Previous Next
Bağla

Bu gün poçt işçilərinin peşə bayramıdır

09-10-2017 11:26
Bu gün poçt işçilərinin peşə bayramıdır

Bu gün poçt işçilərinin peşə bayramıdır.

Xeberler.az xatırladır ki. Azərbaycanda poçt rabitəsi Səfəvilərin hakimiyyəti dövründə (XVI əsr) inkişaf etməyə başlayıb. Müasir formada poçtun yaranması isə XIX əsrin 1-ci qərinəsinə təsadüf edir. 1818-ci ildə Gəncə şəhərində ilk poçt kontoru açılıb.

Azərbaycan poçtunun ən çətin və həm də ən şərəfli dövrü II Dünya müharibəsi illərinə təsadüf edir ki, bu illərdə xüsusilə poçtalyonların fədakarlığını qeyd etmək yerinə düşərdi. Bu dövrdə poçt işçilərinin üzərinə ikiqat məsuliyyət düşürdü, çünki poçt göndərişlərinin həcminin artması və əsgər məktublarının vaxtında ünvanlara çatdırılması bütün mənalarda məsuliyyət və iradə tələb edirdi. Bu çətinliklərə baxmayaraq, müharibə illərində poçt işçiləri öz üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirirdilər. 1945-ci ildə Bakıda Beynəlxalq Poçt Ekspedisiyası təşkil edilməsi beynəlxalq poçt göndərişlərinin hərəkətinə, qorunub saxlanmasına və çatdırılmasına daha yaxşı nəzarət edilməsi imkanı yaradıb.

XX əsrin sonunda keçmiş SSRİ-nin dağılması və respublikamızın müstəqillik əldə etməsi ilə poçt rabitəsinin inkişafında da yeni mərhələyə start verilib.

2002-ci ildə poçt rabitəsi xidmətlərinin göstərilməsi proseslərini tənzimləyən ilk milli “Poçt rabitəsi Qaydaları” hazırlanaraq, müvafiq qaydada qeydiyyatdan keçirilib və istifadə üçün poçt rabitəsi müəssisələrinə göndərilib. 2004-cü ildə qəbul olunan və 2008-ci ildə maliyyə xidmətlərinin göstərilməsi ilə bağlı dəyişikliklər edilən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanunu poçt rabitəsi sahəsinin inkişafını daha da sürətləndirib və milli poçt rabitəsi operatorunun şəbəkəsi vasitəsilə yeni xidmətlərin göstərilməsinə geniş imkanlar yaradıb.

2016-cı ildə isə “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları” yenidən işlənib, müvafiq qaydada Azərbaycan Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrinə daxil edilib və istifadə üçün poçt müəssisələrinə göndərilib.

Respublikada milli poçt operatoru olan Azərpoçt MMC ilə yanaşı, 60-dan çox özəl poçt operatorları vasitəsilə hüquqi və fiziki şəxslərə sürətli və kuryer poçt xidmətləri göstərilir.

Azərbaycan Poçt Administrasiyası 1991-ci ildə Regional Rabitə Birliyinə (RRB), 1992-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT), 1993-cü ildə Ümumdünya Poçt İttifaqına (ÜPİ), 2000-ci ildə Poçt və Telekommunikasiya Administrasiyalarının Avropa Konfransı təşkilatına (CEPT) üzv qəbul edilib.

Azərbaycan poçtunun ən böyük uğurlarından biri kimi ölkəmiz ÜPİ-nin 2004-cü ildə Buxarestdə keçirilən 23-cü Konqresində ilk dəfə olaraq, bu təşkilatın Ali orqanı olan Administrativ Şuraya, 2008-ci ildə Cenevrədə keçirilən 24-cü Konqresində təşkilatın hər iki Ali orqanına - Administrativ Şuraya və Poçt İstismarı Şurasına, 2016-cı ildə İstanbulda keçirilən 26-cı Konqresində isə yenidən Poçt İstismarı Şurasına üzv seçilib.

2010-cu ildə Azərbaycan Mərkəzi Bankı tərəfindən milli poçt operatoruna maliyyə xidmətlərinin göstərilməsi üzrə razılıq (lisenziya) verildikdən sonra “Azərpoçt” MMC Beynəlxalq ödəniş sistemləri olan SWIFT-ə, 2011-ci ildən “MasterCard” ödəniş sisteminə, ölkə daxilində isə XÖHKS-ə, AZİPS, HÖP-ə və digər ödəniş sistemlərinə qoşularaq bu sistemlərin imkanlarından istifadə edir.

Azərpoçt MMC-nin beynəlxalq sahədəki uğurlarından biri də ÜPİ-nin EMS Kooperativi tərəfindən sürətli poçt xidmətlərinin keyfiyyəti üzrə dünyanın 160-dan artıq poçt operatorları arasında keçirilən yarışlarda “Azəreksprespoçt” RM-nin ardıcıl 9 dəfə qızıl səviyyəli Sertifikata layiq görülməsidir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Poçt rabitəsinin yaradılmasından 202 il ötür

01-06-2020

Azərbaycan poçtunun yaranmasından 200 il ötür

09-10-2018

Azərbaycan Ümumdünya Poçt İttifaqının şuralarına üzv seçilib

19-09-2025

Bu gün poçt işçilərinin peşə bayramıdır

09-10-2009

6 dekabr rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır

06-12-2021

Azərbaycanın poçt xidmətlərinin keyfiyyətinə görə qızıl səviyyəli sertifikatı

27-04-2015

Azərpoçt kreditləşmə mexanizmi hazırlayır

19-08-2015

Azərpoçt diplomla təltif edilib

23-07-2016

“Poçt haqqında” qanuna dəyişikliklər edilib

20-10-2017

Azərbaycan nümayəndə heyəti ÜPİ-nın 28-ci Konqresində iştirak edir

08-09-2025

Azərbaycan Ümumdünya Poçt İttifaqının 28-ci Konqresində iştirak edəcək

13-05-2025

Azərbaycan Poçtu növbəti dəfə Qızıl sertifikat alıb-Foto

21-09-2016

Azərbaycan Regional Rabitə Birliyinin tədbirlərində iştirak edir

24-08-2010

İndiyədək 11 mindən çox poçt markası nəşr olunub

15-07-2017

«Azercell»in abunəçi bazasının artım tempi kəskin azalıb

12-02-2011

“Azərekspresspoçt” növbəti dəfə beynəlxalq səviyyəli sertifikata layiq görülüb

27-04-2020

“Azərpoçt” bəzi maliyyə xidmətlərinin tariflərində dəyişiklik edib

02-12-2021

Poçt xidmətlərinin inkişafı elektron ticarətlə bağlıdır

24-05-2015

“Azərpoçt” MMC Avropa Poçt İttifaqına üzv qəbul olunub

19-11-2020

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına namizədliyini irəli sürüb

01-09-2021

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına namizədliyini irəli sürüb

01-09-2021

"Teleradio" İstehsalat Birliyinə baş direktor təyin edilib

25-10-2021

Azərbaycanın dövlət poçt rabitəsi operatorları "Western Union"a qoşulacaqlar

17-02-2011

MTRŞ-ə yeni sədr təyin olunub

06-04-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə