Previous Next
Bağla

Ödənişli ictimai işlər proqramının icra prosedurları elektronlaşdırılır

07-04-2022 17:39
Ödənişli ictimai işlər proqramının icra  prosedurları elektronlaşdırılır

Prezident İlham Əliyevin 4 aprel 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planındakı tapşırığa uyğun olaraq, ödənişli ictimai işlərə cəlbolunma ilə bağlı müraciətlərin qəbulu və baxılması e-qaydada aparılacaq.

 

Xeberler.az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi tərəfindən hazırda “İctimai işlər portalı”nın yaradılması işləri artıq yekunlaşmaqdadır.

 

Portal haqqı ödənilən ictimai işlərin təşkili proseslərində şəffaflığın və işsiz şəxslərin məşğulluğunun təmin edilməsində operativliyin artırılmasına, sui-istifadə hallarının aradan qaldırılmasına, ictimai işlər sahəsində əməyin təşkili, idarə edilməsi və monitorinqinin daha səmərəli icrasına imkan yaradacaq.

 

Portalda qeydiyyatı olan hər bir sosial işçi ilə bağlı məlumatlar (özünün və ailə üzvlərinin sosial statusu, ictimai işlərdə çalışdığı qurum, əmək haqqı və s.) aidiyyyəti qurumların informasiya sistemlərindən avtomatik olaraq əldə edilməklə toplanacaq. Həmin məlumatlar hər bir sosial işçinin şəxsi kabinetində öz əksini tapacaq.

 

Bundan əlavə, portal iş vaxtının uçotu tabelinin formalaşdırılması, kadr hesabatlarının da elektronlaşdırılmasına imkan verir.  

 

Hazırda “İctimai işlər portal”nın test edilməsi prosesləri davam edir, nəticələr işçi qruplar tərəfindən təhlil olunur.

 

İctimai işlər proqramının icrası üzrə səyyar yoxlama və monitorinq layihəsi də modul olaraq nəzərdə tutulub və test olunmaqdadır. Yaxın gələcəkdə bu sahədə də rəqəmsallaşdırma işlərinə başlanılacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“İşsizin dostu” proqramında ictimai işlə təmin olunan işçilərin siyahısı açıqlanıb

04-10-2019

Birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatdı

27-04-2020

İşsizin dostu proqramına kimlər cəlb olunub?

14-10-2019

Qusarda sosial sahə üzrə rəqəmsal savadlılıq təlimi keçirilib

24-07-2025

Sosial sahə üzrə rəqəmsal savadlılıq kampaniyasına başlanılır

03-04-2023

Prezident korrupsiyaya qarşı tədbirlər barədə yeni Sərəncam imzaladı

04-04-2022

E-sosial.az portalına 1 milyondan çox baxış olub

13-11-2019

Nazirlik yeni elektron xidmətlər hazırlayır

22-01-2018

Sosial sahədə aparılan islahatlar bu sahədə xidmətlərin şəffaf, operativ və əlçatan şəkildə təşkilinə yönəlib

14-01-2019

“Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı” təsdiqlənib

29-04-2016

Azad olunan ərazilərdə yeni məşğulluq imkanlarının yaradılması üçün əlavə tədbirlər hazırlanır

14-10-2024

Azərbaycanda ilk dəfə sosial reyestri formalaşdıran portalın təqdimatı keçiriləcək

06-11-2018

“Dövlət icbari şəxsi sığorta” altsisteminin hazırlanması işləri yekunlaşmaq üzrədir

04-04-2022

Dövlət Xidmətində Korrupsiya hüquqpozmalarına qarşı mübarizə üzrə seminar müşavirə keçirilib

09-04-2024

Agentlik rəsmisi: Vahid çağrı mərkəzinin yaradılması ilə bağlı işlərə başlanılıb

24-04-2026

Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq

24-06-2025

Nazirlər Kabinetində boyukqayidish.gov.az portalının icmal təqdimatı keçirilib

14-07-2023

Çağrı mərkəzləri "ASAN xidmət" modeli əsasında təkmilləşdiriləcək

24-04-2026

E-texnologiyaların tətbiqi daha da genişləndirilir

10-02-2024

Sərgi-satış portalı yaradılır

20-04-2022

Əhalinin fikrini öyrənmək üçün mərkəz yaradılır - Fərman

09-02-2019

Elektron əmək birjası platforması nə vaxt hazır olacaq?-Rəsmi

21-12-2022

Dövlət Xidmətində seminar-müşavirə keçirilib

29-12-2025

DOST RİM fərdi məlumat və informasiya sistemləri ilə bağlı fəaliyyət üzrə lisenziya alıb

01-07-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə