Previous Next
Bağla

Bakı Ali Neft Məktəbində “SABAH.lab” Akselerasiya Mərkəzinin təqdimatı keçirilib

11-11-2021 11:22
Bakı Ali Neft Məktəbində “SABAH.lab” Akselerasiya Mərkəzinin təqdimatı keçirilib

“SABAH.lab” Akselerasiya Mərkəzinin Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri üçün təqdimatı keçirilib. Əvvəlcə qonaqlar Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovla görüşüblər. Ali Məktəb haqqında məlumat verən rektor bildirib ki, BANM yarandığı gündən tələbələr aktiv olaraq startap layihələr və proqramlarında iştirak edir və uğurlar qazanırlar. Eyni zamanda, onların layihələri nüfuzlu şirkətlər tərəfindən dəstəklənib. Bu Ali Məktəbdə tələbələrə yüksək səviyyəli təhsillə yanaşı onlara biznesyönümlü kreativ düşüncə tərzi də aşılanır.

Xeberler.az bildirir ki, təqdimatda spiker qismində “IE Business School”un “Startapınızı genişləndirmək” kafedrasının dosenti Joe Haslam, sahibkar və Avropada bir neçə uğurlu startapın təsisçisi Nikita Pajanok və “SABAH.lab” Akselerasiya Mərkəzinin baş icraçı direktoru, sahibkar və Azərbaycanda bir sıra uğurlu startapın təsisçisi Rəhim Bayramlı çıxış ediblər.

Görüşlər zamanı Rəhim Bayramlı regionda startap ekosisteminin mövcud vəziyyəti haqqında məlumat verib və “SABAH.lab” Akselerasiya Mərkəzini təqdim edib. O vurğulayıb ki, ölkədə innovasiya potensialını artırmaq üçün görüşdə iştirak edən gənclər proqrama müraciət edərək sahibkarlıq istiqamətində ilk addımları atmağa başlaya bilərlər.

Joe Haslam “Startapınızı genişləndirmək” kursu və 2000-ci illərin əvvəllərində yaratdığı bir neçə uğurlu startap təcrübəsi haqqında danışıb. O, təkbaşına uğur qazanmağın çətin olduğunu və ekosistemin bir parçası olmağın daha çox şans yaratdığını vurğulayıb.

Nikita Pajanok akselerasiya mərkəzlərinin köməyi ilə ilk şirkətlərini qurmaq təcrübəsini və aldığı dəstəyin ilkin mərhələdə necə vacib rol oynadığını bildirib.

Görüşlər panel müzakirələri ilə davam edib və burada tələbələr spikerlərə maraqlı suallar ünvanlayıblar. Şirkətlərin necə qurulacağı, inkubatorun hansı dəstəyi göstərəcəyi və s. kimi suallar cavablandırılıb.

Qeyd edək ki, “SABAH.lab” Akselerasiya Mərkəzi Təhsil Nazirliyinin dəstəyi ilə ARTİ nin nəzdində fəaliyyətə başlayıb. Mərkəzin fəaliyyəti iqtisadiyyatın müxtəlif sahələrində innovativ şirkətlərin yaradılması və inkişafına yönəlmiş startapların dəstəklənməsini əhatə edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
BANM ilə "SABAH City" arasında əməkdaşlıq məsələləri müzakirə edilib

BANM ilə "SABAH City" arasında əməkdaşlıq məsələləri müzakirə edilib

08-04-2025
BANM ilə “SABAH.academy” arasında memorandum imzalanıb

BANM ilə “SABAH.academy” arasında memorandum imzalanıb

28-11-2024
BANM-da “Hult Prize On Campus” mərhələsi keçirilib

BANM-da “Hult Prize On Campus” mərhələsi keçirilib

18-02-2025
Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib

Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib

20-07-2016
Azərkosmos Bakı Ali Neft Məktəbində seminar keçirib

Azərkosmos Bakı Ali Neft Məktəbində seminar keçirib

12-02-2019
Bakı Ali Neft Məktəbində Süni intellekt elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb

Bakı Ali Neft Məktəbində Süni intellekt elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb

28-03-2024
BANM-in startap layihələri beynəlxalq müsabiqənin əsas mükafatlarını qazandı

BANM-in startap layihələri beynəlxalq müsabiqənin əsas mükafatlarını qazandı

24-12-2020
BANM rektoru “TEKNOFEST-2025”də iştirak edəcək tələbələrlə görüşüb

BANM rektoru “TEKNOFEST-2025”də iştirak edəcək tələbələrlə görüşüb

02-05-2025
BANM-in layihəsi Niderlandda ən yaxşı startaplar arasında yer alıb

BANM-in layihəsi Niderlandda ən yaxşı startaplar arasında yer alıb

08-01-2025
Bakı Ali Neft Məktəbinin rəsmi saytının təqdimatı keçirilib-Foto

Bakı Ali Neft Məktəbinin rəsmi saytının təqdimatı keçirilib-Foto

16-04-2015
BANM tələbələrinin "BullyGuard" startapı ən yaxşı layihə seçilib

BANM tələbələrinin "BullyGuard" startapı ən yaxşı layihə seçilib

27-01-2025
BP-nin regional prezidenti Bakı Ali Neft Məktəbində

BP-nin regional prezidenti Bakı Ali Neft Məktəbində

16-05-2022
İnnovasiya şəhərciyində ali təhsil müəssisələri üçün yeni imkanlar yaradılır

İnnovasiya şəhərciyində ali təhsil müəssisələri üçün yeni imkanlar yaradılır

30-04-2026
Azərbaycanda “StartUp School” fəaliyyətə başlayır

Azərbaycanda “StartUp School” fəaliyyətə başlayır

17-02-2023
Bakı Ali Neft Məktəbində “Google”-un Proqramçı Tələbələr Klubu yaradılacaq

Bakı Ali Neft Məktəbində “Google”-un Proqramçı Tələbələr Klubu yaradılacaq

07-09-2020
"Sabah city" texnoparkı yaradılacaq

"Sabah city" texnoparkı yaradılacaq

27-06-2024
“İOT Lab”-ın ali məktəb nümayəndələri üçün açılışı olub

“İOT Lab”-ın ali məktəb nümayəndələri üçün açılışı olub

28-06-2019
“Future Lab” ilə YTP arasında niyyət protokolu imzalanıb

“Future Lab” ilə YTP arasında niyyət protokolu imzalanıb

20-02-2025
"Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırıb

"Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırıb

13-09-2025
ADA Universitetində təqdimat mərasimi olub

ADA Universitetində təqdimat mərasimi olub

10-08-2018
Bakı Ali Neft Məktəbi Bərpaolunan Enerji Mərkəzi yaradır

Bakı Ali Neft Məktəbi Bərpaolunan Enerji Mərkəzi yaradır

12-05-2015
Startap məktəbinin xarici mentorları ilə görüş keçirilib

Startap məktəbinin xarici mentorları ilə görüş keçirilib

09-02-2023
SOCAR-ın  Bakı Ali Neft Məktəbi ilə ABB əməkdaşlığa başladı

SOCAR-ın Bakı Ali Neft Məktəbi ilə ABB əməkdaşlığa başladı

18-06-2022
         Bakı Ali Neft Məktəbinin  5 komandası “Teknofest”in finalında

Bakı Ali Neft Məktəbinin 5 komandası “Teknofest”in finalında

28-03-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə