CAR-da kanalizasiya borularını robotlar yoxlayır

17-04-2015 / 11:50

Cənubi Afrika Respublikasında (CAR) robot kanalizasiya borularını yoxlamağa başlayıb. Xəbərlər TASS-a istinadən məlumat verir ki, məmulat artıq paytaxt Keyptaun mənzil-kommunal təsərrüfatının sərəncamına verilib.

 Qurğu operatorun gözü rolunu oyanacaq və tıxanma, çat, uçqun və digər maneələri tapmaqla məşğul olacaq. Çəkisi on kq olan təkərli robot videokamera ilə təchiz edilib. Robot kanalizasiya sisteminə adi lyukdan düşür.

Küçədə idarəetmə pultu arxasında oturan operator robotu irəliyə və arxaya hərəkətə gətirə, kameranı öz oxu ətrafında döndərə və işığı lazımi yerə yönəldə bilir. Onun qarşısında böyük ekranda təsvir və məlumatlar, o cümlədən vaxt, tarix, boru üzrə məsafə, onun əyilməsi və robotun hərəkət sürəti göstərilir.

 Keyptaunda kanalizasiya boruları yerin 1-12 metrliyində yerləşir. Onların diametri bəzən 15 santimetr təşkil edir. Robot bütün diametrli boruları yoxlaya bilir. 

 “Robot kanalizasiyanı yoxlayaraq bizə onun vəziyyəti barədə məlumat verir. Biz borunun partlamasını gözləmədən nasazlıqları dərhal aradan qaldıra bilirik”, - mənzil-kommunal təsərrüfatı departamentinin əməkdaşı Ernest Sonnenberq bildirib.

 Paytaxt CAR-da ehtiyat hissələri İsveç və Almaniyadan tədarük edilərək robotun yığılmasına görə 200 min dollar ödəyib. Bu il şəhər daha üç robot almağı planlaşdırır.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə