Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları “Huawei” şirkəti tərəfindən təşkil olunan beynəlxalq onlayn təlim proqramını uğurla başa vurublar.
Xeberler.az məlumat verir ki, təlim çərçivəsində iştirakçılar süni intellekt sahəsində HCIA-AI (Huawei Certified ICT Associate – Artificial Intelligence) üzrə intensiv hazırlıq keçib və bu sahədə rəsmi beynəlxalq sertifikata layiq görülüblər.
HCIA-AI təlim kursu iştirakçılara maşın öyrənməsi və dərin öyrənmə alqoritmlərinə əsaslanan süni intellekt həllərinin hazırlanması, təkmilləşdirilməsi və tətbiqi sahəsində nəzəri biliklər və praktiki bacarıqlar qazandırıb. Bu təşəbbüs BDU-da müasir texnologiyaların təhsil mühitinə inteqrasiyası və aparıcı texnologiya şirkətləri ilə davamlı və strateji tərəfdaşlığın gücləndirilməsi istiqamətində atılmış mühüm addım kimi qiymətləndirilir.
Təlimlər nəticəsində əldə olunmuş bilik və bacarıqlar universitetdə süni intellektin tətbiqi ilə bağlı yeni yanaşmaların formalaşmasına, innovativ tədris modellərinin yaradılmasına və rəqəmsal transformasiyanın sürətləndirilməsinə töhfə verəcək. BDU-nun beynəlxalq əməkdaşlıq və qabaqcıl texnologiyaların tətbiqi istiqamətində atdığı bu addım universitetin rəqəmsal gələcəyinin formalaşmasına xidmət edir.
Proqramın koordinasiyası BDU-nun Keyfiyyət Təminatı Mərkəzi və İnformasiya Texnologiyaları Mərkəzi tərəfindən təmin olunub.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları