Previous Next
Bağla

Bakı məktəblərində “Rəqəmsal məktəb” platforması tətbiq olunacaq

15-09-2025 14:32
Bakı məktəblərində “Rəqəmsal məktəb” platforması tətbiq olunacaq

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə 505 mindən artıq şagirdin təhsil alacağı gözlənilir. Bu təhsil müəssisələrində 28 mindən artıq müəllim, məktəbəqədər təhsil müəssisələrində isə 4 mindən artıq tərbiyəçi-müəllim çalışır.

Xeberler.az məlumat verir ki, bunu Bilik Günü ilə bağlı keçirilən tədbirdə jurnalistlərə müsahibəsində BŞTİ-nin müdiri Nərminə Hüseynova deyib. O, yeni tədris ilinə hazırlıq işləri barədə məlumat verib: “BŞTİ-nin tabeliyində 673 təhsil müəssisəsi, 9 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. On təhsil müəssisəsində əsaslı təmir işləri aparılıb. Bir məktəbdə əlavə tədris korpusu tikilib və əsas korpusu təmir edilib. Burada dörd ümumi təhsil müəssisəsi sökülərək yenidən inşa olunacaq, 2 təhsil müəssisəsində və 2 məktəbəqədər təhsil müəssisəsində əsaslı təmir işləri aparılacaq. Hazırda 100-dək digər müəssisələrdə isə cari təmir və mühəndis kommunikasiya işləri aparılır. Bu işlərin görülməsində məqsəd təhsil mühitinin daha da yaxşılaşdırılması və məktəblərin infrastrukturunun daha da təkmilləşdirilməsidir”.

N.Hüseynova yeni tədris ili ilə bağlı həyata keçirilən yeniliklərdən də danışıb: “Bütün Bakı məktəblərində “Rəqəmsal məktəb” platforması tətbiq olunacaq. Platformanın əsas məqsədi məktəb, müəllim, şagird və valideyn arasında məlumat mübadiləsinin rəqəmsallaşdırılması və müəllim fəaliyyətinin daha da səmərəli aparılmasıdır. Hazırda kağız jurnallar ləğv olunub və bu gündən etibarən jurnallar “Rəqəmsal məktəb “ platformasında rəqəmsal formatda istifadə olunacaq. Valideynlər öz övladlarının qiymətlərini, məktəbə davamiyyətini dərhal elektron formada əldə edəcək. Onların sualları yarananda müəllimlə elektron xidmət vasitəsilə əlaqə saxlayacaqlar. Rəqəmsallaşma bu il bütün məktəblərdə tətbiq olunur”.

BŞTİ-nin müdiri tam orta məktəb layihəsi barədə də məlumat verib: “Bu tədris ilindən iki məktəbdə - 96 nömrəli tam orta məktəbdə və 239 nömrəli tam orta məktəbdə tam orta təhsil layihəsi tətbiq olunur. Layihənin əsas məqsədi 10-cu və 11-ci sinif şagirdlərinin maraq və meyillərini nəzərə alaraq onların fərdi inkişaf imkanlarının genişləndirilməsi və tədrisin keyfiyyətinin daha da təkmilləşdirilməsidir. Layihənin pedaqoji heyəti əsas akademik göstəriciləri yüksək olan müəllimlərdən ibarətdir. Ümid edirik ki, ilin sonunda bu layihənin müsbət nəticələri olacaq”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bu gün Azərbaycanda Bilik Günü qeyd edilir

15-09-2017

Azərbaycanda Bilik Günüdür

15-09-2016

“Rəqəmsal məktəb” platforması 500 mindən çox şagirdi əhatə edir

04-07-2025

Eşqi Bağırov: “Rəqəmsal məktəb” daha 5 şəhərdə tam tətbiq olunacaq

28-04-2026

Bakı üzrə eksternat imtahanları ilk dəfə elektron qaydada keçiriləcək

23-01-2026

“Rəqəmsal məktəb”platformasından 685 mindən çox istifadəçi yararlanır

05-01-2026

“Rəqəmsal bacarıqlar” layihəsi 275 mindən çox şagirdi əhatə edir

24-12-2025

Qrant layihəsinin təqdimatı keçirilib

30-08-2018

Bakı məktəblərində “Rəqəmsal məktəb” platforması istifadəyə verilir

06-02-2025

"Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsi genişləndiriləcək

23-04-2024

40 məktəbdə böyük summativ qiymətləndirmə rəqəmsallaşdırılır

01-02-2022

Indiyədək I sinfə 127 mindən çox uşaq qəbul edilib

19-08-2024

Paytaxt üzrə 69 layihə qalib olub

27-07-2022

Bakı Şəhəri üzrə 215 məktəbdə STEAM layihəsi tətbiq edilib

13-06-2025

Gəncədə məktəbə yeni internet və telefon xətti çəkilib

10-11-2017

212 saylı məktəbdə də internet sistemi yaradılıb

07-09-2017

Valideynlər üçün məmnuniyyət sorğusu keçirilir

19-12-2025

Rəqəmsal məktəb platforması istifadəyə verilib

07-02-2025

74 nömrəli məktəbdə internet sistemləri quraşdırılıb

04-09-2017

“İnnovativ məktəb” layihəsinin təqdimatı keçirilib

16-12-2025

Ən yaxşı məktəb saytları seçilib

16-12-2022

Ölkəmizdə Bilik Günü qeyd edilir

15-09-2015

Təhsil sahəsində elektron xidmətlərin genişləndirilməsi müzakirə olunub

16-11-2018

Təhsilin rəqəmsallaşdırılması ilə bağlı brifinq keçirilib

24-02-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə