Previous Next
Bağla

Bakcell yeni innovativ xidmətlər təqdim edib-Foto

09-06-2017 18:33
Bakcell yeni innovativ xidmətlər təqdim edib-Foto

Bakcell şirkəti Azərbaycanda ən sürətli mobil şəbəkə xidmətləri təchizatçısı adına layiq görülüb.

Bu barədə Xeberler.az-a şirkətdən məlumat verilib.

İnternet sürətinin yoxlanılması və təhlili sahəsində dünya lideri olan Ookla şirkətinin Speedtest xidmətindən istifadə etməklə Azərbaycanda abunəçilər tərəfindən 2016-cı ilin 2-ci və 3-cü rüblərində aparılmış yoxlamaların nəticələrinə görə, Bakcell şəbəkəsində ən yüksək endirmə (download) sürəti təmin edilir.

“Tətbiq etdiyimiz ən qabaqcıl tezlik daşıyıcılarının birləşməsi texnologiyasının sayəsində indi abunəçilərimiz Bakcell-in ultra-sürətli LTE şəbəkəsinin verdiyi üstünlüklərdən və yükləmə sürəti 225 Mbit/saniyəyə çatan ən sürətli mobil internet təcrübəsindən faydalana bilirlər. Bizim uzunmüddətli planlarımıza 4G şəbəkəmizin əhatə dairəsini bütün ölkə ərazisində genişləndirmək daxildir. Biz, həmçinin, axınlı yayım (streaming) və digər internet xidmətləri üçün istifadə edilə bilən xüsusi data paketlərimizi də böyük məmnuniyyətlə müştərilərimizə təqdim edirik”, deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Nikolai Bekers bildirib.

Ən yaxşı mobil internet təcrübəsi və ən sürətli şəbəkəsi ilə yanaşı, Bakcell aşağıda göstərilən 2 yeni innovativ və unikal mobil data məhsullarını da abunəçilərin istifadəsinə verir.

My hour – sənayedə ən unikal innovativ təkliflərdən biri olan bu məhsul müştərinin daha yüksək data sürəti/ istifadə intensivliyi üçün impulsiv, qeyri-iradi tələbatına əsaslanır. Saat (19:00-dan 01:00-dək) olan vaxtdan başqa günün istənilən saatında abunəçi xüsusi kodu yığaraq bu nadir təklifə abunə ola bilər. Bu təklifə abunə olduqdan dərhal sonra, müştəri növbəti 60 dəqiqə ərzində Limitsiz Mobil İnternetdən yüksək sürətlə istifadə etmək imkanına malik olacaq. Bizim bütün dəyərli abunəçilərimizə mobil internetdən əlverişli istifadə imkanı yaratmaq üçün hər bir müştəriyə bu təklifə gündə bir dəfə abunə olub mobil datadan istədiyi kimi istifadə etmək imkanı yaradılır.

YouTube Paketləri – YouTube Azərbaycanda ən populyar video izləmə / axınlı yayım (streaming) platformasıdır. Azərbaycanın müxtəlif bölgələrində insanlar “YouTube”da yerləşdirilən videoları izləməyə xeyli vaxt sərf edirlər. Telekommunikasiya bazarının ən qabaqcıl iştirakçısı kimi, Bakcell indi də Azərbaycanda ilk dəfə olaraq Azərbaycan xalqının rəqəmsal məzmuna olan tələbatına uyğun olan eksklüziv YouTube paketlərini təqdim edir. Bakcell abunəçiləri xüsusi kodu yığaraq bu eksklüziv təklifə abunə ola və hərəkətdə olarkən videoları kəsintisiz qaydada izləyə bilərlər. Bu təklif iki variantda təqdim olunur: müvafiq olaraq 2GB və 5GB, təklif 7 gün müddətində etibarlıdır.

Ookla şirkətinə məxsus olan Speedtest tətbiqi internetin sürətini ölçmək və şəbəkənin diaqnostikası üçün ən dəqiq vasitə hesab edilərək, dünya üzrə istifadəçilər tərəfindən milyardlarla dəfədən çox istifadə edilir. Speedtest tətbiqinin vasitəsilə insanlar istifadə etdikləri mobil və sabit genişzolaqlı şəbəkə qoşulmalarının sürəti və keyfiyyəti barədə müstəqil analitik məlumat ala bilirlər. Nəticədə, istifadəçilər internetlə bağlı ortaya çıxan nasazlıqları aşkar etmək və aradan qaldırmaq üçün onlara lazım olan məlumatla təmin edilirlər.

 Speedtest Award mükafatının qalibini müəyyən etmək üçün Ookla şirkəti yalnız bazarda geniş istifadəçi kütləsi üçün əlçatan olan ən sürətli texnologiyaya qoşulma qabiliyyətli müasir cihazlarla ölçülmüş nəticələri istifadə edir. Nəticədə, mobil şəbəkələr üçün Speedtest Award mükafatları müasir cihazlarda əldə olunan orta endirmə sürətinin göstəricilərindən istifadə etməklə hesablanır. Nəticələrə faktiki qoşulma texnologiyasından asılı olmayaraq, müasir cihazlarda ölçülmüş bütün sınaqlar daxildir. Bu metodologiya, həmçinin, şəbəkənin təkcə yüksək inkişaf etmiş ərazilərdəki işini deyil, mükafatın təyin olunduğu yerdə şəbəkənin ümumi iş keyfiyyəti haqqında məlumatı təmin edir.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell Azərbaycanda ən sürətli mobil internet təqdim edir

15-11-2019

Bakcell abunəçiləri daha sürətli mobil internetdən faydalana biləcək

15-10-2015

Bakcell Azərbaycanın ən sürətli mobil şəbəkəsi elan olundu

09-09-2021

Bakcell Azərbaycanın ən sürətli mobil şəbəkəsidir  

25-07-2022

Bakcel ən sürətli mobil şəbəkə seçilib

21-09-2018

Bakcell-dən yeni limitsiz internet paketi

16-06-2017

"Bakcell mobil internetin sürətinə görə ölkədə liderdir" - Netindex

10-03-2015

“Bakcell”in 4G şəbəkəsinə keç və 5 GB İnternet hədiyyə al

19-03-2021

Bakcell 30 manata yeni 50 GB İnternet paketini təqdim edir

22-05-2020

Bakcell-in bütün internet paketləri 4G şəbəkəsində istifadə oluna bilər

21-08-2018

Bakcell-in 4G xidməti artıq Gəncədə-Foto

16-11-2017

Bakcell “F1 Star” Azərbaycanda ən sürətli fiber internetini təqdim edir

15-05-2024

Bakcell 400-ə yaxın yeni 4G (LTE) baza stansiyası istifadəyə verəcək

16-10-2018

Bakcell ilin ən yaxşı mobil şəbəkəsi seçildi

11-02-2016

Bakcell abunəçiləri internet paketlərini paylaşa bilər

19-10-2015

Bakcell 4.5G ilə təchiz olunmuş LTE baza stansiyası quraşdırıb

12-09-2019

Azərbaycanda ilk dəfə: dənizdə mobil internet!

11-02-2021

Bakcell-dən endirim kampaniyası

19-08-2015

Bakcell yeni internet paketlərini təqdim edib

07-11-2019

Bakcell-in 4G LTE şəbəkəsi ölkənin şimal bölgəsində

09-02-2018

Bakcell şəbəkə yenilənməsinin başa çatdığını elan edir

03-11-2015

Bakcell 14 ölkədə 4G rouminq xidmətini aktivləşdirib

03-07-2015

Bakcell-dən möhtəşəm Yeni İl hədiyyəsi

11-12-2018

"Bakcell”dən rəqəmsal yeniliklər!

17-03-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə