BANM komandası “Bizdən Biznesə” müsabiqəsinin qalibi olub

07-04-2025 / 13:17

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) “Climasel” komandası “Bizdən Biznesə” startap müsabiqəsinin qalibi olub.

Xeberler.az məlumat verir ki, BANM Kimya mühəndisliyi ixtisasının III kurs tələbələri Xəyalə Miriyeva və Fatimə Nəsirova növbəti uğura imza atıblar.

Qaliblərə “AccessBank” tərəfindən 25,000 AZN dəyərində mükafat təqdim edilib. Bu mükafat qalib komandanın biznes planını həyata keçirməsi üçün dəstək olacaq.

Müsabiqə Azərbaycanda biznesə daim innovativ və əlçatan maliyyə həlləri təqdim edən AccessBank-ın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə təşkil olunur.

Qeyd edək ki, müsabiqəyə 500-dən artıq müraciət daxil olub və qaliblər münsiflər heyəti tərəfindən seçilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə