Previous Next
Bağla

Bakıda 10 minə yaxın quyu texniki normalara uyğunlaşdırılıb

10-03-2017 13:53
Bakıda 10 minə yaxın quyu texniki normalara uyğunlaşdırılıb

Məlumat verdiyimiz kimi, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən ötən ilin əvvəlindən abunəçilərin qarşılaşdığı internet sürəti və kəsintilərlə bağlı problemlərin aradan qaldırılması məqsədi ilə Bakı şəhəri üzrə kabel-kanal infrastrukturunda əsaslı təmir işləri aparılır.  

“Artıq 10 000-ə yaxın quyu texniki normalara uyğun vəziyyətə gətirilib”.

Xeberler.az bildirir ki, bu barədə jurnalistlərə  BTRİB-in həyata keçiridiyi işlərin yekunu ilə bağlı təbirdə məlumat verilib.

Qeyd edilib ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin xidmət ərazisində 20 788 ədəd kabel-kanal quyusu mövcuddur.

Məlumata görə, sistemin uzun illər normativə uyğun düzgün istismar edilməməsi, kabel-kanal sistemində kabellərin səliqəsiz və sıx yerləşdirilməsi, montajın normativlərə cavab verməməsi bu resursun texniki istismarını mümkünsüz edib.

Buna görə də, kabel-kanalların bu cür istismarı zədəli kabellərin demontajı zamanı digərlərinin zədələnməsinə səbəb olur və yeni kabellərin çəkilməsini qeyri-mümkün edir.

Öyrənirik ki, qurumun daxili imkanları hesabına həyata keçirilən profilaktik təmir-bərpa işləri zamanı istismar müddəti bitmiş və zavod istehsalatı dayandırılmış qurğuşun qoruyucu qatlı kabellər zədəyə davamlı xüsusi örtüklü, müasir standartlara cavab verən optik kabellərlə əvəz edilir.

Məlumatda o da bildirilib ki, digər tərəfdən, dəyişkən hava şəraiti hava rabitə xətlərinin qırılması və sıradan çıxması kimi halların baş verməsinə səbəb olur ki, bu da rabitə xidmətlərinin təminatında fasilələrin yaranmasına və ya xidmətin dayanmasına gətirib çıxarır. Bu məqsədlə hava rabitə xətlərinin dirəkləri yenilənir, optik kabellər küləyə davamlı troslu fiber-optik kabellərlə, dirəklərdən və paylayıcı şkaflardan abunəçiyə xidmət göstərən rabitə xətləri isə yeni simmetrik kabellərlə əvəz edilir.

Vurğulanıb ki, aparılan təmir işləri zamanı müvafiq ərazilərdə abunəçilərin internet təminatında fasilələr yarandığı halda BTRİB tərəfindən abunəçilərin öncədən məlumatlandırılması təmin edilir. Rabitə xidmətlərinin müvəqqəti dayandırılması barədə abunəçilərə avtomatlaşdırılmış anons zəngləri edilir və müvafiq binaların girişlərində elan lövhələri yerləşdirilir.

 Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bakinternet-də yaranan problemlərlə bağlı rəsmi açıqlama

Bakinternet-də yaranan problemlərlə bağlı rəsmi açıqlama

08-12-2016
Bakıda kabel-kanal sisteminin təkmilləşdirilməsi davam edir

Bakıda kabel-kanal sisteminin təkmilləşdirilməsi davam edir

08-06-2016
Bakının telefon kabel sistemi təkmilləşdirilir

Bakının telefon kabel sistemi təkmilləşdirilir

25-04-2016
Bəzi ATS-lərin xidmətində problemlər yarana bilər- Xəbərdarlıq

Bəzi ATS-lərin xidmətində problemlər yarana bilər- Xəbərdarlıq

13-12-2016
 BTRİB-in kabel-kanal sistemində nə baş verib?

BTRİB-in kabel-kanal sistemində nə baş verib?

29-07-2016
Bakı Telefon Rabitəsi yeni ATS-lər tikib

Bakı Telefon Rabitəsi yeni ATS-lər tikib

26-07-2017
BTRİB  rəsmi saytını yeniləyir

BTRİB rəsmi saytını yeniləyir

27-09-2016
Artıq abunəçilərin BTRİB-ə borcu olmayacaq- Yenilik

Artıq abunəçilərin BTRİB-ə borcu olmayacaq- Yenilik

25-08-2016
BTRİB “öncədən ödəmə” sisteminin tətbiqinə başlayıb

BTRİB “öncədən ödəmə” sisteminin tətbiqinə başlayıb

10-11-2016
Provayderlər yeni qaydaları gözləyir

Provayderlər yeni qaydaları gözləyir

25-09-2017
BTRİB internet xidmətlərinə görə ödənişin müddətini uzadıb

BTRİB internet xidmətlərinə görə ödənişin müddətini uzadıb

06-01-2017
Naxçıvanda internet xidmətlərinin keyfiyyətinin ölçülməsi ilə bağlı monitorinqlərə başlanılıb

Naxçıvanda internet xidmətlərinin keyfiyyətinin ölçülməsi ilə bağlı monitorinqlərə başlanılıb

26-08-2021
Sakinlərə pulsuz avadanlıq verildi

Sakinlərə pulsuz avadanlıq verildi

14-12-2018
 “Baktelecom” Dədə Qorqud massivində optik şəbəkəsini istifadəyə verdi

“Baktelecom” Dədə Qorqud massivində optik şəbəkəsini istifadəyə verdi

06-04-2022
Paytaxtda internet xidmətlərinin keyfiyyətinin artırılması üzrə tədbirlər görülür

Paytaxtda internet xidmətlərinin keyfiyyətinin artırılması üzrə tədbirlər görülür

07-05-2014
Nazirliyin qurumu təşkilati hüquqi formasını dəyişdi

Nazirliyin qurumu təşkilati hüquqi formasını dəyişdi

27-07-2017
Evədək optika layihəsinin əhatə dairəsi genişləndirilir

Evədək optika layihəsinin əhatə dairəsi genişləndirilir

10-09-2019
Şirvan şəhərində iki yeni elektron ATS istifadəyə verilib

Şirvan şəhərində iki yeni elektron ATS istifadəyə verilib

16-01-2020
“Baktelecom” Hövsan qəsəbəsində optik telekommunikasiya xidmətləri təqdim edir

“Baktelecom” Hövsan qəsəbəsində optik telekommunikasiya xidmətləri təqdim edir

26-04-2021
BTRİB-də daha 3 vəzifəli şəxs işdən çıxarıldı

BTRİB-də daha 3 vəzifəli şəxs işdən çıxarıldı

20-04-2016
 BTRİB-də daha bir vəzifəli şəxs işdən çıxarılıb

BTRİB-də daha bir vəzifəli şəxs işdən çıxarılıb

01-09-2016
BTRİB-in Baş direktor müavini işdən çıxarılıb

BTRİB-in Baş direktor müavini işdən çıxarılıb

07-03-2016
Dünyada sualtı internet kabellərini təmir edən gəmilərin sayı azalır

Dünyada sualtı internet kabellərini təmir edən gəmilərin sayı azalır

03-07-2025
Rayon məktəblərinə sürətli internet çəkilir

Rayon məktəblərinə sürətli internet çəkilir

19-08-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə