Previous Next
Bağla

Bakcell xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstəyini davam etdirir

16-05-2017 16:05
Bakcell xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstəyini davam etdirir

Bakcell şirkəti Azərbaycana Birgə Yardım (UAFA) təşkilatı ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi İncəsənət Vasitəsilə Ünsiyyət layihəsini bu il də davam etdirir.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, bu il layihə müddətində 114-dən çox uşaq dərnəklərdə yeni bacarıqlar qazanacaq, bu bacarıqlarını müxtəlif tədbirlərdə nümayiş etdiməklə həm özləri sevinəcək, həm də izləyənlərini sevindirəcəklər.

Xüsusi qayğıya ehtiyacı olan uşaqların həyatında xoş və yaddaqalan dəyişikliklər yaradan bu layihə çərçivəsində UAFA-nın Gəncə, Xaçmaz, Yasamal İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzlərində indiyədək yüzlərlə uşaq yeni bacarıqlara yiyələnib, bir çox respublika və beynəlxalq səviyyəli yarışlarda qalib olublar.

Hər dəfə övladlarının dərnəklərdə qazandığı bacarıq və nailiyyətləri görən valideyinlərin isə sevinci həddsizdir.

“Mən övladımın yeni nailiyyətlərinin, həyatının müsbətə doğru dəyişdiyinin şahidi olduqca çox sevinirəm. Artıq o cəmiyyətin fəal üzvünə çevrilib”, bu sözləri valideyinlərdən biri rəqs dərnəyindən bəhrələnən övladı haqda söyləyir.   

“Sosial məsuliyyətli mobil operator olaraq uşaqlara dəstək olmağımıza imkan yaratdıqları üçün ilk növbədə onların valideynlərinə təşəkkürümüzü bildirir, onların etibarını doğrultmaq üçün daim əlimizdən gələni etməyi özümüzə borc bilirik. UAFA-nın təşkilatçılığı ilə dəstəklədiyimiz bu layihə sayəsində uşaqlar üçün əlavə imkanlar yaradılır və onlar gələcəyə doğru daha inamla irəliləyir, özlərini cəmiyyətin ayrılmaz hissəsi kimi hiss edirlər. Ümidvarıq ki, layihə ötən illərdə olduğu kimi bu il də çox uğurlu olacaq”, -deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Nikolai Bekers bildirib. 

UAFA təşkilatının direktoru Qven Börçell Bakcell–UAFA əməkdaşlığı nəticəsində bu uşaqların dayanıqlı xidmətlərlə təmin olunduqlarını və artıq öz uğurları ilə milli səviyyədə diqqət qazandıqlarını bildirir: ”Məqsədimiz əlilliyi olan gənc insanların aktivliyini təmin etmək, onlar üçün bərabər hüquq və imkanlar yaradılmasına dəstək verməkdir. Birgə layihəmiz cəmiyyətə xüsusi qayğıya ehtiyacı olan uşaqları daha yaxından tanıma və onları anlama imkanı yaradır”.

Qeyd edək ki, Mərkəzlərdə təklif olunan dərnəklər hər dəfə uşaqların istək və maraqları əsasında seçilir. Bura dram, rəqs, rəsm, yaradıcılıq dərnəkləri daxildir. Əlamətdar günlərdə, müxtəlif tədbirlərdə çıxış etmək üçün hətta dövlət qurumlarından dəvət alan xüsusi qayğıya ehtiyacı olan dərnək üzvləri öz bacarıqlarını həvəslə göstərir və həmişə alqışlarla qarşılanırlar. Bu dərnəklər əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyasını təmin etməklə yanaşı cəmiyyətdə əlilliyə münasibəti də dəyişir. 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell UAFA ilə birgə növbəti layihəsinə başlayı

01-11-2018

Bakcell xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək göstərir

09-01-2018

Bakcell 1 iyunu Gəncədə qeyd etdi

01-06-2018

Bakcell layihələrə dəstəyi davam etdirir

17-03-2018

Bakcell və PwC uşaqlara dəstək göstərəcək

19-01-2018

Bakcell 1 iyunu uşaqlarla birgə qeyd etdi

04-06-2019

Bakcell növbəti dəfə Milli KSM Mükafatının qalibidir

27-01-2020

Bakcell ASAN Məktub-dan təşəkkürnamə alıb

22-11-2018

Bakcell Milli KSM Mükafatı 2018 müsabiqəsinin qalibi olub

30-01-2019

Bakcell-in dəstəyilə əlilliyi olanlara innovativ 3D protezlər hazırlanacaq

11-07-2018

Nar-dan autizmli uşaqlara dəstək

02-10-2018

Bakcell-in dəstəyi ilə Yay Məktəbi başlayır

21-07-2017

Bakcell kimsəsiz uşaqlara Yeni il sevinci bəxş edir

02-01-2011

Bakcell sosial yönümlü layihəyə start verdi

21-09-2009

Bakcell “ASAN Məktub” layihəsinə qatılıb

29-12-2017

Bakcell və ASAN Məktub leykemiyadan əziyyət çəkən uşaqları sevindirdi

28-12-2018

Bakcell və “ASAN Məktub” növbəti dəfə uşaqların arzularını həyata keçirib

31-05-2021

Bakcell və ASAN könüllüləri növbəti dəfə uşaqları sevindirib

13-09-2019

“Bakcell”in dəstəyilə şəhid övladları üçün xeyriyyə sərgisi təşkil olunub

04-08-2022

Bakcell bu verilişə dəstək göstərir

20-04-2018

Bakcell konfrans təşkil edib-Foto

20-12-2017

Bakcell pandemiya dövründə gənclərin təhsilinə dəstək göstərib

01-10-2021

Bakcell və ASAN Məktub leykemiyalı uşaqlar üçün bayram şənliyi keçirib

29-12-2019

Nar autizm sindromlu uşaqlara növbəti dəstəyini göstərib

23-01-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə