Previous Next
Bağla

BTRİB-in rəsmi saytı aylardır niyə yenilənmir?

31-08-2016 11:21
BTRİB-in rəsmi saytı aylardır niyə yenilənmir?

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibində fəaliyyət göstərən Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəsmi saytı  (btrib.net)  aylardır ki, yenilənmir.

Həmçinin, qurumun tərkibindəki Bakinternet-in də saytı (bakinter.net) yenilənməyib.

Məlum olduğu kimi, ötən il “MTN işi” ilə bağlı hadisələrdən sonra BTRİB rəhbəri vəzifəsindən azad olunub və onun haqqında həbs qətimkan tədbiri seçilib.

RYTN-nə yeni rəhbər təyin olunandan sonra  isə Nazirlikdə və bütün qurumlarında islahatlar və ciddi kadr dəyişiklikləri başlayıb.

Kadr dəyişiklikləri BTRİB və Bakinternet rəhbərliyindən də yan keçməyib.

Görünür, adı çəkilən qurumlarda kadr dəyişikliklərindən sonra rəsmi sayt məsələsi tamamilə diqqətdən kənarda qalıb.

Belə ki, hər iki  saytda  souncu məlumat fevralın 26-da yerləşdirilib. Həmin vaxtdan sonra sayt yenilənməyib.

BTRİB-in saytındakı “Struktur” bölməsində isə qurumla bağlı heç bir məlumat qeyd edilməyib.

Həmin hissədə “Hal-hazırda BTRİB-də struktur dəyişikliyi aparılır. Yeni struktur təsdiq olunduqdan sonra saytımızda yerləşdirələcək” mesajı qeyd edilib.

Lakin məlum olduğu kimi, qurumdakı struktur dəyişiklikləri ilə bağlı əksər media orqanları məlumat dərc edir.

Quruma yeni təyin olunan rəhbərlər də artıq vəzifəsinin icrasına başlayıb. Amma bunula bağlı nə Nazirlik, nə də BTRİB məlumat yayımlamaq istəyir.

Artıq məlumat verdiyimiz kimi son dövrlərdə BTRİB-də bəzi yeniliklər də edilir.

Belə ki, BTRİB Bakı şəhəri üzrə kabel-kanal sistemini yeniləyir. Bu qurumda Çağrı Mərkəzi də fəaliyyətə başlayıb.

Bu yaxınlarda isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin telekommunikasiya sahəsində apardığı islahatların nəticəsi olaraq Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) senytabrın 1-dən etibarən internet və İPTV xidmətləri üzrə “öncədən ödəmə” sisteminin tətbiqinə başlacaqlarını rəsmi elan etdi.

Bütün bunlar baradə də isə BTRİB-in rəsmi saytında məlumat yerləşdirilməyib.

Qeyd edək ki, mövcud qanunvericiliyin tələblərinə görə dövlət qurumu öz fəaliyyəti haqqında və ictimai əhəmiyyət kəsb edən məlumatları rəsmi internet resursu vasitəsilə açıqlamağa borcludur.

Ümid edirik ki, Nazirlik, qurumun yeni rəhbərliyi islahatar dövründə bu məsələni də diqqətdə saxlayacaq.

Qeyd edək ki, RYTN-in tabeliyində ən böyük telekommunikasiya qurumlarından olan Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Bakı şəhəri ərazisində dövlət hakimiyyət və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici hüquqi şəxslərə, onların nümayəndəliklərinə və əhaliyə bütün növ telefon, genişzolaqlı internet, radiorabitəsi, digər müasir telekommunikasiya və multiservis xidmətləri göstərir.

BTRİB-in strukturuna 7 Avtomat Telefon qovşağı, Bakı Kabel Qovşağı, Bakİnternet və AzEvroTel dövlət provaydreləri və digər rabitə qurumları daxildir.

 

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
BTRİB  rəsmi saytını yeniləyir

BTRİB rəsmi saytını yeniləyir

27-09-2016
BTRİB-də daha 3 vəzifəli şəxs işdən çıxarıldı

BTRİB-də daha 3 vəzifəli şəxs işdən çıxarıldı

20-04-2016
 BTRİB-də daha bir vəzifəli şəxs işdən çıxarılıb

BTRİB-də daha bir vəzifəli şəxs işdən çıxarılıb

01-09-2016
BTRİB-in yeni Baş direktoru məlum oldu

BTRİB-in yeni Baş direktoru məlum oldu

27-01-2016
BTRİB-in Baş direktor müavini işdən çıxarılıb

BTRİB-in Baş direktor müavini işdən çıxarılıb

07-03-2016
Nazirliyin qurumu təşkilati hüquqi formasını dəyişdi

Nazirliyin qurumu təşkilati hüquqi formasını dəyişdi

27-07-2017
BTRİB internet xidmətlərinə görə ödənişin müddətini uzadıb

BTRİB internet xidmətlərinə görə ödənişin müddətini uzadıb

06-01-2017
Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri saxlanılıbmı? -Açıqlama

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri saxlanılıbmı? -Açıqlama

21-10-2015
Artıq abunəçilərin BTRİB-ə borcu olmayacaq- Yenilik

Artıq abunəçilərin BTRİB-ə borcu olmayacaq- Yenilik

25-08-2016
BTRİB 74 saylı ATS-in abunəçilərinin elektron xəttə keçirilməsi üzrə işlərə başlayır

BTRİB 74 saylı ATS-in abunəçilərinin elektron xəttə keçirilməsi üzrə işlərə başlayır

18-12-2009
Cari ilin sonuna kimi Bakı kəndləri sürətli İnternet xidməti ilə təmin ediləcək

Cari ilin sonuna kimi Bakı kəndləri sürətli İnternet xidməti ilə təmin ediləcək

22-06-2010
BTRİB “öncədən ödəmə” sisteminin tətbiqinə başlayıb

BTRİB “öncədən ödəmə” sisteminin tətbiqinə başlayıb

10-11-2016
BTRİB-ə  yeni texniki direktor təyin edildi

BTRİB-ə yeni texniki direktor təyin edildi

07-01-2016
Bakı Telefon Rabitəsi İB paytaxtın bir neçə ATS-nin elektronlaşdırılmasına başlayıb

Bakı Telefon Rabitəsi İB paytaxtın bir neçə ATS-nin elektronlaşdırılmasına başlayıb

07-10-2009
Bakının ən peşəkar rabitəçisi müəyyənləşəcək

Bakının ən peşəkar rabitəçisi müəyyənləşəcək

15-09-2010
Telefon qovşaqlarının adları dəyişdirilib

Telefon qovşaqlarının adları dəyişdirilib

30-11-2018
Bakinternet-in rəhbəri də işdən azad olundu

Bakinternet-in rəhbəri də işdən azad olundu

12-03-2016
Bakinternet-də yaranan problemlərlə bağlı rəsmi açıqlama

Bakinternet-də yaranan problemlərlə bağlı rəsmi açıqlama

08-12-2016
BTRİB rəhbəri Beytulla Hüseynov vəzifəsindən azad edildi

BTRİB rəhbəri Beytulla Hüseynov vəzifəsindən azad edildi

21-10-2015
BTRİB texnoloji genişləndirmə işləri aparacaq

BTRİB texnoloji genişləndirmə işləri aparacaq

11-04-2014
Nazir “Catel”dən danışdı

Nazir “Catel”dən danışdı

03-05-2011
Parlament seçkiləri ilə əlaqədar «Aztelekom» İB və Bakı Telefon Rabitə İstehsalat Birliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilib

Parlament seçkiləri ilə əlaqədar «Aztelekom» İB və Bakı Telefon Rabitə İstehsalat Birliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilib

28-10-2010
Bakıətrafı qəsəbələrdə simsiz rabitə xidməti stansiyaları qurulur

Bakıətrafı qəsəbələrdə simsiz rabitə xidməti stansiyaları qurulur

19-10-2015
Paytaxtda internet xidmətlərinin keyfiyyətinin artırılması üzrə tədbirlər görülür

Paytaxtda internet xidmətlərinin keyfiyyətinin artırılması üzrə tədbirlər görülür

07-05-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə