Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edib.
Xeberler.az bildirir ki, Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, səfər çərçivəsində Dövlət Agentliyinin sədri Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkda yerləşən mənzil- qərargahında təşkilatın İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin dəstəyi ilə təşkil olunan yüksək səviyyəli plenar sessiyada iştirak edib.
Müvafiq sessiya “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün dövlət xidmətlərinin göstərilməsində innovasiyalar” mövzusuna həsr olunub. Məqsəd 2024-cü il noyabrın 11-də Azərbaycan Hökuməti və BMT arasında imzalanan Töhfə Sazişi çərçivəsində həyata keçiriləcək fəaliyyətlərlə bağlı təşkilata üzv dövlətlərin məlumatlandırılması olub. Həmçinin “ASAN xidmət” modelinin təşviqi, eləcə də dövlət xidmətlərində innovativ həllər üzrə ekspert müzakirəsinin və təcrübə mübadiləsinin aparılması əsas hədəflər olub.
Tədbirə müxtəlif qitələri təmsil edən dövlətlərin BMT yanındakı daimi nümayəndəliklərindən səfirlər, aidiyyəti dövlət qurumlarının rəhbərləri, beynəlxalq təşkilatların rəsmiləri, sahəvi ekspertlər və akademik dairələrin nümayəndələri olmaqla 100-dən çox iştirakçı qatılıb.
BMT Baş katibinin köməkçisi Navid Hanif Azərbaycanın “ASAN xidmət” modelinin 2015-ci ildə BMT Dövlət Xidmətləri Mükafatının qalibi olduğunu, eləcə də 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərində keçirilən Dünya Hökumətlər Sammitində “Dünyanın ən qabaqcıl dövlət xidməti” mükafatı ilə təltif olunduğunu diqqətə çatdırıb. Həmçinin “ASAN xidmət” təcrübəsinin öyrənilməsinin və paylaşılmasının zəruriliyi vurğulanıb.
Ü.Mehdiyev Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan “ASAN xidmət”in BMT-nin üzvü olan dövlətlərdə innovativ dövlət xidmətlərinin qurulmasına dəstək göstərməklə idarəetmə potensialını gücləndirəcəyini, şəffaf, əlçatan və effektiv dövlət idarəçiliyini təşviq edəcəyini diqqətə çatdırıb.
Xatırladaq ki, ötən ilin noyabr ayında BMT ilə Azərbaycan Respublikası Hökuməti arasında təsis olunan Etimad Fondu çərçivəsində BMT ölkəmizin intellektual brendi olan “ASAN xidmət” təcrübəsinin 4 qitədə ixracını təşviq edəcək.
Sessiyada BMT-nin müvafiq departamentinin bölmə rəhbəri və Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri müvafiq olaraq layihə çərçivəsində görüləcək işlər və “ASAN xidmət” barədə geniş təqdimatlarla çıxış ediblər.
Xarici ölkələrin nümayəndələri və beynəlxalq təşkilatların təmsilçiləri ölkəmizin dövlət xidmətləri sahəsindəki qabaqcıl təcrübəsinin qlobal səviyyədə faydalı olacağını vurğulayıblar.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları