Previous Next
Bağla

“İnnovativ məktəb” layihəsinin təqdimatı keçirilib

16-12-2025 13:07
“İnnovativ məktəb” layihəsinin təqdimatı keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 56 nömrəli tam orta ümumtəhsil məktəbinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX Qrant müsabiqəsində qalib olduğu “İnnovativ məktəb- kompleks inkişaf modeli” layihəsinin təqdimat mərasimi keçirilib.

Xeberler.az bildirir ki, tədbir iştirakçılarını salamlayan 56 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Könül Hüseynova təhsil ocağının son dövrlərdəki fəaliyyəti və əldə etdiyi uğurlara dair təqdimatla çıxış edib, “İnnovativ məktəb- kompleks inkişaf modeli” layihəsinin qarşıya qoyduğu məqsədlər barədə məlumat verib.

Mətbuat Şurasının sədri Rəşad Məcid təhsili idarəetmə qurumları ilə medianın qarşılıqlı və davamlı əməkdaşlığının vacibliyini qeyd edib, həmçinin media savadlılığının gənc nəslin formalaşmasında və təhsil prosesində strateji rol oynadığını diqqətə çatdırıb. R.Məcid layihənin icrasının məktəbdə innovativ yanaşmaların genişlənməsinə, təhsilin keyfiyyətinin yüksəldilməsinə və müasir tələblərə cavab verən məktəb modelinin formalaşmasına mühüm töhfə verəcəyinə ümidvar olduğunu vurğulayıb.

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə qrant müsabiqələrinin ölkə təhsilinin inkişafında oynadığı mühüm roldan danışan millət vəkilləri Ceyhun Məmmədov və Pərvanə Vəliyeva bu cür müsabiqələrin təhsil müəssisələrində innovativ təşəbbüslərin reallaşdırılmasına, qabaqcıl təcrübələrin formalaşmasına və müəllimlərin yaradıcılıq potensialının üzə çıxarılmasına geniş imkanlar yaratdığını vurğulayıblar.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İH-nin sədri Tural Əhmədov, BŞTİ-nin müdir müavini Anar Qədiməliyev, Təhsil İnstitutunun Metodiki Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva, BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Zinyət Əmirova, Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Bakı Nobel İrsi Fondunun direktoru Fuad Qasımov, Peşəkar Təlim və İnkişaf Mərkəzinin rəhbəri Nəcməddin Mehdiyev, “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Arzu Soltan, “Məktəb guşəsi” jurnalının baş redaktoru Məzahir Məmmədli, QHT nümayəndələri, məktəb direktorları və valideynlər çıxış edərək “İnnovativ məktəb-kompleks inkişaf modeli” layihəsini müasir çağırışlara cavab verən, məktəbin inkişafını kompleks şəkildə nəzərdə tutan dəyərli bir təşəbbüs kimi qiymətləndiriblər.

Bildiriblər ki, müasir dövrdə təhsil sadəcə bilik ötürmək deyil, həm də innovativ düşüncə, yaradıcılıq, tənqidi təfəkkür və rəqəmsal bacarıqların formalaşdırılmasını tələb edir. Bu baxımdan layihənin məktəb idarəçiliyindən başlamış təlim-tədris prosesinə, müəllimlərin peşəkar inkişafından şagird nailiyyətlərinə, məktəb-icma əməkdaşlığına qədər geniş bir sahəni əhatə etdiyini diqqətə çatdırıblar.

Təqdimat mərasimində layihənin fəaliyyət planı, tərəfdaş təşkilatlarla birgə həyata
keçiriləcək icra mexanizmləri və gözlənilən nəticələri barədə iştirakçılara ətraflı məlumat verilib.

Qeyd edək ki, “İnnovativ məktəb- kompleks inkişaf modeli” layihəsinin əsas məqsədi ümumi təhsil müəssisəsində müasir təlim metodlarının tətbiqi, rəqəmsal bacarıqların inkişafı, şagirdyönümlü və davamlı təhsil mühitinin formalaşdırılmasından ibarətdir. Layihə çərçivəsində idarəetmənin təkmilləşdirilməsi, müəllimlərin peşəkar inkişafı, şagird nailiyyətlərinin artırılması və valideyn-məktəb əməkdaşlığının gücləndirilməsi nəzərdə tutulur. Sonda məktəb şagirdlərinin ifasında musiqili kompozisiyalar təqdim olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Qrant layihəsinin təqdimatı keçirilib

30-08-2018

Paytaxt üzrə 69 layihə qalib olub

27-07-2022

Bakı məktəblərində “Rəqəmsal məktəb” platforması tətbiq olunacaq

15-09-2025

Dağlıq Şirvan regionunda STEAM mərkəzlərinin sayının artırılması təklif olunub

24-04-2026

Texnologiya sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb

20-11-2018

Direktorlara İKT avadanlıqlardan istifadəyə dair təlim keçirilib

21-09-2015

Ən yaxşı məktəb saytı açıqlanıb

05-03-2018

Paytaxt məktəbində QR kitabxana yaradılıb

09-10-2025

Təhsildə İKT-nin tətbiqi üzrə mentorluq layihəsinə başlanıb

23-10-2015

Rəqəmsal məktəb platforması istifadəyə verilib

07-02-2025

32 innovativ layihənin icrası yekunlaşıb

27-12-2017

“Rəqəmsal məktəb” platforması 500 mindən çox şagirdi əhatə edir

04-07-2025

Ən yaxşı məktəb saytları seçilib

16-12-2022

Rəqəmsal bacarıqlar pilot layihəsi uğurla davam etdirilir

04-10-2018

Hansı məktəbin saytı operativdir?-Müsabiqə

12-10-2017

Məktəblərin sosial şəbəkəsi yaradılıb

08-12-2015

London şəhərində “İnnovativ məktəb” mövzusunda beynəlxalq konfrans keçirilib

23-01-2009

"Sinifdən liderliyə: tədrisdə innovativ yanaşmalar" adlı təlim baş tutub

24-02-2025

Təhsil sahəsində elektron xidmətlərin genişləndirilməsi müzakirə olunub

16-11-2018

İnternetdən təhlükəsiz istifadə adlı tədbir keçirilib

04-06-2018

Valideynlər üçün məmnuniyyət sorğusu keçirilir

19-12-2025

“Rəqəmsal məktəb”: müəllim fəaliyyətinə dair valideyn rəyi

05-02-2026

“Elektron məktəb” layihəsinə 1000 məktəb qoşulacaq

04-04-2012

İnnovasiyalar üzrə müsabiqəyə qeydiyyat başa çatdı

28-03-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə