Previous Next
Bağla

SOCAR-ın dəstəyi ilə neft hasilatında enerji sərfinin optimallaşdırılmasına dair qrant layihəsi işlənilir

23-04-2026 17:38
SOCAR-ın dəstəyi ilə neft hasilatında enerji sərfinin optimallaşdırılmasına dair qrant layihəsi işlənilir

Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Elm Fondunun maliyyələşdirdiyi “Neft hasilatında enerji sərfinin optimallaşdırılması üçün dərin təlim modelləri” mövzusunda qrant layihəsi üzrə fəaliyyət planı müzakirə olunub.

Xeberler.az bildirir ki, AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev əvvəlcə layihənin strateji və elmi-praktiki əhəmiyyətindən danışıb. Alim son dövrlərdə neft-qaz kompleksində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi problemlərinin daha da aktuallaşdığını, enerji idarəetməsində süni intellekt və rəqəmsal texnologiyaların rolunun əhəmiyyətli dərəcədə artdığını söyləyib. Müasir dövrdə neft hasilatı proseslərində enerji sərfinin artmasının hasilat sistemlərinin səmərəli idarə olunmasını zəruri etdiyini qeyd edib, bu məqsədlə intellektual enerji-effektiv idarəetmə alqoritmlərinin tətbiqinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Tədbirdə institutun baş mühəndisi Şakir Mehdiyev işin aktuallığı, məqsədi, eləcə də enerji səmərəliliyinin artırılmasının ənənəvi üsulları, bu sahədə mövcud yanaşmalar və problemlər haqqında məlumat verib. Onun sözlərinə görə, böyük həcmli istehsalat verilənlərinin analizi və dərin təlim metodları enerji sərfinin proqnozlaşdırılması, optimal rejimlərin müəyyənləşdirilməsi və karbon emissiyalarının minimuma endirilməsi üçün yeni imkanlar yaradır. O qeyd edib ki, layihə çərçivəsində neft hasilatında təmir-istismar xərclərinin azaldılması, hasilatın artırılması və enerji sərfiyyatının minimuma endirilməsi üçün optimallaşdırma problemlərinin həlli qarşıda duran əsas məsələlərdir: “Bu məqsədlə süni intellekt, xüsusilə dərin təlim modelləri, böyük verilənlərin analizi və proqnozlaşdırma metodlarının tətbiqi nəzərdə tutulur”.

Sonra qrant layihəsi üzrə hər bir icraçı yerinə yetiriləcək işlər, qarşıya qoyulan məsələlər haqqında məlumat verib.

Tədqiqat istiqamətləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr səsləndirilib.

Sonda akademik Rasim Əliquliyev çıxış edərək son illər institutda həyata keçirilən qrant layihələrinin elmi-tədqiqat fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsində mühüm rol oynadığını qeyd edib. Alim bildirib ki, ölkə və beynəlxalq səviyyəli qrant proqramlarında fəal iştirak institut əməkdaşlarının elmi potensialının reallaşdırılmasına, gənc tədqiqatçıların elmi prosesə cəlb olunmasına, eləcə də elmi nəticələrin praktik müstəvidə səmərəli istifadəsinə geniş imkanlar yaradır. Alimin sözlərinə görə, qrant layihəsi çərçivəsində hazırlanan elmi məqalələrin, əldə edilən nəticələrin mütəmadi olaraq müzakirə olunması və qiymətləndirilməsi, görülən işlərə dair ictimaiyyətə məlumatların verilməsi tədqiqatların şəffaflığının artırılması ilə yanaşı, gələcək mərhələlər üçün strateji prioritetlərin düzgün müəyyənləşdirilməsinə də xidmət edəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnformasiya Texnologiyaları İnstitutunda seminar keçirilib

21-06-2025

İnformasiya Texnologiyaları İnstitutunda müzakirələr aparılıb

10-06-2025

İnformasiya Texnologiyaları İnstitutu və AzTU birgə qrant layihələrində iştirak edir

04-05-2026

Mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri araşdırılır

13-03-2023

Ölkədə texnologiya ilə bağlı hansı qrant layihələr olub?-Hesabat

27-04-2018

“Big Data problemi üzrə elmi-tədqiqatlar davam etdiriləcək”

13-01-2016

Rəqəmsal dövlətin kibersuverenliyinə dair elmi-tədqiqat müzakirə edilib

20-10-2025

E-dövlət üçün effektiv audio-video xidmətləri mühiti formalaşdırılacaq

15-01-2016

Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününə həsr olunmuş elmi seminar keçirilib

30-11-2024

Bakı Ali Neft Məktəbində Süni intellekt elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb

28-03-2024

Çikaqo Universitetinin professoru ilə rəqəmsal tibb müzakirə olunub

30-10-2025

İnformasiya Texnologiyaları İnstitutu ilə Honkonq Kore Akademiyası memorandum imzalayıb

13-11-2025

E-idarəetmənin səmərəliliyinin artırılmasına dair tədqiqatlar aparılacaq

03-02-2025

Bulud sistemləri ilə bağlı aparılan tədqiqatların nəticələri müzakirə olunub

22-10-2024

Kibersuveren rəqəmsal dövlətin formalaşdırılması araşdırılır

18-08-2025

Elektron elmin formalaşması problemləri müzakirə olunub

27-06-2016

Elektron elmin formalaşması problemləri araşdırılır

10-02-2016

Kiberfiziki sistemlərin intellektual analizi problemləri tədqiq edilib

30-01-2026

İnformasiya Texnologiyaları İnstitutunda bir sıra mühüm elmi nəticələr əldə edilib

21-12-2020

“Rəqəmsal repozitariyaların qurulması və inkişafı” müzakirə olunub

01-08-2025

Kompüter şəbəkələrinin kibertəhlükəsizliyinin monitorinqi müzakirə olunub

28-04-2025

Kosmik fəzada intellektual optik şəbəkə modelinin layihələndirilməsi tədqiq edilir

13-10-2025

Elektron dövlət mühitində paylanmış smart OLAP sisteminin modeli işlənilir

16-11-2024

Jest informatikasının istiqamətləri, hədəfləri və texnologiyaları ilə bağlı tədqiqatlar aparılıb

04-11-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə