Previous Next
Bağla

Birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatdı

27-04-2020 15:23
Birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatdı

Pandemiya ilə əlaqədar ölkəmizdə geniş miqyas alan sosial dəstək tədbirlərindən biri kimi iş yerlərinin qorunması təmin olunmaqla, məşğulluq imkanlarının artırılması üçün mühüm addımlar atılır, işsiz və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslərin birdəfəlik ödəmə (190 manat) ilə təminatı proqramı icra olunur.

Xeberler.az bildirir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ödənişli ictimai iş yerlərinin sayının 90 minə çatdırılması üçün işlər aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İş Mərkəzi vasitəsi ilə son günlərdə əlavə olaraq 18 min nəfər ödənişli ictimai işlərə cəlb olunmaqla, bu işlərdə çalışanların sayı 55 minə çatdırılıb.

Eyni zamanda, dövlət başçısının göstərişi ilə birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılmaqla, proqramın əhatə etdiyi aztəminatlı şəxslərin sayı 200 mindən 600 minə çatdırılıb.

Bu günədək onlardan 400 min şəxsə birdəfəlik ödəniş təyin edilib və müraciətlərə baxıldıqca nəticəsinə uyğun daha 200 min şəxsə də ödəniş aparılacaq.

Ümumilikdə isə, işsiz və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslər tərəfindən birdəfəlik ödəmə ilə bağlı e-sosial.az portalına edilən müraciətlərin qəbulu artıq yekunlaşıb.

Daxil olmuş müraciətlərin emalı prosesi isə davam edir. Birdəfəlik ödəmələrin təyinatında ünvanlılıq prinsipi üstün tutulur. Xüsusilə aprelin 1-dək işsiz kimi qeydə alınan, çalışdığı qeyri-formal iş yerini xüsusi karantin dövründə itirən, ailə gəlirlərinin daha aşağı səviyyədə olduğu (e-informasiya bazalarının məlumatları əsasında) müəyyən edilən şəxslər diqqətdə saxlanır.

Bununla belə, aztəminatlı işsiz şəxslərlə bağlı bir çox istiqamətlərdə sosial dəstək tədbirləri davam edir:

  • Həmin şəxslərin işlə təminatı, bunun üçün onlara vakansiyalar, habelə ödənişli ictimai iş yerləri təklif olunur.
  • İş tapmaqda çətinlik çəkənlərin peşə hazırlığına cəlb edilməsi işləri aparılır.
  • Kiçik ailə təsərrüfatlarını qurmaq üçün maddi imkanları olmayanlara özünüməşğulluq proqramı çərçivəsində dəstək göstərilir. Bu il minimum 12 min ailə üçün belə təsərrüfatlar qurulur, onlara gəlir əldə etmək imkanları yaradılır.
  • Qeyri-rəsmi çalışanların müəyyən edilməsi və onların əməyinin rəsmiləşdirilməsi üçün tədbirlər görülür.
  • Mövcud vəziyyətdə maddi çətinlikləri olan ailələr hazırda ölkədə geniş miqyas alan sosial dəstək aksiyalarından yararlanır. Təkcə aprel ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və sosial tərəfdaşlarla birgə belə ailələrə 28 min ərzaq payı verilib. Daha 30 min ərzaq payının verilməsi nəzərdə tutulub.
  • Gəlirləri ehtiyac meyarından aşağı olan ailələrin ünvanlı dövlət sosial yardımı proqramı ilə  əhatə olunması işləri aparılır. Proqramın şərtləri də yumşaldılır ki, bu da sosial yardım alanların sayının artmasına imkan verib. Təkcə aprel ayında əlavə olaraq 12 min (50 min ailə üzvü) ünvanlı yardım təyin olub və bu yardımı alanların sayı 82 minə (340 min ailə üzvü) çatıb.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Nazirliyin portala qoşulmalı olan informasiya ehtiyatlarına əlavələr edilir

Nazirliyin portala qoşulmalı olan informasiya ehtiyatlarına əlavələr edilir

13-11-2015
Pandemiya ilə bağlı həyata keçirilən iqtisadi və sosial tədbirlər BƏT-İn saytında dərc olunub

Pandemiya ilə bağlı həyata keçirilən iqtisadi və sosial tədbirlər BƏT-İn saytında dərc olunub

25-04-2020
Vətəndaşlar Vahid Elektron Müraciət Sistemindən rahat şəkildə istifadə edir

Vətəndaşlar Vahid Elektron Müraciət Sistemindən rahat şəkildə istifadə edir

19-06-2015
104 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

104 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

15-12-2022
Poçt şöbələrində birdəfəlik ödənişlərin verilməsi yekunlaşmaq üzrədir

Poçt şöbələrində birdəfəlik ödənişlərin verilməsi yekunlaşmaq üzrədir

08-05-2020
Poçt şöbələrində də birdəfəlik ödənişlərin verilməsi gündəlik davam edir

Poçt şöbələrində də birdəfəlik ödənişlərin verilməsi gündəlik davam edir

01-05-2020
Birdəfəlik ödəmə almaq üçün sənədlər nazirliyə təqdim edilib

Birdəfəlik ödəmə almaq üçün sənədlər nazirliyə təqdim edilib

05-03-2019
“Elektron hökumət” portalına daxil olan müraciətlərin sayı artıb

“Elektron hökumət” portalına daxil olan müraciətlərin sayı artıb

13-03-2020
Daha 700 şəxsə birdəfəlik ödəmə təyin edildi

Daha 700 şəxsə birdəfəlik ödəmə təyin edildi

09-08-2022
Birdəfəlik ödəmələrin verilməsi prosesinə dair mətbuat konfransı keçirilib

Birdəfəlik ödəmələrin verilməsi prosesinə dair mətbuat konfransı keçirilib

19-11-2018
Azercell minlərlə aztəminatlı ailəyə Ramazan ayı boyunca dəstək olacaq

Azercell minlərlə aztəminatlı ailəyə Ramazan ayı boyunca dəstək olacaq

30-04-2020
Ödənişli ictimai işlər proqramının icra  prosedurları elektronlaşdırılır

Ödənişli ictimai işlər proqramının icra prosedurları elektronlaşdırılır

07-04-2022
Birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

15-11-2018
Daha 1000 ailə Azercell-dən Ramazan sovqatı aldı

Daha 1000 ailə Azercell-dən Ramazan sovqatı aldı

09-05-2020
Naxçıvan Regional DOST Mərkəzi bu il istifadəyə veriləcək

Naxçıvan Regional DOST Mərkəzi bu il istifadəyə veriləcək

12-03-2025
Ötən iki ayda DSMF-yə 95 minə yaxın vətəndaş müraciəti qeydə alınıb

Ötən iki ayda DSMF-yə 95 minə yaxın vətəndaş müraciəti qeydə alınıb

11-03-2025
DSMF: On bir ayda 93 mindən çox elektron arayış alınıb

DSMF: On bir ayda 93 mindən çox elektron arayış alınıb

04-12-2024
ƏƏSMN-in fəaliyyət sahələri üzrə 240 min şəxsə e-arayış verilib

ƏƏSMN-in fəaliyyət sahələri üzrə 240 min şəxsə e-arayış verilib

12-05-2020
Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi qaydaları hazırlanıb

Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi qaydaları hazırlanıb

12-09-2018
Ötən il DSMF-yə 32 minə yaxın müraciət daxil olub

Ötən il DSMF-yə 32 minə yaxın müraciət daxil olub

06-01-2025
Son üç ayda ƏƏSMN fəsliyyət sahələri üzrə 186 min şəxsə e-arayış verilib

Son üç ayda ƏƏSMN fəsliyyət sahələri üzrə 186 min şəxsə e-arayış verilib

13-04-2020
Bu sahələri üzrə 502,6 min e-arayış verilib

Bu sahələri üzrə 502,6 min e-arayış verilib

19-12-2022
Nazirlik və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi memorandum imzalayıb

Nazirlik və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi memorandum imzalayıb

21-09-2018
Birdəfəlik ödəmə üçün vərəsələrə sms vasitəsilə müvafiq bildiriş göndərilir

Birdəfəlik ödəmə üçün vərəsələrə sms vasitəsilə müvafiq bildiriş göndərilir

27-11-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə