Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının dəstəyi ilə “Rəqəmsal qızlar” adlı tədbir keçirilib. Tədbir bu gün qeyd olunan beynəlxalq “İKT-də Qızlar” Günü münasibətilə təşkil edilib.
Xeberler.az bildirir ki, təşəbbüsün əsas məqsədi 10-15 yaş arası qızların informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsindəki maraq və potensiallarını kəşf etmələrinə dəstək vermək, onları bu istiqamətdə təhsil almağa və karyera qurmağa təşviq etmək olub.
Tədbirdə iştirak edən 60 məktəbli qız İKT sahəsinə dair bilik və bacarıqlarını artırmaq imkanı qazanıb, həmçinin gələcək peşə seçimləri ilə bağlı faydalı məlumatlarla tanış olublar.
Qeyd edək ki, Beynəlxalq Telekommunikasiya İttifaqının təsis etdiyi “İKT-də Qızlar” Günü hər il aprel ayının dördüncü cümə axşamı qeyd olunur. Məqsəd qızların texnologiya sahəsinə marağını gücləndirmək və onları bu sektorda aktiv iştiraka təşviq etməkdir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları