Previous Next
Bağla

I sinfə elektron qeydiyyatla bağlı onlayn görüş keçirilib

18-04-2025 18:40
I sinfə elektron qeydiyyatla bağlı onlayn görüş keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri rəhbərləri ilə I sinfə elektron qeydiyyatla bağlı onlayn görüş keçirilib.

Xeberler.az məlumat verir ki, görüşdə BŞTİ-nin Təhsilalanlarla iş sektorunun müdiri Tural Mahmudov, sektorun əməkdaşları və I sinfə qəbul prosesində sıxlıq müşahidə edilən ümumi təhsil müəssisələrinin direktorları iştirak ediblər.

Çıxış edənlər mayın 1-dən etibarən başlayacaq I sinfə elektron qeydiyyat prosesi ilə bağlı maarifləndirmə işlərinin səmərəli təşkili və vətəndaş məmnunluğunun təmin edilməsinin əsas prioritetlərdən olduğunu diqqətə çatdırıblar.

Görüşdə 2025-2026-cı tədris ili üzrə uşaqların I sinfə qəbulu prosesində tətbiq ediləcək yenilik barədə iştirakçılara ətraflı məlumat verilib. Qeyd olunub ki, yeniliyə əsasən, şəxsi kabinetə giriş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmin edilən Vahid Giriş Sistemi (“Digital Login”) ilə həyata keçiriləcək. Bildirlib ki, digər sənəd növləri ilə qeydiyyat etmək istəyən valideynlər Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə biləcəklər.

Görüş zamanı məktəblərə şagird qəbulunun sərbəst formada və prioritetə (üstünlük hüququ) əsasən aparılacağı barədə məlumat verilib, həmçinin BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet tətbiq olunacaq məktəblərin siyahısı və prioritetin (üstünlük hüququ) tətbiq müddətinə dair məlumatın ictimaiyyətə açıqlandığı diqqətə çatdırılıb.

Sonda I sinfə elektron qeydiyyatın təfərrüatları ilə bağlı müzakirələr aparılıb, məktəb rəhbərlərini maraqlandıran suallar cavablandırılıb, qaldırılan məsələlərə aydınlıq gətirilib, müvafiq tövsiyələr verilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

I sinfə qəbul prosesinə yenilik tətbiq edilib

15-04-2025

I sinfə elektron qəbul ilə bağlı təlim keçirilib

20-02-2018

I sinfə elektron qəbul başlayır-Video

14-03-2017

I sinfə e-sənəd qəbulunun növbəti mərhələsi başlayır

16-06-2017

I sinfə qəbul üçün 3 mindən çox e-sorğu yerləşdirilib

01-06-2017

Birinci sinfə qəbulla bağlı suallar cavablandırılıb

19-03-2019

I sinfə elektron qəbulda texniki problem yaranıb

01-05-2025

I sinfə elektron qəbul başladı

22-02-2018

Indiyədək I sinfə 127 mindən çox uşaq qəbul edilib

19-08-2024

Birinci sinfə qəbul üzrə 38 443 sorğu yerləşdirilib

29-04-2019

BŞTİ birinci sinfə elektron qeydiyyatla bağlı müraciət edib

16-03-2026

Bu gündən uşaqların I sinfə qəbulu prosesi başlayır

06-05-2026

Təhsil naziri I sinfə elektron qəbul ilə bağlı əmr imzalayıb

22-02-2016

Birinci sinfə qəbul üzrə 36 289 sorğu yerləşdirilib

04-04-2019

I sinfə qəbul üzrə 30 mindən çox sorğu yerləşdirilib

24-02-2018

I sinfə elektron qəbul başladı -Video

01-03-2016

1-ci sinfə qəbul üzrə elektron qeydiyyat başlayıb

09-07-2015

Təhsil sahəsində elektron xidmətlərin genişləndirilməsi müzakirə olunub

16-11-2018

I sinfə e-müraciət ilə bağlı yenilik

03-04-2018

Uşaqların I sinfə elektron qəbulu prosesi davam edir

20-06-2025

Təhsil İdarəsinin İşçi Qrupu müraciətləri operativ cavanlandırır

10-09-2019

Uşaqların I sinfə elektron qəbulu prosesi davam edir

03-06-2025

Müraciətlər operativ cavablandırılır

10-09-2018

Uşaqların I sinfə qəbulu prosesi başlayır

28-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə