“Youth Cyber Forum” keçirilib

25-02-2026 / 16:42

Fevralın 25-də kibertəhlükəsizlik sahəsində gənclərin maarifləndirilməsi məqsədilə “Youth Cyber Forum” təşkil olunub.

Xeberler.az məlumat verir ki, forum Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) tərəfdaşlığı və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.

Tədbirin açılış mərasimində kibertəhlükəsizliyin müasir dövrdə artan əhəmiyyətindən, gənclərin rəqəmsal savadlılığının və bu sahədə peşəkar potensialının gücləndirilməsinin vacibliyindən danışılıb.

Forum çərçivəsində “Süni intellekt dövründə kibertəhlükəsizlik: rəqəmsal karyeranın inkişafı və kibermühafizə tədbirləri” mövzusunda panel müzakirə baş tutub. Panel süni intellekt texnologiyalarının sürətli inkişafı fonunda kibertəhlükəsizlik sahəsində yaranan yeni çağırışlar, risklər və imkanların müzakirəsinə həsr olunub.

Müzakirələr zamanı süni intellekt əsaslı kibertəhdidlərin artan dinamikası, süni intellekt alətlərindən müdafiə mexanizmi kimi istifadə imkanları, rəqəmsal karyera perspektivləri və bu sahədə tələb olunan kompetensiyalar, gənclərin kibertəhlükəsizlik ekosistemində rolu, eləcə də proaktiv kibermühafizə yanaşmalarının əhəmiyyəti xüsusi vurğulanıb.

Çıxışlarda real praktiki nümunələr əsasında hücum ssenariləri və müdafiə strategiyalarını izah edilib, iştirakçıların sualları cavablandırılıb və sahədə inkişaf üçün konkret istiqamətlər təqdim edilib.

Tədbirin sonunda iştirakçılarla interaktiv müzakirə aparılıb, kibertəhlükəsizlik sahəsində gələcək təşəbbüslər və əməkdaşlıq imkanları barədə məlumat verilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə