

27-03-2018

Bakcell 1 iyunu uşaqlarla birgə qeyd etdi

04-06-2019

Bakcell pandemiya dövründə gənclərin təhsilinə dəstək göstərib

01-10-2021

Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək olub

17-12-2025

“Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək olub

24-01-2025

Bakcell-dən beynəlxalq uşaq şahmat turnirinə dəstək

02-04-2018

Bakcell Karyerada ilk addım devizi altında keçirilən tədbirə qoşuldu

27-09-2018

Bakcell növbəti dəfə Milli KSM Mükafatının qalibidir

27-01-2020

Bakcell şahmat və dama turnirinə dəstək verib

08-05-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə