Skype internet telefoniya xidmətinin yaradıcıları tərəfindən 3 il əvvəl təsis edilmiş Starship Technologies adlı yeni şirkət bağlamaları küçələr üzrə saatda təxminən 6 km sürətlə daşımaq qabiliyyətinə malik robot kuryerlərin hazırlanması ilə məşğuldurlar.
Xeberler.az NRYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, bu robotlar artıq dünyanın müxtəlif ölkələrində sınaqdan keçirilir və bu günlərdə Estoniya parlamenti ölkə ərazisində robot kuryerlərdən istifadə ideyasını təqdir edib.
Qanuna görə, robotun hündürlüyü 1 metr və uzunluğu isə 1,2 metrdən çox olmamalıdır. Robotun çəkisi 50 kq, korpusu isə ağ rəngdə olmalıdır. Robot kuryer mütləq fara və işığı əks etdirən elementə malik olmalıdır. Starship Technologies tərəfindən hazırlanan robotlar bu şərtlərə uyğun gəlir, ona görə çox tezliklə beləkuryerlər Estoniya ərazisi üzrə bağlamaların çatdırılmasını həyata keçirəcəklər.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri