Previous Next
Bağla

Nanopeyklərdə astrofiziki eksperimentlərin qoyulması ilə bağlı müzakirələr keçirilib

07-06-2018 13:41
Nanopeyklərdə astrofiziki eksperimentlərin qoyulması ilə bağlı  müzakirələr keçirilib

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) “Azərkosmos” ASC, Milli Aviasiya Akademiyası və Şamaxı Astrofizika Rəsədxanasının birgə layihəsi olan və Azərbaycanda ilk dəfə olaraq buraxılacaq nanopeyklərdə astrofiziki eksperimentlərin qoyulması ilə bağlı növbəti elmi müzakirələr keçirilib. 

Xeberler.az bildirir ki, müzakirələrdə Moskva Dövlət Universitetinin Fizika fakültəsinin “Kosmos fizikası” kafedrasının professoru, f-r.e.d., S.İ. Svertilov, D.V. Skobelçin adına Nüvə Fizikası Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, f.-r.e.n., V.İ. Osedlo, həmin institutun aparıcı elmi işçisi f.r.e.n., Y.V. Popova, Milli Aviasiya Akademiyasının “Yeni texnika və texnologiyanın işlənməsi” (YTTİ) şöbəsinin müdiri, f.r.ü.f.d., A.Ə. Musayev və “Aviasiya mikroelektron vericiləri” şöbəsinin müdiri R.Ə. İbrahimov iştirak ediblər. 

Əvvəlcə ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü N.S. Cəlilov qonaqları salamlayıb, onlara rəsədxanada yerinə yetirilən elmi-tədqiqat işləri barədə ətraflı məlumat verib.

Sonra rəsədxananın elmi işlər üzrə direktor müavini, f.ü.f.d., dos. X.M.Mikayılov rəsədxanadakı teleskoplar və istifadə olunan müşahidə cihazları haqqında, ŞAR-ın “Ulduz atmosferləri və maqnetizm” şöbəsinin müdiri, f.r.ü.f.d.,dos. C.N.Rüstə-mov nanopeyklərdə astrofiziki eksperimentlərin qoyulması haqqında məruzələrini təqdim ediblər.

Məruzələr maraqla dinlənilib, verilən suallar ətrafında fikir mübadiləsi aparılıb. Daha sonra qonaqlar ŞAR-ın 2 metrlik teleskopunda olublar. 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Növbəti Kosmos Yay festifalı keçirilib

27-08-2019

Şamaxı Astrofizika Rəsədxanasında şagirdlər üçün düşərgə keçirilib

29-07-2022

Kosmos Yay festifalı keçirilib

16-07-2019

Respublikada olan astronomik cihazlar modernləşdirilir

29-06-2016

Azerspace-1 peykinin şəkilləri teleskop ilə çəkiləcək

16-04-2016

Bakıda kosmos üzrə beynəlxalq məktəb işinə başlayıb

08-10-2018

“Azərbaycan Astronomiya Jurnalı” Scopus bazasına daxil edilib

29-12-2025

Yay məktəbinin tələbələri Azərkosmos-da olub

04-06-2015

“Canlı kainat - planetlərdən qalaktikalara” mövzusunda beynəlxalq konfrans başa çatıb

26-09-2024

Nanotexnologiyaların meyvəçilikdə tətbiqi sahəsində tədqiqatlar aparılacaq

17-02-2023

Milli Elmlər Akademiyasının elmi müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə verildi

28-07-2022

AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru işdən çıxarılıb

05-03-2020

Süni intellektin universitetlər və elmi-tədqiqat institutları üçün yaratdığı imkanlar müzakirə olunub

10-07-2025

RYTN və AMEA peyk xidmətləri ilə bağlı əməkdaşlığa başladı

17-09-2016

Şamaxı Astrofizika Rəsədxanasının saytı yenilənib

17-07-2017

“Süni intellekt elmi tədqiqatlarda” mövzusunda elmi seminar keçirilib

14-07-2025

AMEA və Azərkosmos ASC birgə layihələrini müzakirə edib

12-02-2019

Səmanın görüntüsünü çək, mükafat qazan- Müsabiqə

12-08-2017

İnformasiya Texnologiyaları İnstitutunda müzakirələr aparılıb

10-06-2025

Azərbaycan Estoniya ilə birgə innovativ layihələr həyata keçirəcək

01-11-2013

Azərkosmos və AMEA -nın birgə görüşü keçirilib.

26-07-2018

ETİ-nin Təbiət və dəqiq elmlər şöbəsinin əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

22-06-2022

AMEA rəhbərliyi “Teknofest Azərbaycan” festivalında xüsusi pavilyona baxış keçirib

25-05-2022

İnnovasiya fəaliyyəti və patent məsələsi müzakirə edilib

02-12-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə