Previous Next
Bağla

Eskpert: DİN bank kartları ilə bağlı kibercinayət statistikasını nə üçün dayandırıb?

11-09-2025 16:44
Eskpert: DİN bank kartları ilə bağlı kibercinayət statistikasını nə üçün dayandırıb?
"Bir zamanlar DİN hər gün bank kartları ilə bağlı kibercinayətlərin statistikasını paylaşırdı. Bu açıqlamalar cəmiyyətin diqqətini çəkir, insanları maarifləndirir, hər kəsi daha ehtiyatlı olmağa vadar edirdi".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, DİN bu məlumatları həm özündə toplanan datalardan, həm də banklarla DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi arasında real vaxtda çalışan sistemdən əldə olunan datadan istifadə etməklə paylaşırdı:
 
"Yəni qurum mövcud datadan həm də maarifçilik, hesabatlılıq və şəffaflıq üçün çox effektiv şəkildə istifadə edirdi. Media da bu məlumatları ictimailəşdirməklə profilaktika işlərində mühüm rol oynayırdı.
 
Amma birdən-birə DİN, bu sahədə maariflənmədə mühüm rol oynayan, qurumun mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev bu açıqlamaları dayandırdı. Belə ictimai əhəmiyyət daşıyan məlumatların paylaşılmasının kəsilməsi olduqca düşündürücü və təəssüf doğurucudur".
 
Görəsən, nə üçün bu açıqlamalar dayandırılıb?
 
Osman Gündüz bildirib ki, iddialara görə, bu tip açıqlamaların bankların nüfuzuna kölgə saldığı bildirilirdi. Xatırlayıram ki, bir müddət öncə MB nümayəndələri də bank kartları ilə bağlı kibercinayətlərin statistikalarının gündəlik deyil, aylıq təqdim olunacağını bəyan etmişdilər:
 
"Lakin hələlik görünən odur ki, DİN-in gündəlik açıqlamaları dayanıb və Mərkəzi Bank ilə birgə vəd edilən aylıq statistika da ortada yoxdur.
 
Nəticədə cəmiyyət, media və vətəndaşlarımız baş verən kibercinayətlərdən xəbərsizdir, bu sahədə tendensiyanı izləyə bilmirlər, nədən ehtiyat etməli olduqlarını bilmirlər və s. Düşünürəm ki, ictimai əhəmiyyət kəsb edən belə məlumatların gizlədilməsi doğru yanaşma deyil.
 
Bu məsələyə sadəcə bankların imici prizmasından baxmaq düzgün olmaz. Bu, birbaşa vətəndaşların təhlükəsizlik məsələsidir. Problemin gizlədilməsi çıxış yolu deyil – əksinə, banklar öz təhlükəsizlik sistemlərini gücləndirməli, maarifləndirmə işlərinə daha çox resurs ayırmalıdır.
 
Ən çox şikayət olunan bankların reytinqini açıqlayan MB bu tip məlumatları da paylaşmaqdan çəkinməli deyil".
 
Ekspert qeyd edib ki, bu tip məlumatlar ictimai əhəmiyyət kəsb edir, cəmiyyət üçün, ictimai nəzarət üçün olduqca vacibdir:
 
"Ümid edirəm ki, DİN ən qısa zamanda bu boşluğu aradan qaldıracaq və ictimaiyyəti müntəzəm olaraq real vəziyyətdən xəbərdar edəcəklər".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bank kartları və onlayn kreditlərlə bağlı ən çox fırıldaqçılıq olan bankların adları açıqlanacaqmı?

24-07-2025

Kibertalamalarla mübarizə məqsədi ilə işçi qrup yaradılıb

19-07-2024

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi nələri dəyişəcək?-RƏY

04-06-2023

DİN-də Kibercinayətkarlıqla mübarizə strukturu olmalıdırmı?

03-03-2020

Avtomobillərin dövlət qeydiyyatına alınması prosesi niyə elektronlaşmır?

16-04-2019

Ekspert: Polisin fəaliyyətində süni intellektin və texnologiyaların rolu xeyli artıb

19-12-2024

Ekspert: Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi kibertalamaların qarşısnı ala biləcəkmi?

21-08-2024

Bank Kartları niyə hədəfə çevrilir? -Gizli siyahılarla aparılan kiber “ov”

11-04-2025

Hər ay kartlardan 2 milyon manat talanır – Qanunvericilik dəyişməlidir

22-05-2025

DİN: Bank kartları ilə əlaqəli zənglər və mesajlar bloklanmalıdır

15-04-2025

Ekspert: Nə üçün DİN xidmətləri hələ də elektronlaşdırılmır ?

26-04-2021

DİN-nin hansı xidmətləri elektron formaya keçirilib ?

28-08-2019

Ekspert: DİN yeni yaradılan xidmətlərin rəqəmsal versiyasına diqqət yetirmir

27-07-2021

Generalların görüşündə hansı məsələlər müzakirə edilib ?

17-02-2024

DİN: Ötən gün bank kartlarından 6 min manatdan çox vəsait oğurlanıb

03-06-2025

DİN kiber talamalarla bağlı vətəndaşlara növbəti dəfə çağırış edib

09-04-2025

Kibercinayətkarlığa kim cavabdehdir?

21-06-2019

DİN dərsləri yoxsa innovasiya və informatika?

01-05-2019

Ölkədən çıxışa STOP qoyulmasını öncədən necə öyrənmək olar?

07-04-2025

DİN: Kiberdələduzluq ilə üzləşməmək üçün ehtiyatlı olmaq lazımdır

11-06-2025

Ekspert: Kiberdələduzlar cinayəti bilərəkdən həftəsonuna salırlar

18-01-2025

DİN: Ötən gün bank kartlarından 9600 manata yaxın pul oğurlanıb

05-06-2025

DİN: Ötən gün bank kartlarından 10 min 300 manata yaxın pul oğurlanıb

04-06-2025

Ekspert: Daha çox hansı mobil operatordan imtina edilib?

10-01-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə