Previous Next
Bağla

Bank kartları və onlayn kreditlərlə bağlı ən çox fırıldaqçılıq olan bankların adları açıqlanacaqmı?

24-07-2025 17:07
Bank kartları və onlayn kreditlərlə bağlı ən çox fırıldaqçılıq olan bankların adları açıqlanacaqmı?
"Ötən gün Mərkəzi Bankın sədri Taleh Kazımovla ekspertlərin görüşündə qaldırdığım məsələlərdən biri də bank sektorunda təhlükəsizliklə bağlı olub. Bu istiqamətdə bank kartları ilə olan fırıldaqçılığın artması, banklarda vətəndaşın identifikasiya məsələləri, banklarda çalışan əcnəbilərin vətəndaşların məlumat bazalarına giriş imkanlarının olması və vətəndaşın xəbəri olmadan onun adına onlayn formada kreditlərin götürülməsi problemlərini diqqətə çatdırdım".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspert qeyd edib ki, datalara giriş imkanı olan sektorlarda əcnəbilərin işləməsinin məhdudlaşdırılmasını, bütün bankların tətbqilərində onlayn kreditlə bağlı STOP imkanının yaradılmasını, açıq bankçılığın, APİ servislərin işə salınmasını və s.təklifləri diqqətə çatdırıb:
 
"Taleh Kazımov bank sektorunda təhlükəsizliyin gücləndirilməsi məqsədilə bütün bankları əhatə edən yeni bir platformanın işə salındığını vurğulayıb. Bu məsələnin Mərkəzi Bank üçün prioritet olduğu qeyd edilib.
 
Son zamanlar DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi ilə birlikdə bu istiqamətdə xeyli müsbət işlərin görüldüyü bildirilib.
 
Mərkəzi Bank sədri Azərbaycanda bank fırıldaqçılığı və cinayətkarlığın orta dünya göstəricisindən xeyli aşağı olduğunu da qeyd edib. İnandırıcı olması üçün rəqəmləri də bizə göstərdilər.
 
Bununla belə bank kartlarından olan fırıldaqçılıqla bağlı statistikaların gündəlik dərcinin də nəğdsiz ödənişlərlə bağlı ümumi siyasət baxımından narahatçılıq yaratdığı qeyd edilib.
 
Mərkəzi Bank tərəfindən hər ay bu istiqamətdə statisik icmalların hazırlanmasının nəzərdə tutulduğunu bildirilib".
 
Osman Gündüzün sözlərinə görə, son zamanlarda DİN-in gündəlik hesabatlarında bank kartları ilə olan fırıldaqçılıq statistikalarının verilməməsi də məhz bununla bağlıdır:
 
"Fikrimcə, belə statistikaların verilməsi maarifçilik baxımından və mövcud təhlükələrə vətəndaşların diqqətinin cəlb edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
 
Müzakirələrdən belə anladım ki, Mərkəzi Bank təhlükəsizliklə bağlı məsələləri daha da sərtləşdirəcək. Antifraud sistem daha da təkmilləşdirilir.
 
Hazırda bu istiqamətdə DİN-lə birgə qurulan əməkdaşlıq müstəvisinə mobil operatorların da cəlb ediləcəyi gözlənilir.
 
Ümid edirəm Mərkəzi Bank yetərincə ictimai əhəmiyyət kəsb edən “ən çox şikayət olunan banklar” hesabatı ilə yanaşı, "Bank kartları və onlayn kreditlərlə bağlı ən çox fırıldaqçılıq olan banklar" hesabatını da təqdim edəcək".
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Hər saat təhlükəsizlik şifrəsini dəyişən bank kartı hazırlanıb

11-10-2016

Eskpert: DİN bank kartları ilə bağlı kibercinayət statistikasını nə üçün dayandırıb?

11-09-2025

DİN: Ötən gün bank kartlarından 40 min manatdan çox pul oğurlanıb

10-04-2025

DİN kiber talamalarla bağlı vətəndaşlara növbəti dəfə çağırış edib

09-04-2025

Rəqəmsal fırıldaqçılığa qarşı mərkəzləşdirilmiş sistem yaradılacaq

20-11-2025

Taleh Kazımov: "Ölkədaxili nağdsız əməliyyatların həcmi 20 milyard manata çatıb"

24-11-2022

Azərbaycanda elektron ticarət dövriyyəsi ümumi əməliyyatların 45 %-ni təşkil edir

16-05-2024

Ölkədə internet bankçılıq xidməti ilə bağlı vəziyyət necədir?

09-12-2015

Kibertalamalarla mübarizə məqsədi ilə işçi qrup yaradılıb

19-07-2024

DİN: Bank kartlarından oğurluqlar davam edir

14-05-2025

Mərkəzi Bank: Ölkədə nağdsız ödənişlərin təhlükəsizliyilə bağlı ciddi problem yoxdur

14-06-2023

DİN: Bank kartları ilə əlaqəli zənglər və mesajlar bloklanmalıdır

15-04-2025

AMB banklara informasiya təhlükəsizliyini təkmilləşdirilməsi ilə bağlı vaxt verib

17-06-2022

"Bank kartlarından pul oğurlanması halları bütün dünyada var"

15-04-2025

Həftəsonu bank kartlarından 18 minə yaxın pul oğurlanıb

21-04-2025

Banklar üzrə rəqəmsal fırıldaqçılıq statistikası açıqlanıb

22-10-2025

Həftəsonu vətəndaşların bank kartlarından 41 min manat oğurlanıb

14-04-2025

DİN kiberdələduzluqla bağlı əhaliyə müraciət edib

03-05-2025

Bank Kartları niyə hədəfə çevrilir? -Gizli siyahılarla aparılan kiber “ov”

11-04-2025

Azərbaycanda maliyyə bazarları üzrə kibertəhlükəsizlik strategiyası hazırlanır

24-11-2022

Hər ay kartlardan 2 milyon manat talanır – Qanunvericilik dəyişməlidir

22-05-2025

Ödəniş kartları ilə ölkədaxili fırıldaqçılığın sayı kəskin artıb

02-03-2026

İnternet bankçılıq xidmətilə aparılan müştəri köçürmələrinin həcmi artıb

12-03-2026

Banklar “Asan İmza”dan effektiv istifadə edir

29-04-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə