Previous Next
Bağla

Bakıda II Maliyyə və İnvestisiya Forumu keçiriləcək

22-02-2018 16:58
Bakıda II Maliyyə və İnvestisiya Forumu  keçiriləcək

Mayın 5-də 5 Pullman otelində ölkəmizin aparıcı şirkətlərinin dəstəyi və iştirakı ilə II Maliyyə və İnvestisiya Forumu (FIF2018) “Rəqəmsal Biznes Trendləri” devizi ilə keçiriləcək.

Builki forumun keçirilməsində əsas məqsəd ölkəmizdə rəqəmsal iqtisadiyyatın inkişafının genişləndirilməsi, bu sahənin hüquqi və infrastruktur bazasının beynəlxalq tələblərə uyğunlaşdırması, regional əhəmiyyətli iqtisadi oyunçu kimi Azərbaycan Respublikasının aparıcı mövqeyinin daha da gücləndirilməsi istiqamətində dövlət siyasətinin reallaşmasına dəstək olmaqdan ibarətdir.

Xeberler.az bildirir ki, forum ötən il olduğu kimi 3 paneldən ibarət olmaqla günboyu davam edəcək.

“İnvestisiya Strategiyaları”, “Maliyyələşmə Strategiyaları”, “Vergi Siyasəti və Mühasibat Uçotu” adlı panellərdə toplam 12 yerli və xarici spikerin çıxışı planlaşdırılıb. Forumda özəl şirkətlərlə yanaşı əlaqəli dövlət qurumlarından rəsmilər də iştirak edəcək.

Keçiriləcək tədbir sayəsində dövlət və özəl biznes subyektləri arasında konsktruktiv əlaqələrin, bilgi paylaşımının olması ümumilikdə sektora müsbət təsir edəcək. Maliyyə, vergilər, audit, mühasibatlıq sahəsində çalışan menecerlər, sahibkarlar və ümumiyyətlə bizneslə əlaqəli hər kəs bu forumda iştirak edə bilər.

Qeyd edildiyi kimi FİF2018 illik olaraq özəl şirkətlərin dəstəyi ilə keçirilir. II Maliyyə və İnvestisiya Forumunun baş sponsoru ATA Sığorta ASC, bank sponsoru isə AFB Bank-dır.

Forum haqqında ətraflı məlumatı www.fif.az saytından və rəsmi facebook səhifəsi olan www.facebook.com/fifazerbaijan vasitəsilə əldə etmək mümkündür.

Məlumat üçün bildirək ki, Maliyyə və İnvestisiya Forumu illik olaraq keçirilir. İlk forum 5 may 2017-ci il tarixdə 200-dək şirkətin 400-dən çox menecerinin iştirakı ilə baş tutub.

 Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

II Maliyyə və İnvestisiya Forumu baş tutub

06-06-2018

Yerli və xarici spikerlər öz təcrübəsini bölüşəcək-FİF2018

09-04-2018

9-cu Beynəlxalq Bankçılıq Forumu keçirilir

19-11-2025

Bakıda 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir

22-09-2025

Bakıda “Financial Innovation Forum 2015” keçiriləcək

21-05-2015

Maliyyə uçotunda İT-nin tətbiqi müzakirə olunacaq

07-04-2017

Bakıda World e-commerce Eurasia 2019 forumu keçiriləcək

25-10-2019

3-cü Şuşa Qlobal Media Forumu işə başlayır

19-07-2025

Maliyyə texnologiyasında yeni trendlər müzakirə ediləcək

08-05-2018

Mühasibatlıqda İKT-nin rolu müzakirə edilib-Foto

10-04-2017

“Bakı Fintex Forumu 2025” keçiriləcək

19-09-2025

Azərbaycan-Türkiyə İKT Biznes Forumu keçirilir

11-02-2026

Azərbaycanda hər il beynəlxalq investisiya forumu keçiriləcək

22-09-2025

Microsoft Bakıda böyük tədbir keçirəcək

15-02-2018

ABB sahibkarlığın maliyyələşdirilməsi üzrə ən yaxşı banklardandır

03-12-2025

Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti

01-10-2021

Bakıda “Fintex Forumu 2025” keçirilir

09-10-2025

Bakıda Maliyyə İnnovasiya Forumu keçirilir - Fotolar

27-05-2015

Şuşada 6-cı ECO biznes forumu keçirilib

02-07-2025

“Fintech Innovation Hub” Türkiyə və Azərbaycanın ekosistemlərini bir araya gətirəcək

21-08-2023

Azərbaycan Qafqaz İnvestisiya Forumunda təmsil olunub

04-05-2026

Gələn həftə Bakıda “FİNTEX SAMMİT 2023” maliyyə və texnologiyalar sərgisi keçiriləcək

10-06-2023

İİTKM-də Qlobal Beyin Mərkəzləri Forumu keçirilib

16-11-2024

Bloqosfer 2010-un qeydiyyat müddəti artırıldı

08-09-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə