Previous Next
Bağla

Bakinternet-də yaranan problemlərlə bağlı rəsmi açıqlama

08-12-2016 21:43
Bakinternet-də yaranan problemlərlə bağlı rəsmi açıqlama

Son zamanlar Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) tabeliyində olan Bakinternet provayderinin xidmətində yaranan fasilələrlə bağlı abunəçilər tərəfindən müraciətlər olunur.

Xeberler.az-ın məlumatına görə, BTRİB bununla bağlı məsələlərə aydınlıq gətirib.

Qurumun yaydığı məlumatda qeyd edilir ki, abunəçilərin qarşılaşdığı internet sürəti və kəsintilərlə bağlı problemlərin aradan qaldırılması üçün BTRİB tərəfindən cari ilin əvvəlindən Bakı şəhəri üzrə kabel-kanal infrastrukturunda əsaslı təmir işləri aparılır.

BTRİB abunəçilərin diqqətinə çatdırırır ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi daxili imkanları hesabına kabel-kanalizasiya quyularında profilaktik təmir-bərpa işlərini davam etdirir:

“Belə ki, istismar müddəti bitmiş və zavod istehsalatı dayandırılmış qurğuşun qoruyucu qatlı TQ tipli kabellər müxtəlif səbəblərdən yararsız vəziyyətə düşdüyündən onlar zədəyə davamlı xüsusi örtüklü, müasir standartlara cavab verən optik kabellərlə əvəz edilir. Digər tərəfdən, dəyişkən hava şəraiti zamanı hava rabitə xətlərinin qırılması və sıradan çıxması halları baş verir ki, bu da rabitə xidmətlərinin təminatı zamanı fasilələrin yaranmasına və ya xidmətin dayanmasına səbəb olur. Bu məqsədlə hava rabitə xətlərinin dirəkləri yenilənir, optik kabellər küləyə davamlı troslu fiber-optik kabellərlə, dirəklərdən və paylayıcı şkaflardan abunəçiyə xidmət göstərən rabitə xətləri isə yeni simmetrik kabellərlə əvəz edilir”.

Məlumatda qeyd edilir ki, aparılan təmir işləri zamanı müvafiq ərazilərdə abunəçilərin internet təminatında fasilələr yaranır. BTRİB bununla bağlı abunəçilərin öncədən məlumatlandırılmasını təmin edir. Təmir-bərpa işləri müddətində rabitə xidmətlərinin müvəqqəti dayandırılması barədə abunəçilərə avtomatlaşdırılmış anons zəngləri edilir və müvafiq binaların girişlərində elan lövhələri yerləşdirilir:

“Binəqədi, Hövsan, Sabunçu, Ramana, Keşlə, Balaxanı, Maştağa və Binə EATS-lərinin ərazilərində nasazlıqların aradan qaldırılması istiqamətində aparılan tədbirlərin 2017-ci ilin ilk rübündə yekunlaşacağı gözlənilir”.

BTRİB yaranan müvəqqəti narahatlığın abunəçilərin daha keyfiyyətli xidmət almasına yönəldiyini bir daha istifadəçilərin diqqətinə çatdırır və onların istənilən sualla bağlı 155 Çağrı mərkəzi-nə müraciət edə biləcəyini bildirir.

 Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin xidmət ərazisində 17736 ədəd kabel-kanal quyusu mövcuddur. Artıq 7459 quyu texniki normalara uyğun vəziyyətə gətirilib.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakıda 10 minə yaxın quyu texniki normalara uyğunlaşdırılıb

10-03-2017

Bəzi ATS-lərin xidmətində problemlər yarana bilər- Xəbərdarlıq

13-12-2016

Bakı Telefon Rabitəsi yeni ATS-lər tikib

26-07-2017

BTRİB rəsmi saytını yeniləyir

27-09-2016

Artıq abunəçilərin BTRİB-ə borcu olmayacaq- Yenilik

25-08-2016

Bakıda kabel-kanal sisteminin təkmilləşdirilməsi davam edir

08-06-2016

BTRİB internet xidmətlərinə görə ödənişin müddətini uzadıb

06-01-2017

BTRİB “öncədən ödəmə” sisteminin tətbiqinə başlayıb

10-11-2016

Bakının telefon kabel sistemi təkmilləşdirilir

25-04-2016

Nazirliyin qurumu təşkilati hüquqi formasını dəyişdi

27-07-2017

BTRİB-də daha 3 vəzifəli şəxs işdən çıxarıldı

20-04-2016

BTRİB 74 saylı ATS-in abunəçilərinin elektron xəttə keçirilməsi üzrə işlərə başlayır

18-12-2009

Daha iki provayderin ödənişini MilliÖN-də həyata keçirmək olar

26-04-2016

BTRİB-in kabel-kanal sistemində nə baş verib?

29-07-2016

BTRİB-də daha bir vəzifəli şəxs işdən çıxarılıb

01-09-2016

Cari ilin sonuna kimi Bakı kəndləri sürətli İnternet xidməti ilə təmin ediləcək

22-06-2010

BTRİB-in yeni Baş direktoru məlum oldu

27-01-2016

BTRİB-in Baş direktor müavini işdən çıxarılıb

07-03-2016

“Baktelecom” Dədə Qorqud massivində optik şəbəkəsini istifadəyə verdi

06-04-2022

“Bu günə qədər heç bir abunəçini xətdən ayırmamışıq”- Açıqlama

06-10-2016

Yeni rabitə obyektləri istifadəyə verildi

27-05-2015

BTRİB-in rəsmi saytı aylardır niyə yenilənmir?

31-08-2016

Bakı Telefon Rabitəsi İB paytaxtın bir neçə ATS-nin elektronlaşdırılmasına başlayıb

07-10-2009

Naxçıvanda internet xidmətlərinin keyfiyyətinin ölçülməsi ilə bağlı monitorinqlərə başlanılıb

26-08-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə