Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) paytaxt sakinlərini fasiləsiz rabitə xidmətləri ilə təmin etmək üçün gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.
Sosial təcridlə əlaqədar olaraq sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə “Baktelecom”da rabitə xidmətlərinə qoşulma, sürətdəyişmə kimi sifarişlərin onlayn qaydada qəbul edilməsi üçün işçi qrupu fəaliyyət göstərir.
Müraciətçilər evlərini tərk etmədən “Baktelecom”un rəsmi “Facebook” səhifəsinə, “baktelecom.az” saytının “Onlayn çat” bölməsinə elektron sorğu göndərməklə, həmçinin “155” Vahid Çağrı Mərkəzinə zəng etməklə müvafiq sifarişlər verə bilirlər. Sosial təcrid müddətində ümumilikdə “Facebook” səhifəsi və saytın “Onlayn çat” bölməsi üzərindən 8 minə yaxın müxtəlif mövzulu sorğu daxil olub.
Bu müddət ərzində Çağrı Mərkəzi vasitəsi ilə “Baktelecom” şəbəkəsi üzrə 90 minə yaxın müraciət qeydə alınaraq emal edilib. Bu müraciətlərdən təqribən 45 mini internet xidməti üzrə sürətdəyişmə, xidmətə qoşulma və bərpa ilə bağlı olub. Telefoniya xidməti üzrə isə 20 mindən artıq müraciət qəbul edilib. Bu sıraya yeni qoşulma və bərpa, kabel və xətt zədələnmələri, eləcə də xidmətə aid digər sorğular daxildir.
Qurumun mütəxəssisləri istifadəçilərin fasiləsiz və sürətli xidmətlərlə təminatı üçün şəbəkənin təkmilləşdirilməsi istiqamətində profilaktik işləri sürətləndiriblər. Şəbəkə tutumunun artırılması və yüklənmələrin qarşısının alınması məqsədilə “DATA Core” avadanlıqları üçün yeni ehtiyat hissələri alınıb.
Eyni zamanda “Şəbəkə əməliyyat sistemi” (NOC) əməkdaşlarının və növbətçi briqadaların gücləndirilmiş iş rejimində fəaliyyəti təmin edilib. Belə ki, yarana biləcək qəza halları və ya xətt zədələnmələri, eləcə də gün ərzində nasazlıq qeydə alınan şəbəkə barədə məlumatlar bu sistem vasitəsi ilə növbətçi briqadalara ötürülür və çətinliyin operativ şəkildə aradan qaldırılması həyata keçirilir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri