Xeberler.az bildirir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) yeni tədris ilinin başlanması ilə əlaqədar mənzillərin və fərdi evlərin telekommunikasiya xidmətləri ilə təminatını sürətləndirib.
Qurum yeni və köhnə binalarla yanaşı, fərdi evlərdə də “Evədək optika” layihəsinin icrasını davam etdirir. Paytaxtın Suraxanı rayonu, Hövsan yolu Qum adasında yerləşən yeni yaşayış massivində optik şəbəkənin inşası artıq yekunlaşıb. İnternet avadanlıqları ilə pulsuz təchiz edilən 100-dək ailənin yüksəksürətli multimedia xidmətləri ilə təmin olunmasına başlanıb.
Eyni zamanda bir optik xətt üzərindən telefon, internet və televiziya xidmətlərindən istifadə imkanı sakinlərin marağına səbəb olub. Belə ki, onlar üçün sərfəli şərtlərlə “1 xətt – 3 xidmət” paketinə qoşulma fürsəti yaradılıb.
Növbəti mərhələdə yeni rabitə infrastrukturunun Nizami, Xətai, Sabunçu və Xəzər rayonlarında fərdi evlərdən ibarət olan yaşayış massivlərində qurulması nəzərdə tutulur.
Xatırladaq ki, “Evədək optika” layihəsi müasir standartlara cavab verən GPON (Gigabyte Passive Optical Network – Qiqabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası əsasında həyata keçirilir. Texnologiya istifadəçilər üçün genişzolaqlı internet bağlantısını və yüksək keyfiyyətli xidməti təmin edir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri