Previous Next
Bağla

Bələdiyyə ödənişləri Hökumət Ödəniş Portalına inteqrasiya edilib

09-09-2019 13:53
Bələdiyyə ödənişləri Hökumət Ödəniş Portalına inteqrasiya edilib

Hökumət Ödəniş Portalının (HÖP) infrastruktur imkanlarının genişləndirilməsi tədbirləri çərçivəsində uzun müddətdir ki, yerli (bələdiyyə) vergilər və ödənişlərin toplanılması imkanın yaradılması istiqamətində işlər davam etdirilirdi.

Xeberler.az məlumat verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilib.

Məlumatda həmçinin deyilir ki, bu istiqamətdə Prezident Administrasiyasının dəstəyi ilə Azərbaycan şəhər, kənd və qəsəbə bələdiyyə assosasiayaları ilə birlikdə görülən işlər başa çatdırılıb. Həyata keçirilmiş tədbirlər nəticəsində yaradılmış “Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi” HÖP infrastrukturuna inteqrasiya olunub.

İlkin mərhələdə ölkədə mövcud olan 1 607 bələdiyyə orqanlarından 700-dən çoxu üzrə vergi ödəyiciləri və onların cari öhdəlikləri haqqında məlumatlar mərkəzi informasiya sisteminə daxil edilib. Yaxın dövrlərdə yerli bələdiyyə orqanları ilə "Bələdiyyələrin Onlayn Xidmət Mərkəzi" tərəfindən həyata keçirilən birgə tədbirlər çərçivəsində digər bələdiyyə orqanları üzrə vergi ödəyiciləri haqqında məlumatların mərkəzi informasiya sisteminə daxil edilməsi başa çatdırılacaq və ölkənin bütün regionlarında ödənişlərin qəbulu təmin ediləcək.

Beləliklə, sentyabrın 6-dan yerli (bələdiyyə) vergi və ödənişlər HÖP-ə inteqrasiya olunmuş 30 bank və “Azərpoçt” MMC-nin 2 500-dən çox filial və şöbələrində, 1 300-ə yaxın ödəniş terminalında istənilən vasitələrlə, o cümlədən nağd formada, portalın internet səhifəsindən (www.gpp.az) və mobil əlavəsindən (Android və IOS platformalı) istifadə etməklə isə ödəniş kartları vasitəsilə nağdsız qaydada həyata keçirilə bilər.

Ödənişlərin həyata keçirilməsi zamanı ödəyicinin identifikasiyası üçün bələdiyyələrin təqdim etdiyi “Yerli Vergi Ödəyicisinin Kodu”ndan (YVÖK) istifadə edilməlidir. Ödəyicilər bu kodu müvafiq bələdiyyə orqanlarına müraciət etməklə əldə edə bilərlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Hökumət Ödəniş Portalının imkanları genişləndirilir

17-03-2016

“Elektron Bələdiyyə” portalının təqdimatı olub

18-04-2025

Bakı Nəqliyyat Agentliyi Hökumət Ödəniş Portalı-na inteqrasiya olunub

05-11-2018

Azərbaycanda bələdiyyə vergisinin nağd ödənişi dayandırılır

21-10-2024

Bələdiyyələrin vahid informasiya sistemi yaradılır

20-05-2025

Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq

30-05-2025

Hökumət Ödəniş Portalında yenilik var

15-01-2019

Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq

24-06-2025

Bələdiyyə ödənişləri onlayn rejimdə olacaq

11-09-2015

Tələbələr təhsil haqqını onlayn ödəyəcək

15-12-2015

“Asan İmza” yeni elektron xidmət istifadəyə verib

16-11-2020

Bələdiyyələr hesabat və aktlarını informasiya sisteminə yerləşdirəcək

02-12-2024

Asan İmza Hökumət Ödəniş Portalına inteqrasiya edilib

15-10-2015

Mərkəzi Bank ianə köçürülməsi imkanlarını genişləndirib

23-03-2020

Ödəniş sistemlərinin təhlükəsizliyi gücləndirilir

20-11-2015

DİM ASAN ödəniş sisteminə inteqrasiya edilib

15-01-2019

Azərbaycanda neçə bələdiyyənin internet saytı var

06-01-2011

E-Manat terminalları ASAN Ödəniş sisteminə qoşuldu

22-06-2018

Azəristiliktəchizat ASC ASAN ödəniş sisteminə uğurla inteqrasiya edilib

30-01-2019

“YAŞAT” Fonduna “Hökumət Ödəniş Portalı” vasitəsilə də ianə etmək mümkündür

10-12-2020

SAMF bələdiyyələrin fəaliyyətinə həsr olunan KİV-in monitorinqini aparıb

08-12-2009

Hansı bələdiyyələr onlayn ödəniş sisteminə qoşulub?

02-02-2017

İqtisadi Tədqiqatlar Mərkəzi “Elektron bələdiyyə” konsepsiyasını təqdim edib

17-06-2009

96 məhkəmə orqanı ASAN ödəniş sisteminə inteqrasiya edilib

12-04-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə