Previous Next
Bağla

Wi-Fi üçün yeni standart standart təsdiq olunub

15-09-2009 17:14
Wi-Fi üçün yeni standart standart təsdiq olunub

Wi-Fi simsiz şəbəkələri üçün 802.11n standartı təsdiq olunub. Yeni standart maksimal məlumat ötürülmə sürətini təxminən on dəfə artırır. Onun xüsusiyyətləri 2009-cu ilin sentyabr ayının 11-də IEEE (Institute of Electrical and Electronics Engineers) beynəlxalq təşkilatının Standartlar üzrə Şurası tərəfindən qəbul olunub. 802.11n standartlı simsiz şəbəkədə fiziki səviyyədə maksimal məlumat ötürülmə sürəti saniyədə 600 meqabit təşkil edir. Təcrübədə bu saniyədə 150-200 meqabit deməkdir.

Wi-Fi standartının əvvəlki versiyasında (802.11g) maksimal sürət göstəricisi saniyədə 54 meqabit, real olaraq isə saniyədə 20 meqabit təşkil edir. 7 il ərzində işlənib hazırlanan 802.11n standartının 2007-ci ildə 802.11n Draft 2.0 – “qaralama” versiyası təsdiq olunmuşdur. Son varianta bu versiya ilə müqayisədə yalnız elə də vacib olmayan əlavələr daxil edilib. Belə vəziyyətdə, son iki il ərzində istifadəyə verilmiş “draft n” işarəli qurğular final versiya ilə tam uyğunluq təşkil edəcək. Yeni avadanlıq həmçinin 802.11a/b/g əvvəlki nəsil qurğularla da işləyə bilər. Yüksək sürət çoxaxınlı məlumat ötürülmə texnologiyası hesabına əldə olunur (MIMO - multiple-input multiple-output).

Qəbuledici və verici qurğular bir neçə antenalarla təchiz olunurlar. 802.11n simsiz şəbəkəsi iki tezlik diapazonunda işləyə bilir və əvvəlki versiya ilə müqayisədə daha geniş qəbuledici zona ilə təmin edir. Wi-Fi Alliance təşkilatı avadanlığın yeni standart üzrə sertifikatlaşdırılmasına sentyabrın 30-dan başlayacaq. Bundan əlavə saniyədə 450 meqabit məlumat ötürülmə sürətini dəstəkləyən qurğuların test işləri aparılacaq. 802.11n standartının tam xüsusiyyətlərinin oktyabr ayının ortasında açıqlanacağı gözlənilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Wi-Fi standartlarının adları sadələşdiriləcək

06-10-2018

Fujitsu AMILO Si 3655 noutbukları

02-09-2008

Yeni nəsil Wi-Fi 6 simsiz rabitə təqdim edilib

05-10-2018

“Delta Telecom” gələn il Azərbaycanda mobile-WIMAX xidmətlərini təqdim edəcək

03-12-2009

Yeni modemlərə ehtiyyac yaranacaq

19-09-2008

Ericsson gələcəyin mobil qurğusu konsepsiyasını təqdim edib

08-11-2008

Yeni Wi-Fi standartı təsdiq edilib

05-01-2016

Wi-Fi 7 standartının xüsusiyyətləri açıqlanıb

04-09-2019

LG mobil telefonların 4G şəbəkələrində işləməsi üçün ilk çip təqdim edib

13-12-2008

Azərbaycanda 300 meqabitlik simsiz İnternet olacaq

27-01-2009

“ PS 4” nələr vəd edir ?

07-10-2008

Milyonlarla istifadəçi yeni modem almalı olacaq

22-10-2008

CES-2009: Asus S121-in anonsu baş tutdu

12-01-2009

Bu modem eyni zamanda çərçivədə ola bilir

26-11-2010

Dünya bazarına “Bluetooth 4”-ü dəstəkləyən ilk simsiz qurğular təqdim ediləcək

09-07-2010

Alimlər məlumatları 1 Tbit/s sürətində ötürən antena yaradıblar

11-03-2013

Bluetooth 3.0 yaxındadır...

13-04-2009

Bütün Bakı ərazisini simsiz internetlə əhatə ediləcək

24-12-2008

Delta Telecom WiMAX şəbəkəsinin istifadəyə verildiyini bildirib

06-01-2010

“Azercell” və “Bakcell” şirkətlərinin də 3G lisenziyası alması məsələsinə baxılacaq”

02-12-2009

Kiçikölçülü kompüter nümayiş olunub

27-07-2015

Cari ildə Azərbaycanda Wimax texnologiyasının tətbiqi gözlənilir

24-07-2009

Samir Orucov: Sabit genişzolaqlı internet mobil interneti ötüb

27-01-2026

Azərbaycanın rabitə sektorunun satış həcmi $802,711 mln. təşkil edib

17-09-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə