Previous Next
Bağla

BTRİB yeni saytı və loqosunu təqdim etdi-Tariflər aşağı salınıb

03-10-2016 18:43
 BTRİB yeni saytı və loqosunu təqdim etdi-Tariflər aşağı salınıb

 Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) həyata keçirilən islahatlar çərçivəsində yeni əmtəə nişanını təqdim edib.

Xeberler.az bildirir ki, tədbirdə qeyd edilib ki, bu gündən etibarən Bakı Telefon Rabitəsi İstehsalat Birliyi “baktelecom” əmtəə nişanı ilə fəaliyyətini davam etdirəcək. Rebrendinq prosesi çərçivəsində yeni loqo da formalaşdırılıb.

BTRİB-in baş direktorunun kommersiya məsələləri üzrə müşaviri Ramin Muxtarzadə qeyd edib ki, yeni loqo Morze əlifbası ilə “1881 BTC” simvollarını ehtiva edir. Loqodakı 1881 rəqəmi Azərbaycanda ilk telefon xəttinin istismara verilməsi tarixinə işarədir, “BTC” isə  “baktelecom” sözünün qısaldılmış formasıdır.  

Məlumat üçün qeyd edək ki, Morze əlifbasından rabitə tarixində ilk ünsiyyət vasitəsi kimi istifadə olunub.

Onun sözlərinə görə, eyni zamanda, BTRİB bu gündən etibarən yeni veb-saytını - www.baktelecom.az  da  istifadəçilərin ixtiyarına verib:

“Müasir standartlara cavab verən yeni veb-sayta daxil edilmiş funksiyalar sayəsində istifadəçilər BTRİB-ə aid bütün xidmətlər haqqında ətraflı məlumat əldə edəcək, müəssisənin fəaliyyət dairəsinə aid olan xidmətlərdən onlayn şəkildə yararlanacaq və telekommunikasiya sahəsində baş verən ən son yeniliklərdən xəbərdar olacaq”.

Saytdakı “Mənə zəng et” funksiyası vasitəsi ilə abunəçi çağrı mərkəzi ilə əlaqə saxlamaq üçün uyğun vaxt seçə və Mərkəz operatorunun onunla əlaqə saxlamasını təmin edə bilər.

“Şəxsi kabinet”  bölməsi abunəçinin istifadə və ödəmə tarixçəsini özündə əks etdirməklə mövcud borcu göstərmək imkanına da malikdir.

Həmçinin “Onlayn ödənişlər” bölməsində istifadəçi məsafə qət etmədən BTRİB-in təqdim etdiyi xidmətlər üzrə ödənişlərini həyata keçirə bilər.

“Onlayn çat” bölməsində hər hansı səbəbdən telekommunikasiya qovşaqlarına gələ bilməyən abunəçinin müraciəti müştəri xidmətləri operatoru tərəfindən dərhal cavablandırılır.

Bundan başqa, yeni veb-sayt vasitəsilə BTRİB-in təklif etdiyi yeni və sərfəli kampaniyalar haqqında məlumatlar  almaq mümkündür.

Qurum rəsmisi deyib ki, saytı idarə etmək üçün 5-6 nəfərdən ibarət xüsusi komanda təşkil edilib:

“Artıq sayt üzərində ayda bir dəfə yenilənmə aparılmayacaq. Belə ki, saytın ayrıca kontent və piyar meneceri təşkil edilib. Saytın sosial şəbəkələrdəki səhifələrinə nəzarət etmək üçün ayrıca SMM mütəxssis cəlb edilib. Bununla yanaşı, qurumun texniki işlərlə bağlı İT mütəxəssisləri və veb-dizayneri də bu işə nəzarət edəcək”.

Onun sözlərinə görə, BTRİB  həmçinin rabitə  xidmətlərin tarifində yeniliklər də edib.

Belə ki, tariflərin qiyməti aşağı salınıb:

“Yenilənmiş rabitə tarifləri də saytda yerləşdirilib. Tam məsuliyyətlə deyə bilərəm ki,  bazarda 3-ü birində məhsullar üçün ən ucuz qiymət artıq BTRİB-dədir”.

Ramin Muxtarzadə əlavə edib ki, bundan sonra BTRİB-in bütün xidmətləri, yenilikləri “baktelecom” əmtəə nişanı ilə təqdim ediləcək. 

 

 

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
BTRİB  rəsmi saytını yeniləyir

BTRİB rəsmi saytını yeniləyir

27-09-2016
Artıq abunəçilərin BTRİB-ə borcu olmayacaq- Yenilik

Artıq abunəçilərin BTRİB-ə borcu olmayacaq- Yenilik

25-08-2016
Nazirliyin qurumu təşkilati hüquqi formasını dəyişdi

Nazirliyin qurumu təşkilati hüquqi formasını dəyişdi

27-07-2017
BTRİB “öncədən ödəmə” sisteminin tətbiqinə başlayıb

BTRİB “öncədən ödəmə” sisteminin tətbiqinə başlayıb

10-11-2016
BTRİB internet xidmətlərinə görə ödənişin müddətini uzadıb

BTRİB internet xidmətlərinə görə ödənişin müddətini uzadıb

06-01-2017
 BTRİB-də daha bir vəzifəli şəxs işdən çıxarılıb

BTRİB-də daha bir vəzifəli şəxs işdən çıxarılıb

01-09-2016
“Bu günə qədər heç bir abunəçini xətdən ayırmamışıq”- Açıqlama

“Bu günə qədər heç bir abunəçini xətdən ayırmamışıq”- Açıqlama

06-10-2016
BTRİB 74 saylı ATS-in abunəçilərinin elektron xəttə keçirilməsi üzrə işlərə başlayır

BTRİB 74 saylı ATS-in abunəçilərinin elektron xəttə keçirilməsi üzrə işlərə başlayır

18-12-2009
BTRİB-in rəsmi saytı aylardır niyə yenilənmir?

BTRİB-in rəsmi saytı aylardır niyə yenilənmir?

31-08-2016
BTRİB-də daha 3 vəzifəli şəxs işdən çıxarıldı

BTRİB-də daha 3 vəzifəli şəxs işdən çıxarıldı

20-04-2016
BTRİB-in yeni Baş direktoru məlum oldu

BTRİB-in yeni Baş direktoru məlum oldu

27-01-2016
BTRİB-in Baş direktor müavini işdən çıxarılıb

BTRİB-in Baş direktor müavini işdən çıxarılıb

07-03-2016
“Baktelecom” onlayn xidmət sahəsini genişləndirib

“Baktelecom” onlayn xidmət sahəsini genişləndirib

18-10-2021
BTRİB-ə  yeni texniki direktor təyin edildi

BTRİB-ə yeni texniki direktor təyin edildi

07-01-2016
Cari ilin sonuna kimi Bakı kəndləri sürətli İnternet xidməti ilə təmin ediləcək

Cari ilin sonuna kimi Bakı kəndləri sürətli İnternet xidməti ilə təmin ediləcək

22-06-2010
Nazir “Catel”dən danışdı

Nazir “Catel”dən danışdı

03-05-2011
Bakı Telefon Rabitəsi İB paytaxtın bir neçə ATS-nin elektronlaşdırılmasına başlayıb

Bakı Telefon Rabitəsi İB paytaxtın bir neçə ATS-nin elektronlaşdırılmasına başlayıb

07-10-2009
Bakinternet-də yaranan problemlərlə bağlı rəsmi açıqlama

Bakinternet-də yaranan problemlərlə bağlı rəsmi açıqlama

08-12-2016
Telefon qovşaqlarının adları dəyişdirilib

Telefon qovşaqlarının adları dəyişdirilib

30-11-2018
Parlament seçkiləri ilə əlaqədar «Aztelekom» İB və Bakı Telefon Rabitə İstehsalat Birliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilib

Parlament seçkiləri ilə əlaqədar «Aztelekom» İB və Bakı Telefon Rabitə İstehsalat Birliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilib

28-10-2010
 BTRİB-in kabel-kanal sistemində nə baş verib?

BTRİB-in kabel-kanal sistemində nə baş verib?

29-07-2016
 “Baktelecom” Dədə Qorqud massivində optik şəbəkəsini istifadəyə verdi

“Baktelecom” Dədə Qorqud massivində optik şəbəkəsini istifadəyə verdi

06-04-2022
Telefon rabitəsinə görə də öncədən ödəniş sistemi tətbiq olunacaq

Telefon rabitəsinə görə də öncədən ödəniş sistemi tətbiq olunacaq

20-02-2017
“Baktelecom” Hövsan qəsəbəsində optik telekommunikasiya xidmətləri təqdim edir

“Baktelecom” Hövsan qəsəbəsində optik telekommunikasiya xidmətləri təqdim edir

26-04-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə