Previous Next
Bağla

Bakcell layihələrə dəstəyi davam etdirir

17-03-2018 10:21
Bakcell layihələrə dəstəyi davam etdirir

Bakcell şirkəti özünün “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində “Azərbaycana Birgə Yardım” (UAFA) təşkilatı ilə birgə həyata keçirdiyi “İncəsənət vasitəsilə ünsiyyət” layihəsini davam etdirir.

“İncəsənət vasitəsilə ünsiyyət” layihəsinin yeni mərhələsi “UAFA”nın Xaçmaz və Yasamal İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzlərindəki xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yeni imkanlar təmin etmək məqsədi daşıyır.

Xeberler.az məlumat verir ki, layihə zamanı 80-dən çox uşaq öz maraq və seçimləri əsasında yeni bacarıqlara sahib olmaqla yanaşı, istedadını müxtəlif tədbirlərdə nümayiş etdirmək imkanı əldə edəcəklər.

Mart ayının 15-də Bakcell şirkətinin əməkdaşları “UAFA”nın Xaçmazdakı İcma Əsaslı Reabilitasiya Mərkəzinə səfər edib, mərkəzin dərnəklərində iştirak edən uşaqlarla vaxt keçirib, onların hazırladıqları tamaşa və rəqsləri böyük həvəslə izləyib və təşkil edilmiş Novruz şənliklərinə qatılıblar. Uşaqlar da öz növbəsində qonaqlara öz rəqslərini, şəkil və əl işlərini və digər nailiyyətlərini böyük məmnuniyyətlə nümayiş ediblər. “Qızlarımın hər ikisi serebral iflicdir. Heç bir yerə aparmırdım, çünki utanırdılar, heç bir uşaqla ünsiyyət qurmurdular, danışmırdılar. Xaçmaz İƏR mərkəzində “Bakcell”in dəstəyilə rəqs dərnəyindən bəhrələnən qızlarım artıq özlərinə yeni dostlar qazanıblar. Ailəlikcə getdiyimiz məclislərdə artıq onlar özlərinə qapanıb oturmur, məhdudiyyətlərinə görə utanmırlar. Qonağı olduqları ailələrin uşaqları ilə sosiallaşır, öyrəndikləri rəqsləri onlara da öyrətməyə can atırlar”, deyə Nəzrin və Lalə Müslümovaların anası Sevda xanım bildirib.

“Oğlum danışmır. Onu mütəmadi olaraq mərkəzdəki rəsm məşğələsinə gətirirəm. Davud əvvəl necə davranacağını, nə ilə məşğul olacağını bilmirdi. Elə mən də bilmirdim ki, onun boş vaxtını necə doldurum. Ancaq indi o evdə darıxmır, çünki rəngli karandaşları yonur, boyalı kistləri yuyur, müəllimin verdiyi şəklə baxıb rəsm çəkir. Alınmayanda pozub yenidən çəkməyə başlayır. Sakitləşib, özünə inanır. Çəkdiyi şəkilləri qonşulara göstərməyə artıq utanmır”, deyə Davudun anası Qəmər xanım bildirib.

Bakcell şirkətinin UAFA təşkilatı ilə sıx əməkdaşlığı 2010-cu ildən başlayıb və həmin vaxtdan bu günə qədər olan müddət ərzində “UAFA”nın Gəncə, Xaçmaz və Yasamal İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzlərində təşkil edilmiş dram, rəqs, rəsm və yaradıcılıq dərnəklərindən 1000 nəfərdən artıq uşaq bəhrələnib. Həmin dərnəklərdə iştirak edən uşaqlar müxtəlif tədbirlərdə bacarıqlarını böyük həvəslə nümayiş etdirməklə özlərinə və onları alqışla qarşılayan tamaşaçılara böyük sevinc hissi bəxş edirlər. Layihə çərçivəsində təşkil olunan dərnəklər cəmiyyətdə sağlamlıq imkanları məhdud uşaqlara və əlilliyə qarşı münasibəti dəyişir və bu uşaqların cəmiyyətə tam inteqrasiya olunmalarının təmin edilməsinə kömək edir.

Bakcell şirkətinin dəstək verdiyi bu layihə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bərabər hüquq və imkanlar yaradılması, asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə tam inteqrasiya olunmalarının təmin edilməsinə yönəlib.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell UAFA ilə birgə növbəti layihəsinə başlayı

01-11-2018

Bakcell 1 iyunu Gəncədə qeyd etdi

01-06-2018

Bakcell xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək göstərir

09-01-2018

Bakcell və PwC uşaqlara dəstək göstərəcək

19-01-2018

Bakcell xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstəyini davam etdirir

16-05-2017

Bakcell növbəti dəfə Milli KSM Mükafatının qalibidir

27-01-2020

Bakcell 1 iyunu uşaqlarla birgə qeyd etdi

04-06-2019

Bakcell Milli KSM Mükafatı 2018 müsabiqəsinin qalibi olub

30-01-2019

“Bakcell”in dəstəyilə şəhid övladları üçün xeyriyyə sərgisi təşkil olunub

04-08-2022

Uşaqlar arasında “Vətən sevgisinə rəng qat!” adlı rəsm müsabiqəsi

05-10-2021

Bakcell ASAN Məktub-dan təşəkkürnamə alıb

22-11-2018

“Bakcell” şirkəti SOS Uşaq Kəndləri layihəsinin genişlənməsinə yardım məqsədilə SMS kampaniyasına başlayır

21-09-2010

Bakcell sosial yönümlü layihəyə start verdi

21-09-2009

Bakcell şahmat və dama turnirinə dəstək verib

08-05-2018

Bakcell-in dəstəyilə əlilliyi olanlara innovativ 3D protezlər hazırlanacaq

11-07-2018

«Bakcell» Korporativ Sosial Məsuliyyət üzrə yeni proqrama start verib

23-07-2009

Bakcell-in dəstəyi ilə Yay Məktəbi başlayır

21-07-2017

Bakcell və ASAN Məktub leykemiyalı uşaqlar üçün bayram şənliyi keçirib

29-12-2019

Bakcell pandemiya dövründə gənclərin təhsilinə dəstək göstərib

01-10-2021

Bakcell kimsəsiz uşaqlara Yeni il sevinci bəxş edir

02-01-2011

Bakcell bu verilişə dəstək göstərir

20-04-2018

Bakcell “ASAN Məktub” layihəsinə qatılıb

29-12-2017

Bakcell və ASAN Məktub leykemiyadan əziyyət çəkən uşaqları sevindirdi

28-12-2018

Bakcell və “ASAN Məktub” yeni tədris ilində uşaqları sevindirib

24-09-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə