İnternet mənbələrinin məlumatına görə 21 apreldə yaxın məsafədən simsiz əlaqə standartı olan Bluetooth`un yeni - üçüncü versiyası təqdim olunacaq. Bluetooth texnologiyası mobil telefonlar, kommunikatorlar, noutbuklar, rəqəmli kameralar və s. arasında məlumat ötürülməsi üçün geniş istifadə olunur.
Məlumatın ötürülmə məsafəsi və qurğunun ötürmə gücü Bluetooth`un səviyyəsinə görə müxtəlif ola bilər. Bluetooth 3.0 gözlənilir ki, 802.11 texnologiyasına əsaslanacaq və 480 Mbit/s məlumat ötürmə gücünə malik olacaq. Bu da daha böyük ölçülü faylları sürətlə ötürməyə imkan yaradacaq.
Yeni versiyanın daha bir üstünlüyü Enchanged Power Control (EPC) texnologiyasıdır ki, bu da əlaqədə olan qurğuların qəfil yeri dəyişilərkən, bağlı yerə (çanta, portfel, cib) qoyularkən, məlumat ötürülməsində olan qırıqları aradan qaldırmağa imkan verəcək.
Simsiz əlaqənin yeni versiyasından istifadə etməyə imkan verən qurğuların nə vaxt bazara çıxarılacağı barədə isə hələ ki məlumat yoxdur.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri