“Bizdən biznesə” startap müsabiqəsinə start verilib

21-10-2025 / 11:05

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı, “AccessBank” QSC-nin təşkilatçılığı və “Visa”nın dəstəyi ilə növbəti dəfə “Bizdən biznesə” startap müsabiqəsinə start verilib. 

Xeberler.az bildirir ki, layihədə sahibkarlar və startaplar iştirak edə bilərlər. 

Artıq ikinci dəfədir keçiriləcək layihənin məqsədi innovativ ideyaları olan şəxsləri öz bizneslərini qurmağa ruhlandırmaq, onlara maliyyə və mentor dəstəyi təqdim etməklə sahibkarlıq ekosisteminin inkişafına töhfə verməkdir. “Bizdən biznesə” müsabiqəsi innovasiya, sosial təsir və davamlı inkişaf prinsipləri əsasında qiymətləndiriləcək startaplar üçün yeni imkanlar açmağı hədəfləyir. 

Müsabiqənin mərhələləri aşağıdakı kimidir:

  • 15 oktyabr – 15 noyabr 2025 – Müraciətlərin qəbulu 
  • 17–23 noyabr 2025 – 20 uyğun biznes layihəsinin seçilməsi
  • 24–30 noyabr 2025 – Seçilmiş layihələrin təqdimat mərhələsinə hazırlıq prosesi
  • 2–15 dekabr 2025 – 10 finalçı layihənin müəyyənləşdirilməsi və təqdimata hazırlıq
  • 22 dekabr 2025 – Qaliblərin mükafatlandırılması mərasimi

Müsabiqənin qalibləri Münsiflər Heyəti tərəfindən seçiləcəkdir. Ümumi mükafat fondu 75 000 AZN təşkil edən layihə çərçivəsində I yerin qalibi 25 000 AZN, II yerin qalibi 20 000 AZN, III yerin qalibi isə 15 000 AZN məbləğində mükafat əldə edəcək. Bundan əlavə, “Visa” tərəfindən seçilən xüsusi layihəyə də 15 000 AZN məbləğində əlavə mükafat təqdim olunacaqdır.

Qeyd edək ki, ötən il baş tutan “Bizdən biznesə” layihəsinin ümumi mükafat fondu 60 000 AZN təşkil edib. Bu il isə layihə daha geniş miqyasda və daha böyük dəstək paketilə həyata keçirilir.

Daha ətraflı məlumat üçün linkə keçid edin: https://www.accessbank.az/az/biznes/bizdenbiznese/


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə