BANM-də “TEKNOFEST-2024”ün qalibləri ilə görüş olub

24-10-2024 / 17:02

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Türkiyənin ən böyük aviasiya, astronavtika və texnologiya festivalı olan “TEKNOFEST-2024”də qalib gələn ali məktəbin komandaları ilə görüşüb.

Xeberler.az bildirir ki, rektor I yerə layiq görülən “BHOSWARE” və II yerə layiq görülən “Dərbəndqala - BHOS” komandalarının üzvlərini təbrik edib. O, bu gənclərlə qürur hissi keçirdiyini bildirib, onlara öz tövsiyələrini verib. Rektor komandaların əldə etdiyi uğurların daha geniş imkanlar yaradacağına əminliyini vurğulayıb.

Sonra tələbələr qalibiyyət sevincini rektorla bölüşüb, mükafatları rektora təqdim ediblər.

Adana şəhərində Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən mükafatlandırıldıqlarını vurğulayan tələbələr yarış zamanı baş verən proseslər barədə də rektoru məlumatlandırıblar.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə