Previous Next
Bağla

Birdəfəlik ödəmə üçün vərəsələrə sms vasitəsilə müvafiq bildiriş göndərilir

27-11-2018 16:28
Birdəfəlik ödəmə üçün vərəsələrə sms vasitəsilə müvafiq bildiriş göndərilir

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrası olaraq şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin (11 000 manat) verilməsi prosesi davam edir.

Xeberler.az  bildirir ki, əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki müvafiq Komissiya tərəfindən birdəfəlik ödəmənin verilməsi üçün artıq 447 şəhid hərbi qulluqçu üzrə 585 vərəsəyə birdəfəlik ödəmənin verilməsi üçün qərarlar qəbul olunub. Həmin qərarlar üzrə birdəfəlik ödəmələr həmin vərəsələrin bank hesablarına köçürülür. Onlardan bu günədək artıq 300-ə yaxın vərəsəyə ödəmə verilib. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə aktları əsasında 469 şəhid hərbi qulluqçu üzrə 471 vərəsə də ödənişlə təmin olunub.

Ödənişi alan şəxslə ödənişi həyata keçriən qurum arasında heç bir təmas baş vermir. Birdəfəlik ödəmə vərəsələrin bank hesabına köçürülərkən onların məlumatlandırılması təmin edilir, onlara bu barədə sms vasitəsilə müvafiq bildiriş göndərilir.

Eyni zamanda, hazırda notariat kontorları tərəfindən vərəsələrdən qəbul olunmuş sənədlərin, o cümlədən onlarla bağlı vərəsəlik şəhadətnamələrinin nazirliyə elektron qaydada təqdim olunması və nazirlikdəki işçi qrupu tərəfindən bu sənədlərə baxılması işləri davam edir. Məlumatların daxilolma ardıcıllığına uyğun olaraq, onların daxilolma tarixini və reyestr nömrəsini əks etdirən bildiriş də vərəsələrə göndərilir. Sənədlərə baxılması zamanı hər hansı vərəsənin sənədlərində çatışmazlıq olduqda onların aradan qaldırılması üçün notariat kontorları ilə birgə işlər aparılmaqla belə sənədlər qaydaya salınır. Xatırladaq ki, dövlət başçısının Fərmanına əsasən 9531 şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə almaq hüququnun olduğu müəyyən edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

15-11-2018

Birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilib

28-11-2018

Birdəfəlik ödəmə almaq üçün sənədlər nazirliyə təqdim edilib

05-03-2019

Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi qaydaları hazırlanıb

12-09-2018

Birdəfəlik ödəmələrin verilməsi prosesinə dair mətbuat konfransı keçirilib

19-11-2018

Şəhid vərəsələri elektron sistemə müraciət edə bilərlər

29-01-2019

Daha 700 şəxsə birdəfəlik ödəmə təyin edildi

09-08-2022

Poçt şöbələrində də birdəfəlik ödənişlərin verilməsi gündəlik davam edir

01-05-2020

Birdəfəlik müavinətlərin elektron qaydada təyininə başlanıb

21-10-2019

Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbi qulluqçusu şəhid olub

15-09-2022

6 yeni e-arayış xidməti istifadəyə verilib

05-12-2019

Ermənistanın genişmiqyaslı təxribatı nəticəsində şəhidlərimiz olub

13-09-2022

Birdəfəlik müavinətlər üçün artıq banka yaxınlaşmağa ehtiyac yoxdur

09-12-2024

200 minədək təyinat e-qaydada aparılıb

07-01-2020

Birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatdı

27-04-2020

Sosial müavinətlərin elektron təyinatı sistemi yaradılır

09-01-2019

Poçt şöbələrində birdəfəlik ödənişlərin verilməsi yekunlaşmaq üzrədir

08-05-2020

Müdafiə Nazirliyi şəhid olan hərbçilərimizin adlarını açıqladı

14-09-2022

Yanvar ayında 3 mindən çox şəxsə avtomatlaşdırılmış qaydada pensiya təyin olunub

04-02-2019

Prezident Azərbaycan xalqına başsağlığı verdi

13-09-2022

Şəhid və şəhid ailəsi statusu almış şəxslərin, müharibə veteranlarının elektron reyestri yaradılacaq  

08-08-2022

Uşağın anadan olmasına görə birdəfəlik müavinət təyinatı elektronlaşdırılıb

12-10-2019

"Nar" Naxçıvanın İnkişaf Fonduna 250 000 AZN ianə edib

19-03-2022

Dövlət Xidmətinin bir qrup hərbi qulluqçusu təltif olunub

25-09-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə