Bluetooth standartının inkişaf və irəliləyişinə cavabdeh olan Bluetooth Special Interest Group (Bluetooth SIG) təşkilatı 5-ci nəsil spesifikasiya üzərində işləri başa çatdırıb.
Simsiz interfeysin yeni versiyası siqnalın hərəkət radiusunun artımını, məlumatların daha yüksək sürətlə ötürülməsini, həmçinin elektrik enerjisindən daha səmərəli istifadəni nəzərdə tutur.
Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, Bluetooth 5 standartı rəsmən 16 iyun tarixində Londonda keçirilmış mətbuat konfransında təqdim edib. SIG təşkilatının icraçı direktoru Mark Pauell deyib ki, sözügedən standartın hərəkət radiusu 4 dəfə, aşağı enerji sərfiyyatlı qurğular üçün informasiyanın ötürülmə sürəti 2 dəfə artacaq.
Bundan başqa, Pauellin sözlərinə görə, Bluetooth 5 standartı qoşulma olmadan işləyən xidmətlərin (informasiya və naviqasiya) funksionallığını xeyli genişləndirəcək. Bu o deməkdir ki, təkmilləşdirilmiş standart Bluetooth mayak texnologiyasını, məkan daxilində mövqe təyinetmə sistemini inkişaf etdirəcək.
Xeberler.az
Rəsmilərin sosial mediaya gəlişi nəyi dəyişəcək ?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Rəqəmsal əsrdə yeni həyat tərzimiz... Elektron arayışlar
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət