Previous Next
Bağla
REKLAM YERİ

Mühasibatlıqda İKT-nin rolu müzakirə edilib-Foto

10-04-2017 11:43
Mühasibatlıqda İKT-nin rolu  müzakirə edilib-Foto

Aprelin 8-də Vergilər Nazirliyinin Tədris Mərkəzində “Azərbaycan mühasiblər forumu - 2017” keçirilib.

Xeberler.az-ın məlumatına görə, forumda yerli və beynəlxalq audit və məsləhətçi şirkətləri, beynəlxalq maliyyə institutları, yerli dövlət qurumları və maliyyə təşkilatları, regional peşəkar mühasibatlıq təşkilatları, yerli və özəl şirkətlərin mühasibləri, habelə universitet və media nümayəndələri iştirak ediblər.

4 bölmədən ibarət olan forumun “Mühasibat uçotu sahəsində hüquqi baza və yeni çağırışlar” bölməsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin “Kommersiya təşkilatları üçün təklif olunan yeni hesablar planının və maliyyə hesabatı formalarının müasir tendensiyası – Mühasibat uçotu haqqında qanunda zəruri dəyişikliklər”,  “Accounting&Financial Advisory” firmasının “Kiçik və orta şirkətlərdə mühasibatlığın mövcud problemləri və onların həlli yolları”,  İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin “Büdcədən maliyyələşən təşkilatlarda uçot və hesabatla bağlı mövcud əngəllər və onların aradan qaldırılması yolları” mövzusunda təqdimatları dinlənilib.

Forumun ikinci bölümündə mühasibatlıq sahəsində təhsil və sertifikasiya məsələləri müzakirə olunub. “Mühasibat uçotunun sertifikasiyası üzrə qabaqcıl təcrübənin Azərbaycanda tətbiqi məsələləri”, “Mühasibat uçotunun tədrisinin təkmilləşdirilməsində dövlətin rolu”, “Ali təhsil müəssisələrində mühasibatlıq üzrə tədrisin metodikası və təhsilin əyani vəsaitlərlə təmini problemləri” və “Özəl peşəkar təlimin uçotun inkişafında rolu” mövzularında çıxışlar forum iştirakçılarına təqdim olunub.

Forumun “Vergi islahatlarının uçota təsiri” bölümündə “2017-ci ildə Azərbaycan Respublikasının vergi məcəlləsində  əlavə və dəyişikliklərin təqdimatı” və “Vergi qanunvericiliyindəki son dəyişikliklərin uçotda əks etdirilməsi yolları” mövzusunda məruzələr təqdim olunub. Bildirilib ki, Vergi Məcəlləsinə həm həcm, həm də mahiyyət baxımından ciddi dəyişikliklər edilib. Son dəyişikliklərin əsas məqsədi və hədəfi kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın səviyyəsinin yüksəldilməsi, nağdsız əməliyyatların həcminin artırılması, pul dövriyyəsinin tənzimlənməsi, bankların likvidliyinin və bilavasitə vergi mühitinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviq edilməsi, ixracın stimullaşdırılması, dürüst və şəffaf uçotun qurulmasıdır.

Uçot sisteminin şəffaflaşdırılması ilə bağlı Vergi Məcəlləsinə edilən dəyişikliklər iqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydalarının müəyyən edilməsi, malların alqı-satqı prosesində hərəkət zənciri  boyu sənədləşmənin aparılması, vergidən yayınma hallarının qarşısının alınması məsələlərini əhatə edir.

Forumun son bölümündə “Mühasibatlıqda İKT : Milli və beynəlxalq proqramların qarşılıqlı əlaqəsi” mövzusu müzakirə edilib və “Azərbaycanda mühasibatlığın təşkilində İKT-nin rolu və qarşıda duran problemlər” və “Milli proqramların təqdimatı” forum iştirakçılarının diqqətinə çatdırılıb.

 

 Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Maliyyə uçotunda İT-nin tətbiqi müzakirə olunacaq

07-04-2017

“Mühasibat uçotu haqqında” Qanuna dəyişiklik edilir

03-03-2025

Vergi sistemində “Elektron cinayət işi” konsepsiyası hazırlanacaq

16-11-2015

“e-mühasibat” informasiya sistemi yaradılacaq

22-01-2025

Mühasibat uçotunu məcburi qaydada elektron formada aparacaq subyektlərin dairəsi müəyyənləşir

17-10-2023

e-mühasibat informasiya sistemi yaradılacaq

14-02-2025

Vergi üzrə Peşəkar Təlim və İnkişaf Forumu keçirilir

10-09-2015

İKT şirkətləri vergi dəyişiklikləri barədə məlumatlandırıldı

15-02-2019

“Rəqəmsal dövlət maliyyəsi” ilə bağlı qanunlara dəyişikliklər təsdiqlənib

20-02-2026

II Maliyyə və İnvestisiya Forumu baş tutub

06-06-2018

Bakıda II Maliyyə və İnvestisiya Forumu keçiriləcək

22-02-2018

İKT şirkətləri və startaplar üçün məlumat sessiyası keçiriləcək

06-02-2019

Deputat elektron mühasibat uçotuna dair tələblərin sərtləşdirilməsinin əleyhinə çıxıb

13-10-2023

Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılacaq

02-03-2026

Mühasibat uçotunun elektron formada aparılması mərhələləri müəyyən edilib

29-07-2025

Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır

23-01-2026

“Rəqəmsal dövlət maliyyəsi” ilə bağlı qanunlara dəyişikliklər təsdiqlənib

02-02-2026

Azərbaycanda orta sahibkarlar bu ildən elektron mühasibat uçotuna keçməli olacaq

22-01-2024

DGK sədri: "Vergi sistemində rəqəmsallaşma büdcə ödənişlərindən yayınmanı azaldıb"

13-02-2025

Vergi ödəyicilərinə 63 e-xidmət göstərilir

20-12-2016

Rəqəmsal platformalarda vergitutma mexanizmləri müzakirə edilib

26-02-2026

Blokçeyn texnologiyalarının rəqəmsal iqtisadiyyatda rolu artır

11-12-2018

İKT sahəsində idarəetmə təkmilləşdirilir-Yeni qanunlar

27-12-2022

Vergi borcları barədə məlumatları elektron formada ala bilərsiniz

26-12-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə