Previous Next
Bağla

Bloklanmış saytların apelyasiya şikayətinə baxılacaq

26-09-2017 10:54
Bloklanmış saytların apelyasiya şikayətinə baxılacaq

Azərbaycanda AzadlıqRadiosu-nun azadliq.org, Azadlıq qəzetinin azadliq.info, Meydan TV-nin, Turan TV-nin və Azərbaycan saatı televiziya proqramının internet saytlarına girişin rəsmi şəkildə məhdudlaşdırılması yenidən məhkəmədə mübahisələndirilir.

Xeberler.az bildirir ki, adları çəkilən saytların bloklanması barədə Səbail Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə baxılacaq.

Bu iş Bakı Apellyasiya Məhkəməsində Abiddin Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyasının icraatına verilib. Məhkəmənin ilkin baxış iclası noyabrın 7-nə təyin olunub.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi 27 mart 2017-ci ildə adları çəkilən saytlara Azərbaycan ərazisində girişi məhdudlaşdırıb. Aprel ayında isə nazirlik məhkəməyə müraciət edərək, saytların bloklanması haqda qərar çıxarılmasını istəyib. Aprelin 27-də məhkəmədə nazirlik təmsilçisi bildirib ki, saytlara giriş Baş Prokurorluqdan gələn məktub əsasında məhdudlaşdırılıb.

Baş Prokuror Zakir Qaralovun imzası ilə martın 27-də nazirliyə göndərilən məktubda göstərilib ki, sözügedən saytlarda ölkənin konstitusion quruluşunun zorla dəyişdirilməsinə, destruktiv hərəkətlərə çağırış, radikal dini qrupların təbliğinə yönəlik materiallar yayımlanır. Həmin materiallar dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yaratdığına görə tədbir görülməsi istənilib. Nazir də prokurorluqdan gəlmiş bu məktub əsasında elə həmin gün təxirə salınmadan tədbir görüb – ölkə ərazisində həmin saytlara giriş məhdudlaşdırılıb.

Məktuba saytlarda yayımlanmış materiallar da əlavə olunub. Nazirlik də məhkəməyə iddia ərizəsinə həmin yazıları da qoşma şəklində təqdim edib. Sözügedən yazıların əksəriyyəti ölkə prezidentinin tənqid olunduğu məqalələr, xarici mediada yayımlanmış, Azərbaycan dilinə tərcümə olunaraq, istinadla sayta yerləşdirilmiş materiallardır.

Bundan başqa, Milli Şuranın mitinq müzakirələri haqda yazılar da “qara siyahıya” salınıb. Məsələn, AzadlıqRadiosu-nun saytında yayımlanmış “Son iki gündə 4 nəfərin özünü öldürdüyü deyilir” başlıqlı məqalə də prokurorluğun dövlətə və cəmiyyətə təhdid kimi dəyərləndirdiyi materiallardandır.

Səbail Rayon Məhkəməsində hakim Nurəddin Bağırov 12 may 2017-ci il tarixli qərarla nazirliyin iddiasını təmin edib və adları çəkilən saytlara Azərbaycan ərazisindən giriş məhkəmə qərarı ilə məhdudlaşdırılıb.

AzadlıqRadiosu və bloklanmış digər saytlar bu iddiaları əsassız adlandırıb.

AzadlıqRadiosu bu yaxınlarda Azərbaycan hökumətinin onun ölkədəki fəaliyyətini az qala üç il ərzində əngəlləməsi iddiası ilə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.

AzadlıqRadiosu-nun Azərbaycan Xidməti özünün internet, peyk, Facebook, YouTube, Instagram və başqa rəqəmsal platformalarda fəal yayılan məqalə, audio və video materialları ilə ölkədə əvəzsiz müstəqil xəbər mənbəyidir.

 Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bəzi saytlara qoyulan blok ləğv edilib

27-09-2019

Bəzi saytların bloklanması ilə bağlı qərar qüvvədə qalıb

04-06-2018

Azərbaycanda bu saytlara giriş qadağan olunur

26-04-2017

Azərbaycanda bəzi saytlar bloklandı

12-05-2017

Bu gün həbsdə olan blogerlərin şikayətinə baxılacaq

28-08-2009

Azərbaycanda bəzi porno saytlara giriş məhdudlaşdırıldı

15-08-2018

Blogerlərin növbəti məhkəmə prosesi sentyabrın 4-nə təyin edilib

27-08-2009

Daha bir neçə saytın bloklanması ilə bağlı məhkəmə olacaq

08-08-2018

«Ayan» qəzeti məhkəmə iclasında qalib gəldi

08-10-2009

Məhkəmənin qərarıyla daha bir sayt bloklandı

08-08-2018

Azərbaycanda bu pornoqrafiyaya saytına giriş məhdudlaşdırıldı

28-11-2023

Xəbər saytlarının bloklanması haqqında

09-08-2018

ANS-in növbəti məhkəməsinin vaxtı açıqlanıb

11-10-2016

MTRŞ-nın ANS-ə qarşı iddiası əsasında məhkəmə iclası keçirilib

26-07-2016

Vidadi Zeynalovun şikayəti üzrə məhkəmədə prokuror çıxış edib

07-11-2017

Bloklanmış saytlara necə daxil olurlar?

07-09-2018

Blogger Adnan Hacızadə azadlığa buraxıldı

18-11-2010

Bakcell ANS-i məhkəməyə verib

30-03-2018

Məhkəmə ANS-in daha bir şikayətini təmin etməyib

14-09-2016

“Gündəlik Bakı” qəzeti appellyasiya məhkəməsində qalib gəlib

10-10-2009

ANS məhkəmə qərarından apellyasiya şikayəti verib

07-09-2016

ANS-in lisenziyasının ləğvi ilə bağlı məhkəmə iclasının vaxtı məlum olub

19-09-2016

Vidadi Zeynalovun apellyasiya şikayəti üzrə məhkəmə olub

03-10-2017

ANS Ali Məhkəməyə şikayət etdi

01-08-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə